Çünki onu sevir…


cunki onu sevir
Qız:
– Mən səninlə azad deyiləm,amma əsil məhəbbət azad olmalıdır.
Oğlan dərindən nəfəs alaraq dedi:
– O ipi mənə ver. İpi götürür, bir ucunu öz ayağına, digər ucunu qızın ayağına bağlayır-gəl kiçik bir oyun oynayaq!
Qız – Oynayaq!
Oğlan – Bax bu kiçik ip bizim sevgimizdir, təsəvvür elə ki, mən sənə azadlıq verirəm, get.
Qız 1-2 metr gedir, ip qurtarır.
Qiz
– Mən gedə bilmirəm, sənin sevgin mənə mane olur.
– Bizim sevgimiz!-oğlan sakitcə dedi-sən bir də cəhd elə.
Qız ayağını çəkdikcə ip ayağını kəsir.
– Məni incidir, ağrıdır axı.
Oğlan pambıq götürür,qızın ayağına əvvəl pambığı dolayır, sonra yenidən iplə sarıyır.
– İndi get.
Qız indi daha möhkəm çəkir ipi, oğlanın sifəti ağrıdan qırışır.
– İndi məni incitmir, amma yenə səndən uzaqlaşa bilmirəm, ip mane olur.
Oğlan – Onda qalx axşam yeməyi hazırla.
Qız yemək hazırlamağa başlayır, ip ona sərbəst hərəkət etməyə imkan vermir.
– Yenə mənə mane olur.
Oğlan – Onda gəl birlikdə hazırlayaq! -yaxınlaşır, qızın üzündən öpür, -birlikdə.
Onlar birlikdə yemək hazırlayır, stolun ətrafında oturanda oğlan soruşur:
– Sən unutmamısan? Biz hələ də bir-birimizə bağlıyıq.
Qız – Oy, tamam unutmuşam.
Oğlan ipi açır və soruşur:
– Sən nəsə başa düşdün?
Qız – Nəyi başa düşməliydim ki?
– Sən mənim canımsan!-oğlan dərindən nəfəs alır.
Yalnız gecənin sakitliyində oğlan öz-özünə danışırmış kimi deyir:
Sən başa düşməliydin ki, həm çətin günündə, həm də xoş günündə məni tərk etmək istəsən hiss edəcəksən ki nəsə sənə mane olur. Sənə sevgimiz mane olacaq. Amma nə qədər ki birlikdəyik sən bu maneəni hiss etməyəcəksən.
Qız – Bəs niyə sən bizim ayaqlarımızı bağladın?
Oğlan – Çünki real həyatda bizim ürəklərimiz bir-birinə bağlıdır.
Qız – Bəs niyə mənim ayağıma pambıq bağladın, öz ayağına yox?
Oğlan – Pambıqsız sən ağrını hiss edirdin. Pambıq sənin kobudlaşmış duyğularındı. Amma bu o demək deyil ki, əgər sən ağrı hiss etmirsənsə mənə də ağrılı deyil. Sən unutmamısan ki bizim ayağımız yox, ürəklərimiz bağlıdır?
Qız susdu, fikrə getdi.
Oğlan isə hələ ürəyində davam eləyəcək ki, bunun çox asan çıxış yolu var-qayçı və ya bıçaq. Amma o bunu heç vaxt qıza deməyəcək, çünki onu itirmək istəmir,çünki ona görə bütün ağrı-acılara dözməyə hazırdır,çünki onun həmişə yanında olmağını arzulayır.
Çünki onu sevir…

qeribelik

Şərhlər:

  1. Admin dedi ki:

    Sitat: Admin
    Sən mənim canımsan!oğlan dərindən nəfəs alır.

    ehh her defe oxuduqca lezzzet edir….((

  2. Angelocka dedi ki:
    Doğurdanda belədir. İnsan birini oz canındanda cox sevəndə artıq ozunu unutmuş vəziyyətə gəlib cixir. Nə olursa mənə olsun ona olmasın, onun canı ağrımasın, acı cəkməsin mən onun yerinə acıda cəkərəm hərşeydə edərəm. Ama bəzən butun bunlara bəzilərinin cavabı bilirsiz nə olur? Sən bunu etməlisəndə. Sevirsənsə dozub edəcəksən. Qarşılğında minnət gorursən… Təşəkkur edirəm omrum gozəl xəbərinə gorə..
  3. ZakonLubvi dedi ki:

    bash hamisi bow sozlerdi sevgi qokuw inanmiram hands

  4. ...::EMERALD::... dedi ki:

    UREYIM BIRTEHER OLDU.ELLERINE SAGLIQ

  5. bakili qaqas dedi ki:

    TESEKKURLER.COXSAGOL GOZEL XEBERE GORE

  6. New_Moon dedi ki:

    Eziyyete Gore Cox Sagol Maraqli Idi twk

  7. BuBLiK dedi ki:

    ay da neter tesir eladi…..ufffff….=((((
    cox sagol baciw SUPER!!!

  8. BalaM dedi ki:
    Cox sagol Gozel sozler var give_rose
  9. _Cinbala_ dedi ki:

    Cox sagol maraqlı xebere gore
    Men bunu oxumuwdum elduuu…y twk enede

  10. taliya dedi ki:

    ela misaldi thanks

  11. dangerous_angel dedi ki:

    tesekkurler super

  12. VERY_SHY dedi ki:

    coooox xowuma geldi,inanki deli oldum superdi

    sevdiyiniz insanin qedrini bilin
  13. _Aynur_ dedi ki:

    Coooox saq ol canim maraqli ve menali xebere gore….

  14. МиниК_Сердце dedi ki:

    cry ehh

    necede gozeldir((cox sag ol canimka

  15. qeribelik dedi ki:

    SİZLERDE SHERHLER UCUN SAQ OLUN