AŞİQ OLMAQ İSTƏYƏNLƏRƏ


asiq olmaq isteyenlere

Aşiq Olmaq Budur…!!!
Evinin Səni İçinə Sığdıra bilməyəcək Qədər Dar Olduğunu Fərq
Edəcəksən…
Küçəyə Atılacaqsan…
Küçələr Də Dar Gələcək…
Eynilə Bədəninin Ürəyinə Dar Gəldiyi Kimi…
Nə Dənizin Mavisi Açacaq içini, Nə Tərtəmiz Səma…
Özünü Daşıya bilməyəcək Qədər Çox Böyüyəcək, Bir tərəfdən Də
İtəcək Qədər Kiçiləcəksən…
Bəziləri Sənə Bir Şeylər İzah edəcək Dayanmadan…
“Əhəmiyyətli Olan Sağlamlıq.”
“Yaşamaq Gözəl.”
“Boş Ver, Hər şey Unudular.”
Sən Heç birini eşitməyəcəksən…
Göz Yaslarından Ətrafı Görə bilməz Hala gələcəksən…
Ondan Ölməsini İstəyəcək Qədər Nifrət edəcək,
Az Sonra Qollarında Ölmək İstəyəcək Qədər Çox Sevəcəksən…
həmişə Ondan Bəhs etmək İstəyəcəksən…
“Ölümə Çarə tapıldı” Ya Da “Sabah Qiyamət Qopacaqmış”
Desələr Başını Qaldırıb Nə Dedin?” Deyə Soruşmayacaqsan…
Tək Qalmaq İstəyəcəksən…
Həm Də İzdihamların Arasında İtmək…
Ikisi Də Çatmayacaq…
Keçmişi Düşünəcəksən…
haradasa Dəqiqə Dəqiqə…
Amma Pisləri Atlayaraq…
Onunla Keçdiyin Yerlərdən Keçmək İstəyəcəksən…
Getdiyin Yerlərə Getmək…
Bu Sənə Heç Yaxşı Gəlməyəcək…
Amma Bilə-bilə Edəcəksən…
Biri Sənə İçindəki Ağrını Söküb Ata biləcəyini Söyləsə,
Qaçacaqsan…
Əslində Xilas olmaq İstədiyin halda, O Ağrını Yaşamaq Üçün Müqavimət göstərəcəksən…
Həyatinin Geri Qalanını Onu Düşünərək Keçirmək İstəyəcəksən….
Əksinəni İddia edənlərdən Nifrət edəcəksən…
Hər kəsi Ona Bənzədib…
Kimsəni Onun Yerinə Qoya bilməyəcəksən…
Heç bir Şey Əyləndirməyəcək Səni…
Yalnız Bir Müddət Buzlu Şüşənin Arxasından Seyr etdirən…
Bütün Mahnılar Sizin Üçün Yazılmış Kimi Gələcək…
Boğazın Düyünləniləcək, Dinləyə bilməyəcəksən…
Yatmaq Çətin, Oyanmaq Asan Olacaq…
Səhəri İplə Çəkəcəksən…
Bəzən Də “Heç Günəş Doğulmasa” Deyəcəksən…
Nə Gecələr Rahatlaşdıracaq Səni Nə Gündüzlər…
Ölməyi İstəyib, Ölə bilməyəcəksən…
Bəlkə Mismar Mismarı Sökər Deyə Can Halıyla Önünə Çıxana Qucaqlanılmaq İstəyəcəksən…
Nafilə…
Düşüncəsi Belə Dözülməz Gələcək…
Yuxular Görəcəksən, Gerçək Olmasını İstədiyin…
Hər Sıçrayaraq Oyandığında Onun Adini Söylədiyini Fərq Edəcəksən…
Telefonun zəngini Gözləyəcəksən…
Zəmg etməyəcəyini Bilə-bilə…
Hər zəngdə Ürəyin Ağızına Gələcək…
Ağlamaqlı Danışacaqsan Axtaranlara…
Ürəyin Burxulacaq…
Canın Yanacaq…
Bir Daha Sevməməyə And içəcəksən…
Həyata Dair Heç bir Şey Etmək Gəlməyəcək İçindən…
Onun Səsini Bir Dəfə Daha eşitmək Üçün Yanıb Alovlanacaqsan…
Dəfələrlə Axtardığı Günlərin Qiymətini Bilmədiyin Üçün Özündən Nifrət edəcəksən…
Yaşadığın Şəhəri Tərk etmək İstəyəcəksən…
Onunla Heç bir Anının Olmadığı Bir yerlərə Gedib Yerləşmək…
Amma Bir Ümid…
Onunla Bir Gün Bir yerdə Qarşılaşma Ümidi…
Amma Bu Ümid Səni Getməkdən Saxlayacaq…
Gəl Getlər İçində Yaşayacaqsan…
Buna Yaşamaq Deyilirsə

Miss_Azericka

Şərhlər:

  1. TaTLiSHkA dedi ki:

    cranky Men Artik Asigim=))

  2. BuBLiK dedi ki:

    Menya lazim deyil menim uregim uje ohirranimb=)))))Cox sagol canim hebyare gore=)

  3. Crazy dedi ki:

    cox sag ol xebere gore

  4. Single Girl dedi ki:

    [/i]Mene laizm deyilee Benim kalbim bende diyilki)))

  5. МиниК_Сердце dedi ki:

    COX SAG OL MASTAN MENLIK DEYIL

  6. El3ktra dedi ki:

    Awiqem=) wirin
    Maraqli idi=)tesekkurler!

  7. morgan dedi ki:
    sevgi shablon deyil urekden gelenlen sozlerle ifade edilmelidr
  8. dangerous_angel dedi ki:

    istemirem dyee oxumadim thanks

  9. New_Moon dedi ki:

    Xebere Gore Cox Sagol twk
    Men Artiq Sevginin Ne Oldugunu Bilirem