PHP-nədir?

PHP Proqramı

PHP əsasən internetlə əlaqəli olan proqramdır və onunla web səhifələri
düzəltmək mümkündür. Amma onu da bilmək lazımdır ki PHP digər məqsədlər
üçün də işlədilir.

Ümumiyyətlə nəyə görə belə proqramlar yaradılır?

Bu cür kodlaşdırma səbəbi nədir?

Sən kimdənsə nə isə öyrənmək istədiyində ilk əvvəl etdiyin ona sualı
vermək və sonra soruşduğun suala uyğun cavabın sənə bildirilməsini
gözləməkdir. Eyni sistem ilə də kompüter informasiya sistemi
qurulmuşdur.

Yəqin ki SERVER adlı nə isə eşitmişsən. Serverlərdə də eynən insanlar
kimi onlara deyilən(yazılan) məlumatlar saxlanır (elə bil dostun Çingizin başıdır:) ) və ona sorğu verəndə o sorğu ilə uyğun məlumatı tapır
və sənə cavab verir. Sadəcə olaraq o fikirləşmir, axtarış aparır yəni
məlumatı axtarır(uyğun sorğunu, əmri) və məlumatı sənə ötürülməsi üçün
bizim kimi danışmır amma müəyyən edilmiş proqram təminatında istifadə
edərək cavab verir. Bu proqramlar aşağıdakılardır və hamısının ümumi
funksiyası serverlə sifarişçi(yəni sən) arasında əlaqə yaradır.

Internet Explorer və ya hər hansı bir web browser—sən sorğunu burda yazırsan və ünvanlayırsan(kimdən cavab gələcək)

PHP- bu proqram vasitəsi ilə əmr vermək üçün sorğu düyməsi yarada
bilirsən və php dilində sorğunu göndərirsən. Buna oxşar dillər(HTML,ASP
və.s)

APACHE və ya MYSQL- Bu proqramlar vasitəsi ilə serverlə əlaqə yarada bilirsən və sonra o məlumatı sənə göndərir.

Bu qədər lori dil məncə bəs edər.

Brauzerin serverə müraciət prosesi necə getdiyinə baxaq. Beləliklə,
əvvəl brauzer sorğunu .php formasında göndərir və ondan sonra web-
server onu PHP maşınından keçirir və HTML formasına çevirib cavabı
göndərir sifarişçiyə( yəni sənə) bildirir. Sorğunu PHP dilində vermək
üçün, xüsusi teqlər daxilində yazıb göndərmək lazımdır. Onlar 4 növ
olur(onlar bir-birlərinə ekvivalentdirlər və hər hansı birini istifadə
etmək olar)

XML forması:

<?php

?>

SGML forması:

<?

?>

HTML forması:



ASP forması:

<%

%>

Biz bu formalardan əsasən XML və ya SGML formalarından istifadə edəcəyik.

Mən ilk proqramımı belə yazmışam.

Məcburi deyil ki, Dreamweaver-də yazasan əgər proqram yoxdursa adicə Notepad-i aç və yaz.

Dreamweaver-də ctrl+n (File\\NEW ) Dynamic page və orada PHP seçin və yaradın (Create).

PHP-n&#601;dir?
PHP-n&#601;dir?

şəkildə gördüyün formada yaz.

Yazdığın faylı C:\\Program Files\\Apache Group\\Apache\\htdocs –da salam.php formasında yaddaşa ver. (save as).

Artıq bildiyimiz kimi php dinamik dildir. Biz Apache yükləyəndə
localhost yazdıq yəni daxildə yerləşdirmə. Daxildə yerləşdirmə
127.0.0.1 ip ilə təyin olunmuşdur. Biz sorğumuzu daxildə sorğu verərək
127.0.0.1 php-də yazdığımız salam faylını axtaracağıq. Yəni Internet
Explorer-i açaraq orada ünvan yerində 127.0.0.1\\ salam.php yazırsan.
İnşallah aşağıdakı nəticə alınacaq. Alınmasa deməli təzədən oxumalısan
harada səhv buraxıbsan. : )

PHP-n&#601;dir?
Siz artıq php-də ilk proqramınızı yazdınız. Məndə ilk dəfə alınmayandan bəri bu cümlədən zəhləm gedir. : )

İzahlar:

Məndə WindowsXP ingilis dilində olan əməliyyat sistemi yüklənib və ona uyğun izah edəcəm.

Uzun sözün qısası burda mənim yazılarımdan baş çıxartmaq üçün qeydləri yerləşdirirəm.

Proqramı harda yazacaqsan:

Start düyməsinə bas və menyudan Run komandasını seç. Orada notepad yaz və qarşına çıxan proqramda kodları çap edə bilərsən.

Qeyd:

Bundan sonra mən sizə sadəcə olaraq komandaların izahını və
…. daxilində gedəcək script-ləri proqram
sətirlərini izah edəcəyəm.

Ümumi qeyd:

Bütün funksiyaların sətri bitdikdən sonra ; (nöqtə vergül)
qoyulmalıdır. Digər halda ondan sonra gələn yeni funksiyalar qəbul
olunmayacaq və nəticədə error(səhv) verəcək. Yazdığım cümlələr əgər
çətin izah eləyərsə sadəcə olaraq kodları yaz və bax nə nəticə alınır
və başa düşməyə çalış.

Əsasən php NotePad-də yazılır amma sırf PHP-də işləmək üçün proqramlar
vardır ki siz kodu yazdığınız zaman sizə hazır formada təkliflər verir.

Demək olar ki əsas məsələlərdən biri. www.php.ru bu sayt sizə müəyyən problemlərlə bağlı kömək edə bilər.


Mən həmişə Nəticəsi yazmayacağam, nəticəni (\\\\) formada
göstərəcəyəm. Çünki PHP də proqram 2 sləşdən sonra gələn sətirdəki
yazıları qəbul eləmir və ora kommentari yazmaq mümkündür. Bundan başqa
C++ stilində yazmaqda olar ( /*… */). Sləş və ulduz arasında qalan
informasiya proqram tərəfindən qəbul olunmayacaqdır və ya Unix dilində
sadəcə (#) diyezdən sonra gələnlər qəbul olunmayacaqdır.

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. NIKA dedi ki:

    SAgol cox maragli oldu!!!!

  2. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler

  3. ...::EMERALD::... dedi ki:

    THANKS

  4. BadBoy dedi ki:

    Cox Gozel cox sag Olun Mukemmeldi Cox sag Olun var Olun!!!!

  5. Avtosh_227 dedi ki:

    ellerin var olsun qaqa.

  6. AYSANKA dedi ki:

    gerek bir gun hazirliga senin yaniva gelim oyredesen bunlari mene. wassat

  7. SH_LTD dedi ki:

    ***THANK YOU VERY MUCH***[color=#33CC00] forgenc

  8. Admin dedi ki:

    AdmiNIKA,Deymez hele turkun meseli \"to be contunued…)))\" wink