Sevginini fesilleri

alt

Hər münasibət bir bağa bənzəyir. Əgər yaşıllaşması, gül-çiçəklərlə dolu olması istənilirsə, nizamlı olaraq su verilməlidir. Gözlənilməyən hava dəyişimiylə yanaşı, fəsillər də nəzərə alınmalıdır. Bunun üçün özəl qayğı lazımdır. Yeni toxumlar əkilməli və yabanı otlar təmizlənməlidir. Eynilə bunun kimi, sevginin sehrini canlı tutmaq üçün də fəsillərini başa düşməli və sevginin özünəməxsus ehtiyaclarını ödəməliyik.

Sevginin BAHARI

Aşiq olmaq bahar kimidir. Sonsuza qədər xoşbəxt olacağıq deyə bir duyğuya qapılırıq. Sevgilimizi sevməmək ağlımızın ucundan belə keçmir. Bu bir saflıq dövrüdür. Hər şeyin qüsursuz sanıldığı, hər şeyin möhtəşəm şəkildə hərəkət etdiyi sehrli bir dövrdür. Seçdiyimiz insan eyni ilə bizə uyğundur. Lap istədiyimiz kimidir. Heç nə düşünmədən şansın üzümüzə güldüyünü bütün dünyaya bağıraraq demək istəyirik…

Sevginin YAYI

Sevgimizin yay fəsli boyunca sevgilimizin düşündüyümüz qədər qüsursuz olmadığını və münasibətimiz üzərində çalışmalı olduğumuzu, bir daha gözdən keçirməmizin vacib olduğunu başa düşərik. İncikliklər və xəyal qırıqlıqları ortaya çıxar. Yabanı otların kökündən təmizlənməsi, qızmar günəş altındakı bitkilərin daha artıq sulanması vacib olar. Artıq sevgini vermək də, istədiyimiz sevgini almaq da o qədər asan deyil. Hər zaman xoşbəxt və sevgi dolu olmadığımızı görüb anlayarıq. Bizim sevgi haqqında xəyal etdiyimiz tablo deyil bu. Çox cütlüklər bu nöqtəyə gələndə xəyal qırıqlığına uğrayar. Münasibətlərini bir daha gözdən keçirmək istəməzlər. Bir-birlərini günahlandırar və sonda bezərlər. Sevginin hər zaman asan olmadığını, ara-sıra diqqət istədiyini görməzlər.
Sevginin yay fəslində öz sevgi ehtiyacımızı ödədiyimiz qədər qarşımızdakı insanın-sevgilimizin də ehtiyaclarını ödəməliyik. Bunlar öz-özünə həll ola bilməz… Sevgi diqqət və qayğı, anlayış tələb edir.

Sevginin PAYIZI

Yay fəsli müddətincə bağımıza yaxşı baxmışıqsa, bunun nəticəsini görərik. Payız fəsli gəlir. Bu qızıl dövrdür. İstər özümüzün, istərsə də sevgilimizin qüsurlarını qəbul edən və anlayışla qarşılayan daha ağlıbaşında bir sevgidir yaşadığımız. Bu bir bölüşmək dövrüdür. Yay vaxtı çox çalışdığımız üçün indi istirahət edə bilər və yaratdığımız sevginin, eşqin ləzzətini duya bilərik…

Sevginin QIŞI

Sonda hava yenidən dəyişər və qış başlanar. Qışın soyuq ayları müddətincə təbiət içinə qapanar. Bu bir düşünmə və yenilənmə zamanıdır. Münasibətlərdə üzləşmə zamanıdır. Qapağımızın açılıb, qəmlə dolu duyğularımızın ortaya töküldüyü zamandır. Sevgilimizi deyil, özümüz-özümüzü gözdən keçirdiyimiz zamandır. Günahları, səhvləri özümüzdə axtardığımız zamandır. Yaraların sağaldığı, dərdlərin azaldığı zamandır. Həqiqətən seviriksə, itirmə qorxusunu yaşadığımız zamandır.

qeribelik

Şərhlər:

  1. Single Girl dedi ki:

    Mende Yaya Dushmushdu…Neyse….
    Cox sagol baciw ellerine saglik

  2. dangerous_angel dedi ki:

    Sevginin BAHARI

    Aşiq olmaq bahar kimidir. Sonsuza qədər xoşbəxt olacağıq deyə bir duyğuya qapılırıq. Sevgilimizi sevməmək ağlımızın ucundan belə keзmir. Bu bir saflıq dцvrьdьr. Hər şeyin qьsursuz sanıldığı, hər şeyin mцhtəşəm şəkildə hərəkət etdiyi sehrli bir dцvrdьr. Seзdiyimiz insan eyni ilə bizə uyğundur. Lap istədiyimiz kimidir. Heз nə dьşьnmədən şansın ьzьmьzə gьldьyьnь bьtьn dьnyaya bağıraraq demək istəyirik…

    twkler superdi
    qeribelik,
    men oxumamisamm!!!!!!!!!!!

  3. qeribelik dedi ki:

    olubsa saytda niye serh yazirsiz

  4. BuBLiK dedi ki:
    BalaM,
    aga mas olub…
    cox sagol

  5. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol…ama bu xeberi oxumuwam saytda…

  6. taliya dedi ki:

    Sitat: BalaM
    Bu xeber variydi uje saytda Her neyse COx maraglidi ..Tshk xebere gore


    duz deyirsen

  7. _Cinbala_ dedi ki:

    Cox sagol xebere gore

  8. VERY_SHY dedi ki:

    Sevginin BAHARI

    Aşiq olmaq bahar kimidir. Sonsuza qədər xoşbəxt olacağıq deyə bir duyğuya qapılırıq. Sevgilimizi sevməmək ağlımızın ucundan belə keзmir. Bu bir saflıq dцvrьdьr. Hər şeyin qьsursuz sanıldığı, hər şeyin mцhtəşəm şəkildə hərəkət etdiyi sehrli bir dцvrdьr. Seзdiyimiz insan eyni ilə bizə uyğundur. Lap istədiyimiz kimidir. Heз nə dьşьnmədən şansın ьzьmьzə gьldьyьnь bьtьn dьnyaya bağıraraq demək istəyirik…

    yaxwidi

  9. New_Moon dedi ki:

    Maraqli Idi Cox Sagol twk

  10. МиниК_Сердце dedi ki:

    twk menlik deyil

  11. BalaM dedi ki:
    Bu xeber variydi uje saytda Her neyse COx maraglidi ..Tshk xebere gore give_rose
  12. dangerous_angel dedi ki:

    tesekkurler oxumusdum

  13. qeribelik dedi ki:

    hmm.nə gözəl xəbərim var