ANA

...ANA...

Dünyanın ən duyğusal, müqəddəs varlıqlarıdır Analar. Ən vəfalı, ən çox dəyəri bilinən və haqqlarının ödənməsi mümkün olmayaan mələklərimizdir. Gözlərimizi açdığımız ilk gündə başlayar onlara bağlılığımız. Daha heç bir şeyin fərqində deyilkən, onların qucağında ağlamağımız kəsilər və hər ağlayışımızda bilər nə dərdimiz olduğunu. Bizim ağlamağımız başqalarına pis gələ bilər, amma onlara deyil; onlar bezmədən çatar köməyimizə. Ən gözəl paltarları geyindirər, ən gözəl yeməkləri yedirər bizlərə. Sevgiylə böyüdər bizləri.
Bizlərdə xoşbəxtlik duyarıq bunlardan və həmişə hədiyyə vermək istəyərik onlara. Hətta bizim onlara ilk hədiyyəmiz danışmağa başladığımız gündür və ilk öyrəndiyimiz sözün “Ana” olmasıdır. O an onun ən xoşbəxt anlarından biridir. Hədiyyəmizi çox duyğusal görər və sevinclərindən ağlayarlar.

Aradan illər keçir və ibtidai sinif çağına gəlirik, məktəbin ilk günü hər zamanki kimi yanımızdadılar. Və yenə bizi böyümüş olaraq görmələri ağlamaqlarına səbəb olar. Məktəbə öyrəşənə qədər onlar aparar bizi məktəbə. Məktəbdən gəldiyimizdə ilk iş məktəbdə nələr etdiyimizi onlara izah edərik. Nələr öyrəndiyimizi izah edərik onlara. Bizi bezmədən və ciddiliklə dinləyərlər, çox vacib bir şey izah edirmişik kimi… Məktəb həyatımız belə keçər. İmtahanlarımız yaxşı olsa sevinər, pis olsa kədərlənərlər. Amma bunu bildirməzlər bəzən. Təsəlli edərlər bizləri kədərlənməməymiz üçün.

Onlar həyatımız boyunca sevincimizdə də, kədərimizdə də ağlayarlar. Amma bəziləri vardır ki, analarını küçəyə atarlar, onlar analarına pis sözlər deyərlər, onlar analarının dəyərini bilməzlər. Buna baxmayaraq yenə bir şey deməz, deyə bilməz anaları. Nədə olsa uşağımdı deyə düşünərlər, qıya bilməzlər. Onlar bu vəziyyətlərinədə yenə ağlayarlar, amma sevinclərindən deyil vəfasızlıqdan… O yaşa gətirdikləri uşaqlarının bunları etməyi əzab verər onlara, körpəlik günlərini xatırlayarlar onların və çox duyğulanarlar.

Bu duyğunu heç yaşatmayaq onlara. Haqqını onsuzda ödəyə bilməyəcəyimiz analarımıza dəyər verək, incitməyək, ağladıqları zamanlar, kədərləndikləri deyil, sevindikləri zamanlar olsun və onlara qarşı hörmətli olaq. Uşaqlıq günlərimizi xatırlayaq və Peyğəmbərimizin sözünü də heç bir zaman unutmayaq ki “Cənnət anaların ayaqları altındadır”…

BalaM

Şərhlər:

  1. VERY_SHY dedi ki:


    Dьnyanın ən duyğusal, mьqəddəs varlıqlarıdır Analar. Ən vəfalı, ən зox dəyəri bilinən və haqqlarının цdənməsi mьmkьn olmayaan mələklərimizdi
    r.

    Ana muqeddesdir

  2. BalaM dedi ki:

    KoRpE,
    AristokraT,
    …::EMERALD::…,
    tshk give_rose

  3. PRistupnIK dedi ki:

    Cənnət anaların ayaqları altındadır\"…

    twk gozel movzudu saqol

  4. dangerous_angel dedi ki:

    coooooooooox saol

  5. Бакинка dedi ki:
    angel Yawa her bir ana meleydi )))) angel
  6. taliya dedi ki:

    canim mamam menim butun analara ALLAH can sagligi versin basimizin ustunden ek etmesin Amin!

  7. New_Moon dedi ki:

    Ellerine Sagliq Cox Sagol Maraqli Idi

  8. ...::EMERALD::... dedi ki:

    ALLAH BUTUN ANALARIN CANINI SAG ELESIN.XEBERE GORE SAG OL

  9. AristokraT dedi ki:

    [b]CENNET ANA-larin ayaglari altindadir… Cox Sagol Heqiqetende MARAGLI idi..[/b] twk

  10. МиниК_Сердце dedi ki:

    heart Dьnyanın ən duyğusal, mьqəddəs varlıqlarıdır Analar. Ən vəfalı, ən зox dəyəri bilinən və haqqlarının цdənməsi mьmkьn olmayaan mələklərimizdir. heart

  11. BuBLiK dedi ki:

    MAMA samoy lubimoe rodnoe daragocennoe v jizni rebonka ALLAH hamin mamisin sahlasin!!AMIN!
    spasibo lubimaya opucuk

  12. BalaM dedi ki:

    МиниК_Сердце,
    BuBLiK,
    VERY_SHY,
    tShK give_rose

  13. Miss_Azericka dedi ki:

    cox sagol canim wirin

  14. Single Girl dedi ki:

    ayallllaaaaaaa Qurban olarame mamama Heyatimdiye menim o heyatimmmmmmmmm

  15. _Cinbala_ dedi ki:
    Ananın yerını hec kes vermez,,,Soz tapmıram yazım
    Bır sozle ela xeberdı cox sagol
  16. BalaM dedi ki:

    Miss_Azericka,
    Single Girl,
    _Cinbala_,
    tShK give_rose

  17. KoRpE dedi ki:

    cox sagol hebyare gore yeri var…