Yoxamsa, demək ki yoxuq…


yoxamsa demekki yoxuq
Ovuclarımda uçurum qoxusu

Yıxılıram artıq.

Bir nağıla uzanır sevgilərim

Sevgidən oğurladıqlarım dayanır qarşımda

Qaçaq şəhərlərin ünvansız ürəyi oluram.

Gir cümlələrimə

Qiyam qaldır bütün sözlərimdə

Səni daşıyan hərflərdə hiss edil

Gecənin bütün qaranlığını aşırt üzərimə

Şah damarlarımın istiliyini kəs

Buz tutsun bədənim.

Gözlərinin səkilərindən sal məni

Sağalt ürəyimdəki bütün sevmələri

Ürək atışlarıma xəyanətini sal

Dodaq titrəyişlərimə aldanışlarımın sözlərini sığdır.

Mənə şeirlər yazdıran insan

Alqışla özünü

Yalan qarışdı gerçəyə

Aldanışlarıma sığdır yarım qalmış bütün yalanlarını.

Adını sən qoy sol yanımda olan zərbənin.

Uğruna ölməyi gözə aldığım uçurum çiçəyi

İndi səni düşürəm

İçimi ağrıdan ayazlardan belə itisən.

Boğulur mahnımız

Dilim tikanlı bir tel

Bütün divarlarımın qışqırıqları aşır üzərimə.

Söylə mənə hansı ağrıya baş qaldırmalıyam?

Əlimdə yarım qalmış bir şeir.

Sənli zamana asıram ürəyimi

Qışqırıqlarımdan vurulur mənliyim.

Bütün yalanlarınla alqışla məni

Boğ yalanlarınla bütün saflığım

Sən iflic bir zamanın yaşananları,çirkli bir dünyanın mənfəətisən artıq.

Gecəni qanadır baxışlarım

Bütün qaralar artıq mənimdir.

Rəngi yox yaşanmışlıqların

Layiq oldum!

Sevdim…

Qışqırıqlar çatmasa da qırılışlarıma

Sorğusunu bitirə bilmədən sən düşüncələrinin alınından vururam.

Məhrum… yoxamsa,deməkki yoxuq.

Bitdi…

dangerous_angel

Şərhlər:

  1. Miss_Azericka dedi ki:

    bir sozle elaaaaaaaaaaaaaaa gul give_rose gul

  2. Single Girl dedi ki:

    coooooooooooox beyendim cry

  3. DaRk_AnGeL dedi ki:

    cox saol can xebere gore

  4. _Cinbala_ dedi ki:
    Məhrum… yoxamsa,deməkki yoxuq.

    Bitdi…

    Cox sagol

  5. ...::EMERALD::... dedi ki:
    ELLERINE SAGLIQ.COX BEYENDIM
  6. МиниК_Сердце dedi ki:

    +10 )

  7. Zvezda dedi ki:

    supeeeeeeeeeeer cox beyendiim..ellerine saglik

  8. BuBLiK dedi ki:

    cry Super….cox sagol ellerine salik…

  9. VERY_SHY dedi ki:

    eelllaaa cox beyendim

  10. New_Moon dedi ki:

    Yalan qarışdı gerзəyə cry
    Cox Sagol Superdiiiiiiiiiiiiiiiiii Minnetdaram twk

  11. dangerous_angel dedi ki:

    HaMInIZa TeSeKkkUrLeR sErHlErE GoRe bayaca