Oğlanlarla Yazışma, mesajlaşma

sms yazisma

Sevgilinizə etdiyiniz telefon mesajlaşmaları, bəzi vəziyyətlərdə əlaqəniz üçün hədə ünsürünə çevrilə bilər. Hansı vəziyyətlərdəmi?

Mesajlaşmaq, əlaqələrdə telefonla danışmaqdan daha sıx müraciət edilən bir ünsiyyət üsulu halına gəlir. Başqa sözlə gün keçdikcə mesaj göndərməyə daha çox alışan barmaqlarınız, əlaqələrinizin yaxşı ya da pis anlarında hər an baş rolu almağa hazır vəziyyətdə gözləyir. Ancaq bu vərdişin əlaqələrə çox böyük zərərləri olduğunu ağılınızdan çıxarmamalısınız. “Mesajlaşmağı şişirtmək bəzi vəziyyətlərdə kişiləri dəli edə biər” deyənArlana Krieger, bunun kişiləri istəmədikləri zamanlarda cavab verməyə məcbur edən bir hərəkət olduğunu söyləyir. Bu və bunun kimi bir çox vəziyyət və səbəb mesajlaşmağı əlaqələr üçün təhlükəli hala gətirir. Xüsusilə də o əlaqə daha tam olaraq relsinə oturmayıbsa…

İLK GÖRÜŞMƏ SONRASI

Yuxu kimi bir axşam keçirdikdən sonra sevgilinizə mesaj atmamaq üçün özünüzü çətin saxlaya ola bilərsiniz amma saxlamalısınız.

Çünki bu mesaj, içində az da olsa bir dürtmə və məcburiyyət istəyi saxlayır.

Hətta psixoloq Diane Kirschnerə görə görüş sonrası atdığınız bu addım, onun sizin arxanıza düşmə həvəsinin azalmasına səbəb ola bilər

SƏRXOŞKƏN

Mobil telefonlarında alkaqol metr (adını tam belə olduğunu bilirəm)texnologiyası olmadığı müddətcə, içkiliykən kimə nə mesaj atacağınızın idarəsini özünüz təmin etmək məcburiyyətindəsiniz.

Xüsusilə onu görmək istədiyinizi söyləyən, yalvarar rejimdəki bir mesajla bütün ipləri qarşınızdakının əlinə vermiş olarsınız.

ƏSƏBİ OLARKƏN

Axtarılmamağın nə qədər əsəbləşdirdiyini bilirik. Amma göndərəcəyiniz “Niyə məni axtarmırsan?” mesajının da onun gözündə sizi kiçik vəziyyətə salacaq bir mesaj olduğunu bilməlisiniz.

Ayrıca qarşınızdakını hirsləndirəcək də.

Kirschnerin tövsiyəsi özünüzə əsəbi ikən mesaj göndərməyi qadağan etmənizdir.

Bəzən heç mesaj yazmamaq belə bundan daha yaxşı bir həlldir.

ZARAFAT ETMƏYƏ ÇALIŞDIĞINIZDA

Qarşınızda sizi, etdiyiniz zarafatı anlayacaq qədər tanımayan bir insan varsa bəlkə də içində lağlar və çətin aydın olacaq zarafatlar olan mesajları ona heç yazmamalısınız.

Yaxşı niyyətlə yazdığınız bir mesaj, sözlərin səhv başa düşülmə bilər, hətta tərs bir şəkildə qəbul edilə bilər.

MESAJLAŞMANIZ ƏVVƏLKİ KİMİ DEYİLSƏ

Yeni başlayan əlaqənizdə gün içində nizamlı və sıx bir SMS tıxacı yaşamaq istəyə bilərsiniz. Bir-birinizdən xəbərdar olmaq istəməyiniz də son dərəcə normaldır.

Ancaq metəmadi SMS ünsiyyəti etmək bir-birinizi telefonla axtarışınız üçün bir səbəb qalmamasına səbəb ola bilər.

Necə ki kişilərin böyük əksəriyyəti, bir seçim etmələri lazım olsa qısa qısa sözlər yazaraq deyil dəqiq telefon danışmalarıyla ünsiyyətdə qalmağı seçdiklərini söyləyirlər.

TELEFON MESAJLARI SEVGİNİZİMİ SÜBUT EDİR

Əminik ki gələn mesajlar qutunuzda; “Necəsən?” və ya “Bu axşam görüşəkmi?” kimi mesaj vardır. Bu günlərdə, mesajlaşmaq, hər vaxt olduğundan daha məşhurdur. Azərbaycanda gündə 60-70 milyon ədəd SMS atılır. Yaxşı, problem tam olaraq nədədir?

Zen And The Art of Failing in Love (Zen və Aşiq Olma Sənəti) adlı kitabın yazıçısı Dr. Brenda Shoshanna, “Mesaj göndərmə, kişilərə, əlaqələri üçün daha az enerji xərcləmənin yolunu açır. Əlaqənizdə, SMSlər üzündən bir-birinizə qarşı tənbəl bir hala gəlirsiniz” deyə açıqlayır bu vəziyyəti.

Budur biz də, önünüzə çıxa biləcək bu cür tələləri araşdırmağa qərar verdik və oğlan dostunuzu bu vərdişlərdən daşındırmanın yollarını araşdırdıq.

Texnoloji təhlükə 1: Şansını sınamaqdan çəkinir

Texnoloji təhlükə 1: Şansını sınamaqdan çəkinir

“Görüşəkmi” kimi naməlum bir mesaj yazdığında, plan etmə məsuliyyətini sizin üzərinizə atır deməkdir.

Texnoloji təhlükə 2: Əlaqə yox

Kişilərlə telefonda danışmanın həyəcanını bir düşünün. Seksual bir gülüş, coşğulu bir səs tonu eşitmək nə qədər də cazibədardır. Amma mesajlaşma, bunları bir anda silib atır. “Mesajlaşmaq kişilərin yaxınlıqdan qaçmalarına imkan verər. Beləcə ünsiyyət çox səthi qalar” deyir Cash.

Ayrıca, araşdırmalara görə: kişilər əlaqəni idarə etmək üçün mesaj yazdığı halda, qadınlar əlaqəni sağlamlaşdırmaq üçün göndərir. Bu da bu mənanı verir: O, qarşılıqlı ünsiyyəti limitləyir və sizin daha çoxunu istəməyinizə səbəb olur. Bir dahakı səfər sizi axtardığında, ona müsbət bir reaksiya verin. Məsələn, “Səsini eşitmək nə gözəldir” deyə bilərsiniz.

Texnoloji təhlükə 3: Hisslərini anlamanız çətinləşər

Cash, “Mesaj yazdığınız zaman səsini eşitmədiyiniz üçün, duyğularını anlamağınız çətinləşər” deyə açıqlayır. “Dünən gecə çox əyləndim” deyə yazdığı zaman; ya sizinlə vaxt keçirməkdən həqiqətən xoşu gəlmişdir, ya da marağını çəkməmisiniz amma sizə nəzakətli davranmağa çalışır. Amma telefonda danışdığınızda, səsinin tonu və vurğulamaları sizə bu mövzuda ipucu verəcək. Mesajlarına cavab verməyib, axtardığında da onunla yaxşı bir tonda danışaraq, bundan imtina etdirə bilərsiniz.

Texnoloji təhlükə 4: Müzakirələrdən qaçır

Görüşmə planınızı ləğv etmək istədiyini düşünək. “Sizin hirsliliyinizlə üzləşməmək üçün, bunu sizə mesajla bildirər” deyir Cash. Shoshanna isə əlaqənizin ciddiləşməsindən qorxursa, daha az mesaj atıb, ”sizi soyutmağa çalışır ola bilər” deyə əlavə edir.

“Məni axtarıb gələ bilməyəcəyini söyləsəydin daha yaxşı olardı” deyərək sizə hörmətsizlik etməsindən xoşlanmadığınızı ifadə edə bilərsiniz.

Siz tələb etdikdən sonra, əgər hələ sizi axtarmayıb, mesaj atmağa davam edirsə, cavab yazmayın qəti. Aydındır ki, sizinlə çox maraqlanmır və sizə dəyər verən yeni bir sevgili və mesaj yoldaşı tapmanız lazımdır.

O287;lanlarla Yaz305;351;ma, mesajla351;ma

_Cinbala_

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    en yaxin dostum var ancaq onunla yaziwiram)))))

  2. Бакинка dedi ki:

    Hmmmmm Cox Saq Ol Xebere Gore

  3. _AyDaN_ dedi ki:

    tkr xebere gore

  4. RED DEVIL dedi ki:

    DEHSET COX MESAJDASIRAM,UJE KONTUR CATDIRA BILMIREM

    DEHSET COX MESAJDASIRAM,UJE KNT CATDIRA BILMIREM,XEBERE GORE THANKS,YARALIM YERIME TOXUNDU

  5. BalaM dedi ki:
    tshk maragli xeberidi)) give_rose
  6. gulshan dedi ki:

    maraqli xeber ucun tewekkurler =))

  7. dangerous_angel dedi ki:

    essiii menim sevgilim qokku oglan dostlarim coxdu ve demek olar ki butun gunu smslesirik onlara gore emelli dersde oxuya bilmirem=)))))))thanks xebere gore=)ama menlik deil)

  8. El3ktra dedi ki:

    Mesaj heyatimin en onemli parcalarindan biridi.MOvzuya aqressiv yanawmaq istemirem.Tesekkurler!

  9. taliya dedi ki:

    goruse bilmeyende mesaj boyuk rol aynayir

  10. morgan dedi ki:

    DUZU DEYIM EVVELLER MESAJ MENE COX MARAQLI IDI
    AMMA INDI MESAJ HEEC MARAQ VERMIR
    CUNKI QARSHI TEREFIN SESINDEN ONU SEMIYYETINDEN COX SHEYI HISS EDE BILIRSEN
    SMS-DE ISE BU BILINMI R
    MESELE BUNDADIR

  11. Miss_Azericka dedi ki:

    men giz dostlarimla mesajlawiram, onlara gonderirem weirler onlarda mene mosking , sevgilim yoxdu sorry

  12. VERY_SHY dedi ki:

    lazimli ve maraqli xeber

  13. ...::EMERALD::... dedi ki:

    MARAQLI XEBERE GORE SAG OL

  14. МиниК_Сердце dedi ki:

    hm… twk

  15. Zvezda dedi ki:

    maraqli xeber idi…..twkkler cin bala

  16. New_Moon dedi ki:

    Xebere Gore Cox Sagol twk

  17. Single Girl dedi ki:

    axirinci defe hec yadima gelmir ne vaxt mesajlawmiwam onla yeqinki 2-3ay qabaq

  18. TaTLiSHkA dedi ki:

    Cinossssssssssssssss )))))))))))) twk

  19. ZakonLubvi dedi ki:

    Siz tələb etdikdən sonra, əgər hələ sizi axtarmayıb, mesaj atmağa davam edirsə, cavab yazmayın qəti. Aydındır ki, sizinlə зox maraqlanmır və sizə dəyər verən yeni bir sevgili və mesaj yoldaşı tapmanız lazımdır.

  20. BuBLiK dedi ki:

    ZARAFAT ETMƏYƏ ЗALIŞDIĞINIZDA
    Qarşınızda sizi, etdiyiniz zarafatı anlayacaq qədər tanımayan bir insan varsa bəlkə də iзində lağlar və зətin aydın olacaq zarafatlar olan mesajları ona heз yazmamalısınız.
    Yaxşı niyyətlə yazdığınız bir mesaj, sцzlərin səhv başa dьşьlmə bilər, hətta tərs bir şəkildə qəbul edilə bilər.

    He duzdi olur arada duz bawa tuwmir ozde men bizim dili yahwi bilmirem yazdiglarmi pis bawa tuwur…=)

    Cox sagol maraglidi lazim olannari ohudum=)