Müsəlman Qadının İdealları Böyükdür

M252;s601;lman Qad305;n305;n 304;deallar305; B246;y252;kd252;r

Cahiliyyə qadın xarakterinin əhəmiyyətli xüsusiyyətlərindən biri bu şəxslərin üfüqləri, idealları, düşüncələri və həyat tərzlərinin çox dar sahə ilə məhdudlaşmasıdır. Bu xarakteri mənimsəyən qadınlar üçün cəmiyyətin nəzərdə tutduğu bəzi müəyyən vəzifə və məsuliyyətləri var. Əslində onlardan gözlənilən sadəcə olaraq bunları ən yaxşı şəkildə yerinə yetirmələridir. Bunların xaricində fərqli ideallara sahib olmaları, ya da fərqli mövzularda özlərini inkişaf etdirmələri üçün, ümumiyyətlə, qadınlara imkan verilmir. Qadınlar ancaq bu vəziyyətdən xəbər tutduqları, həyatlarını daha fərqli və daha böyük ideallar üzərinə qurma ehtiyacını duyduqları təqdirdə özlərini inkişaf etdirib, düşüncə üfüqlərinin sərhədlərini genişləndirə bilərlər.

Qadın üçün nəzərdə tutulan başlıca məsuliyyətlər isə, ümumilikdə götürsək, ailəsini və evini maddi və mənəvi baxımdan yaxşı şəkildə idarə etməsi və uşaqlarını yetişdirməsidir. Bunların xaricində qadınların uşaqlıq illərindən etibarən aldıqları təlqinlər əsasında maraqlandıqları mövzular isə tamamilə özlərinə aiddir. Bunlar da, ümumiyyətlə, saçları, makiyajları, paltarları, dəblə ayaqlaşmaq kimi mövzular, ev təmizliyi, dost yığıncaqları kimi fəaliyyətlərlə məhduddur. Əlbəttə, insanın ailəvi məsuliyyətlərini yerinə yetirməsində, özünə aid ehtiyaclarını aradan qaldırmaqla maraqlanmasında, ya da evinin təmizliyini təmin etməsində səhv yoxdur. Səhv olan, yaşadığı həyatın və boynuna götürdüyü məsuliyyətlərin yalnız bunlarla məhdudlaşdırılması və bunu nə məqsədlə etdiyini bilməməyidir.

Allah insanı müəyyən bir məqsədlə yaratmış, üzərinə düşən məsuliyyətləri Quranla bildirmişdir. Müsəlman qadın hər şeydən əvvəl onu yaradan, ömür təyin edən, yaşadığı hər an onu qoruyan, nemətləriylə lütf edən Rəbbimizə qarşı məsuldur. Allahın Quranla insanlara bildirdiyi əxlaqı yaşamaqla, Allaha ibadət və qulluq etməklə, Onun razılığını qazanacaq işlər görməklə məsuldur. Cahiliyyə inancları səbəbindən gözəl əxlaqın qazandıracağı dinc və xoşbəxtlikdən uzaq həyat yaşayan insanlara Quran əxlaqını izah edib, onların Allahın razılığına, rəhmətinə, cənnətinə qovuşmaları üçün əlindən gələn səyi göstərməklə mükəlləfdir. İnsanlara şeytanın təqdim etdiyi xaos və qarışıqlığın hakim olduğu, sevginin, hörmətin, dostluq kimi nemətlərin lazım olduğu kimi yaşanmadığı qaranlıq ruh halından xilas olmağın yolunu göstərmək üçün səmimiyyətlə səy göstərməlidir.

Allah Quranın “Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiz?” (Nisa Surəsi, 75) ayəsiylə insanlara yer üzərindəki çətinlik çəkən gücsüz insanların vəziyyətini xatırlatmış, onlara kömək etməyin və yol göstərməyin vicdan sahibi insanlar üçün vəzifə olduğunu bildirmişdir.

Allah başqa bir ayədə isə “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.” (Nisa Surəsi, 36) sözləriylə möminlərin öhdəçiliyinin yalnız özləri olmadığını, yetimlərə, yoxsullara, yolda qalmışa və bunlar kimi möhtac olan bir çox insana kömək əlini uzatmaqla da məsul olduqlarını xatırlatmışdır. Müsəlman qadın bütün bu məsuliyyətlərinin şüurunda olan insandır. Buna görə də heç vaxt yalnız öz ehtiyaclarının arxasına düşüb, yalnız özünü maraqlandıran bir neçə məsuliyyəti yerinə yetirib, Allahın bildirdiyi bu öhdəlikləri göz ardı edə bilməz. Həyata dair ideallarını, düşüncələrini yalnız bu şəkildə məhdudlaşdırmaz. Dünyanın hər tərəfindəki çətin vəziyyətdəki insanların, aclıqdan əziyyət çəkən, epidemiya xəstəliklərlə ilə mübarizə edən, döyüş və qarşıdurma mühitlərinin çətinliyini yaşayan uşaqların, qadınların, yaşlıların bütün çətinliklərini sanki öz problemi imiş kimi düşünüb onlara kömək etmək üçün əlindən gələn səyi göstərər. Bundan əlavə gündəlik həyatında qarşısına çıxan məsələlərdə də hər mövzuya həqiqətən layiq olduğu qədər dəyər verər.


Əsl məqsədinin Allahın razılığını qazanmaq, Onun bəyəndiyi əxlaqı yaşamaq və insanlara gerçək dincliyi və xoşbəxtliyi yaşayacaqları bu əxlaqı izah etmək olduğunu bilər. Buna görə də bəzi qadınların gündəlik həyatlarında qarşılaşıb çox əhəmiyyətli gördükləri, gözlərində böyüdüb kədərləndikləri bir çox mövzunun insanın gerçək məqsədinin yanında, nə qədər boş və nə qədər əhəmiyyətsiz mövzular olduğunu bilərək hərəkət edər.

BalaM

Şərhlər:

  1. _Cinbala_ dedi ki:

    Gunka bu boyukdu axi sbrim catmaz oxuyum…yenede cox sagol

  2. Jale15 dedi ki:

    Super xowuma geldi twk

  3. _Aynur_ dedi ki:

    Allah razi olsun!!!!cox saq ol xebere gore…

  4. taliya dedi ki:

    ALLAH RAZI OLSUN twk

  5. dangerous_angel dedi ki:

    twkler

  6. ZakonLubvi dedi ki:

    Allah Quranın ”Sizə nə olub ki, Allah yolunda və: ”Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən зıxart, bizə Цz tərəfindən bir himayəзi təyin et, bizə Цz tərəfindən bir yardımзı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiz?” (Nisa Surəsi, 75) ayəsiylə insanlara yer ьzərindəki зətinlik зəkən gьcsьz insanların vəziyyətini xatırlatmış, onlara kцmək etməyin və yol gцstərməyin vicdan sahibi insanlar ьзьn vəzifə olduğunu bildirmişdir. angel

  7. morgan dedi ki:
    bilirsen konkret bir movzuya toxunmamisan
    aydin olmur ki xeberde meqsed nedir
    incime konkret bir movzuya toxun fikirlerimizi bildirek
    da yuxaridakilarin bezileri kimi xeberi yola vermeyek
  8. BalaM dedi ki:
    Musəlman Qadının İdealları Boyukdur yes
  9. Dj ExTrEmE dedi ki:

    AllahRazi olsun oxuya bilmedim hamsini telle girmiwem))))))))))

    AllahRazi olsun oxuya bilmedim hamsini telle girmiwem))))))))))

  10. Betulum dedi ki:

    Allah razi olsun

  11. KoRpE dedi ki:

    ALLAH razi olsun!

  12. New_Moon dedi ki:

    Xebere Gore Cox SAgol

  13. Бакинка dedi ki:
    Allah RAzi olsun
  14. BuBLiK dedi ki:

    ALLAH razi olsun sennen canim!!
    Konechno musulmanki vo vsem luchwe!!!

  15. МиниК_Сердце dedi ki:

    Allah Quranın ”Sizə nə olub ki, Allah yolunda və: ”Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən зıxart, bizə Цz tərəfindən bir himayəзi təyin et, bizə Цz tərəfindən bir yardımзı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiz?” (Nisa Surəsi, 75) ayəsiylə insanlara yer ьzərindəki зətinlik зəkən gьcsьz insanların vəziyyətini xatırlatmış, onlara kцmək etməyin və yol gцstərməyin vicdan sahibi insanlar ьзьn vəzifə olduğunu bildirmişdir.

    cox sag ol ALLAH BOYUKDUR. SAG OL CAN ALLAH RAZI OLSUN

  16. _Sia_ dedi ki:

    Cennet analarin ayaqlari altindadir.

    MEHEMMED PEYGEMBER (S.E.S)

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…