Oğlanların ayrılıq bəhanələri 2

ayriliq behaneleri 2

Münasibətlərinizin çox yaxşı olduğunu, ən xoşbəxt günlərinizi yaşadığınızı fikirləşdiyiniz bir vaxtda, sevdiyiniz insan sizə bu bəhanələrdən birini gətirə bilər. Onun nə demək istədiyini asanlıqla anlamaq üçün yazımızı diqqətlə oxumağı məsləhət görərdim.

1) Zamana ehtiyacım var
Bunun deyən oğlan tam olaraq ayrılmaq istəyib istəmədiyinə əmin deyil. Bir tərəfdən sizi itirmək istəmir, lakin digər tərəfdən kənarda axıb gedən həyat ona maraqlı görsəndiyi üçün çox narahatdır. Dostları yeni qızlarla tanış olduqları vaxtlarda o özünü bütün həyəcandan üzaq hiss edər, və bu da onu narahat edir. Dostlarını qısqanmaqdansa onlara qoşulmağa qərar verər və bu bəhanəni gətirər.

Və ya daha da pisi sizdən başqa görüşdüyü biri var və o daha maraqlı olmağa başlayıb. Bunu sizə açıqca etiraf edib sizi incitməkdənsə, bu yalan sığınmağı seçir. Bəzi qadınlar bu bəhanəni eşitdikdən sonra belə münasibətlərini düzələcəyinə ümid edib əlaqələrini kəsməzlər. Belə bir vəziyyətdə, ayrılmaq istəyən amma bunu açıqca deyə bilməyən oğlanlar, müəyyən bir vaxt üçün ona hələ də zəng edərlər. Zənglər gedərək azalır və ən sonunda heç zəng etməzlər. Hətta ona zəng vurduğunuz halda telefona cavab verməz və ya bir neçə saat sonra sizə zəng edərlər. Münasibətlərinin sonu olduğunu heç cürə qəbul edə bilməyib onu çox axtararsa da “çox fikirləşdim amma təsüfflər olsun ki, bizde alınmayacaq” deyib əlaqəni tamamən kəsərlər.

2) “Problem səndə yox, məndədir”
Bu cümlə artıq lağ-lağı mövzusu olsa da hələ də oğlanların ən sevdiyi bəhanələrdən biridir. Çoxdan görüşmüş olsalar da, qətiyyən heç bir şey hiss etmədiklərin qızlardan ayrılmaq üçün qətiyyən bəhanə tapa bilməzlər. Əslində bu münasibət onlar üçün maraqsız bir hala çevrilmişdir. Ayrılmaq istədiklərini dedikləri zaman incinmələrin olmasından qorxduqları üçün günahı öz üstlərinə götürməyə razı olarlar. Amma bəlkə də əsil günahkar qızdır. Çünki dözülməz kaprizləri ilə əlaqələrinin sonunu gətirmişdir.

3) Mən sənə görə kifayət qədər yaxşı deyiləm
Bunu deyən bir oğlan qarşısındakı qızın onu dəli kimi sevdiyindən əmindir. Sevdiyi insanın bu hisslərindən bu qədər əmin olan oğlanlar bu vəziyyətdən qorxub qaçmaq istəyirlər. Çünkü əlaqələr həyəcanını, qız da gizemini itirmiş və artıq yeni dənizlərə yelkən açmağın vaxtıdır.
“Mən, səni sənin məni sevdiyin qədər sevmirəm” deyə bilməyəcəklərinə görə, bu bəhanədən istifadə edərlər.

4) Ailəvi problemlərim var
Kifayət qədər xoşbəxt bir ailəsi olsa da belə bir bəhanəyə yox deyə bilməyəcəyinizdən, hətta hörmətlə yanaşcağınızadan əmindir. Ailə içində yaşanan problemlər zamanla həll oluna biləcəyinə görə, istədiyi zaman sizə geri qayıda biləcəyi üzü olduğunu fikirləşir.

Ayrılmaq istəyinin belə anlaşılacağından əmindir: ailəsinə bu dərəcədə bağlı bir oğlan, sırf buna görə ayrılmaq istəyirsə, ailə həyatına çox diqqətlə yanaşır deməkdir. Gələcəkdə ailədə bir problem olarsa, hər şeyi atıb ailəsinin problemini həll edəcəkdir. Amma əslində oğlan bu əlaqədən sıxılıb və ağlına gələn ən yaxşı bəhanə budur.

5) Əlaqəmizdə həyəcan qalmayıb
Bunu deyən oğlan, yeni həyəcanlar axtarır. Mümkün olduğu qədər hər gün yeni birisini tanımaq istədiyinə görə, maneəsiz olmaq istəyir. Bu vəziyyətdə də maneə olaraq yalnız siz olduğunuza görə sizə qapını göstərir. Siz “onun ilk günlərdəki həyəcanını necə qaytara bilərəm” deyib, yeni saç forması, yeni geyimlər seçə bilərsiniz. Amma boş yerə özünüzü yormayın, çünki o çoxdan özünə yeni birini tapıb.

6) İşlərimi yoluna qoymalıyam
Sizinlə çox yaxşı vaxt keçirməyinə baxmayaraq, fikri sizdən əvvəlki sevgilisinin yanındadır. Ona olan sevgisinin tam bitib bitmədiyindən əmin olmadığına görə hisslərini bir daha yoxlamaq istəyir. Sizi də aldatmaq istəmədiyi üçün bu bəhanəni seçir. Siz isə bu bəhanədən sonra ümidlərinizi itirməyib onun qayıtmağını gözləyirsiniz. Çünki onun işlərini həll etdikdən sonra sizə qayıdacağından əminsiniz. Əslində tam onun istədiyini etmiş olarsınız, əyər ki, əvvəlki sevgilisi ilə əlaqələri fikirləşdiyi kimi olmazsa, rahatcasına sizə geri qayıdacaqdır. Əyər əvvəlki münasibəti qaydasında olarsa sizə bu münasibətin bittdiyini deyəcəkdir.


VERY_SHY

Şərhlər:

  1. dangerous_angel dedi ki:

    )))))twkler

  2. BELLA_19 dedi ki:

    hmmmmmm maraqlidir twk twk applause

  3. polo dedi ki:

    oglanlara nifret edirem

  4. fanya_ya dedi ki:

    Respect devochkam

  5. _AyDaN_ dedi ki:

    hmmm neise tkr xebere gore wirin

  6. VERY_SHY dedi ki:

    Miss_Azericka,
    New_Moon,
    Ayselka,
    dangerous_angel,
    _Cinbala_,
    taliya,
    opucuk

  7. Gun_and_Ay :) dedi ki:

    TaTLiSHkA,
    seninle raziyam ))

  8. taliya dedi ki:

    AY SIZI BU BEHANELERI GETIRENLER,AMMA ONU DA DEYIM KI, HAMININ HEM YAXISI HEM DE PISI OLUR ,YENI ELE QIZLARDA COXDU VSYO

  9. _Cinbala_ dedi ki:

    Bunu oglanlar oxusun mende oxuyardıme coxdu
    Cox sagol

  10. BuBLiK dedi ki:

    MOJNO UYTI I BEZ PRICHINI….!!!
    saol CANIM gul

  11. New_Moon dedi ki:

    Ozunu Uzaqlawdirma Baresinde Qizlarda En Azi Oglanlar Kimi Usdadi Oda Bezileri
    Xebere Gore Cox Sagol give_rose

  12. Miss_Azericka dedi ki:

    Xebere gore cox sagol canim give_rose

  13. VERY_SHY dedi ki:

    TaTLiSHkA,
    duz sozdu opucuk

  14. TaTLiSHkA dedi ki:

    No Oglan No Problme=))))))) girl_cool twk

  15. МиниК_Сердце dedi ki:

    soglasna bublik

  16. BalaM dedi ki:
    Xebere gore cox sagol give_rose