Hayatdan nə öyrəndim?

Balacaykən xəyallar çox böyük… Göz yaşları isə yalnız kiçik bir şokolad və ya oyuncaq bir avtomobil, ya da bir kukla üçün… Sonra sonra xəyalların kiçilir… Yalnız ümid edə bilirsən… Edə bilsən təbii… Çoxumuz ümid etməyi də unuduruq zamanla… Bədbəxtliklər krallığımızı qurub kral və kraliçanı oynayırıq bütün professionallığımızla… Haqqını verərək… Kiçikkən ananın – atanın aldığı oyuncaq tapançaların və ya kuklaların çıxartdığı səslər böyüdüyün zaman televiziya ekranından qulağının içinə girir… Bir yerlərdə kiçik uşaqlar tapançalarla oyun oynamaq yerinə, bəzilərinin oyunlarına qanlı oyuncaqlar olaraq qatılırlar… Kədərlənirsən… Zamanla kədərlənməyi də unuda bilirsən… Ürəyinin daşlaşmasını izləyirsən… Böyüyürsən… Sevdiklərin bir – bir yanından ayrılarkən sən böyüyürsən… Böyümənin bir az da təklik olduğunu anlayaraq… Gənclikdə sevdiyin qız üçün yazdığın eşq şeirləri bir zaman sonra başqa – başqa kəslərə yazılır… Həyatın yollardan ibarət olduğunu anlayırsan… Və arxana dönüb baxdığın o anlarda əslində başladığın yolun daha başında olduğunu və heç addım təyin etməmiş olduğunu anlayırsan… Başladığın yerdə bitir bəzən həyat…

Təxirə salına – salına… Sevdiyinə onu sevdiyini söyləməyi təxirə salırsan… Sevdiyinin əlini tutmağı təxirə salırsan… Həmişə bir şeylərdən qorxursan… Çünki uyğun gəlməyin lazım olan o qədər çox qayda qoyulur ki, sən böyüyərkən hansına uyğun gəlməyin lazım olduğunu anlaya bilmirsən… Sonunda öz nizamsızlığında itib gedirsən… Tərəddüd edə – edə böyüyürsən… Həyat önünə həmişə yeni – yeni oyunlarla gəlir… Bəzən onun əlində oyuncaq olduğunu hiss edirsən… Zamanla səndə ona oyunlar oynamağı öyrənirsən… Bəzən ən xoşbəxt olduğun anlarda belə, ağlayacaq qədər kompleks bir varlıq olduğunu görürsən… Əlində oynadığın oyuncaq kuklaların yerini, zamanla qucağında sənin qanından olan körpələr örtür… Gözlərinin içinə baxıb – baxıb gözlərini ışıldadan balaların… Sonra həyat həmişə özünü təkrar edib dayanır… Bəzilərini doğularkən öldüyünü və bunun bir qayda olduğunu görürsən… Həyat bir çarx kimi öz qaydaları ətrafında dönüb dayanır… Bəzən xoşbəxti oynayırsan, bəzən bədbəxti… Tək etməyin lazım olan başladığın o yoldan bir addım belə olsa irəli gedə bilməyi bacarmaq…
Yenilənib:
cox sagol menali xebere gore
tesekkurler
Miss_Azericka,
_Cinbala_,
ZakonLubvi,
dangerous_angel,
…::EMERALD::…,
KoRpE,
deymez
bele xeber olmuwdu
cox sagol canim elaaaaaaaaaa
Bəzən xoşbəxti oynayırsan, bəzən bədbəxti… Tək etməyin lazım olan başladığın o yoldan bir addım belə olsa irəli gedə bilməyi bacarmaq…
menim bu sozlerden xowum geldi tesir edigidi
twk
cox sagol canim eladi
МиниК_Сердце,
oy spasibo lubimie za podderjku..
Cannnnnnnnn Gunay ya toje rada chto u menya est takaya giji kak ti=))))))))))
tay demiyacem canim=))tay bawa tuwdum=))hem hirsim soyudu=))
ele deme heyat dozumluluyuyle ,sebrliliyile,sevgisiyle sene yasamagi oyredir
Cox Sagol Can Xebere Gore Superdiiii
coooxsagol MOON GIRL,ela xeberdi,ne yaxwiki sen varsan
BU HEYAT ACIYI GOZELLIYI INSANA ORGEDIR….BIR SEYI UNUDMAYAQ EYER HEYAT ACI BIR SEY YASADIRSA BIZE DIMELI SONUNDA BIR XEYIR VARRRR
tsk xebere gore
BuBLiK , ne govori tak milaya. jivi i radusya tem cto imeyew.
moon girl twk
BuBLiK,
djanul ele dime Heyat cox gozeldi min wukurki varix…sen sevgiye nifret edib hayifini heyatdan cixma)…Yaxwiki sende varsan djanulkam