Maraqlıdır…


bilirsinizmi

Maraqlıdır,

İnsan 10 manat sədəqə verəcək olsa bu miqdarı çox hesab edər, amma 10 manat ilə mağazadan bir şey almağa getsə alacaq bir şey tapa bilməz….

Maraqlıdır,
İnsan 10 dəqiqə zikr edəcək olsa bu zamanı çox hesab edər, amma bir film və ya yarış olsa bir yarım saatlıq zaman onun üçün dərhal keçir….

Maraqlıdır,
Bir futbol yarışının uzanması insanın xoşuna gələr, amma Cümə namazında xütbənin bir neçə dəqiqə uzanması heç də xoşuna gəlməz….

Maraqlıdır,
İnsan eşitdiyi dedi-qoduya dərhal inanar və qəbul edər, amma qəti doğru olduğunu bildiyi bir şeyi inad edərək dərhal qəbul etməz…

Maraqlıdır,
İnsan məsciddə bir saat ibadət edərək vaxt geçirəcək olsa onun üçün zaman keçə bilməz, amma televiziora baxarkən zaman onun üçün dərhal keçər….

Maraqlıdır,
İnsan namaz qılarkən, ibadət əsnasında dünyəvi mövzuları düşünməyi sevər amma normalda İslamiyyəti düşünməkdən qaçınar…

Maraqlıdır,
İnsana bir surəni və ya surənin mənasını oxumaq çətin gəlir, amma bir romanı oxumaq onun üçün asandır….

Maraqlıdır,
Bir ayə ya da hədis əzbərləmək insanın çətininə gedər, amma musiqi siyahısı top 10′da olan mahnıların hamısını əzbərdən bilər….

Maraqlıdır,
İnsan gündəliyində bir dini yığıncaq üçün zaman tapa bilməz, amma dünyalıq işlər üçün çox zaman tapar.

Maraqlıdır,
İnsan İslami mövzuları dinləməyi və izah etməyi çətin bilər, amma dedi-qoduları dinləməyi və izah etməyi çox sevər….

Maraqlıdır,
İnsan CƏNNƏTƏ getməyi istər, amma heç bir şey etmədən….

Maraqlıdır,
İnsan hər gün bəzilərinin ölüm xəbərini alar, amma yenə də özünün də birgun öləcəyini düşünməz….

Maraqlıdır,
İnsan hər gün bir gün çürüyəcək bədənini daha çox formada tutmaq üçün yediklərinə diqqət yetirər, dərisinə baxım etdirər, amma əsla çürüməyən ruhu və qurtuluşu üçün heç diqqət yetirməz….

Miss_Azericka

Şərhlər:

  1. МиниК_Сердце dedi ki:

    İnsan gьndəliyində bir dini yığıncaq ьзьn zaman tapa bilməz, amma dьnyalıq işlər ьзьn зox zaman tapar. applause twk

  2. New_Moon dedi ki:

    Maraqlıdır,
    İnsan 10 manat sədəqə verəcək olsa bu miqdarı зox hesab edər, amma 10 manat ilə mağazadan bir şey almağa getsə alacaq bir şey tapa bilməz….
    Bax Bu Duzdu Cox SAgol Can Maraqli Idi greeting give_rose

  3. taliya dedi ki:

    İnsan namaz qılarkən, ibadət əsnasında dьnyəvi mцvzuları dьşьnməyi sevər amma normalda İslamiyyəti dьşьnməkdən qaзınar…
    tesekkur edirem cox beyendim

  4. KoRpE dedi ki:

    cox sagol maraglidi

  5. KIVANC dedi ki:

    Oxudum cooox xosuma geldi.Sozun esl menasinda maraqlidir….

  6. ReaLiSTKa dedi ki:

    hmmm cox maraqli xeberdi twkkkkkkk

  7. BalaM dedi ki:
    Maraglidi cox sagol give_rose
  8. VERY_SHY dedi ki:

    İnsan 10 manat sədəqə verəcək olsa bu miqdarı зox hesab edər, amma 10 manat ilə mağazadan bir şey almağa getsə alacaq bir şey tapa bilməz….

    cox maraglidiye gozel,ela twk
  9. BuBLiK dedi ki:

    saol awkim super maraglidi=) blum3

  10. _Cinbala_ dedi ki:

    İnsan CƏNNƏTƏ getməyi istər, amma heз bir şey etmədən….



    Super oxudum

  11. ...::EMERALD::... dedi ki:

    HEQIQETEN MARAQLIDIR.SAG OL

  12. xaver dedi ki:

    beyendiyinize sevindim