Hz. Əli (ə.s) İslamın haqq din olduğunu sübut etdi

Islamin haqq din oldugu subut etdi
İslam haqq dinidir.

Əmirəl Möminin Hz.Əli (ə.s) ordusu ilə hərbə gedərkən dayanacaqları yerdə su tapa bilmədi. Hər nə qədər sağa sola gəzib su axtardılarsa da tapa bilmədilər. Nəhayət uzaqda bir kilsə görüb yanına getdilər. Oradan su soruşdular, Kilsədəkilər dedilər:

-Buradan 10 km uzaqda su vardır.
Ordu getmək istəsə də, Hz.Əli (ə.s) oraya getməyə ehtiyac yoxdur deyə buyurub, geri tərəfdə bir yerə işarə edərək oranı qazmalarını söyləmişdi. Bir az qazdılar böyük bir daş görüldü. Bütün cəhdlərinə baxmayaraq daşı qaldıra bilmədilər. Hz. Əli (ə.s) atından düşərək mübarək barmaqlarıyla daşı qaldırmağa başladı. Oradan saf, sirin və soyuq bir su çıxdı. Ordu bu sudan içdi və qablara doldurdu. Kilsənin rahibi uzaqdan bu vəziyyəti gördü. Sevinc içində Hz.Əlinin (ə.s) hüzuruna gəlib maraqla soruşdu:
-Sizin peyğəmbər olduğunuzu zənn edirəm, düşüncəmdə yanılırammı?
-Xeyr, mən Peyğəmbər deyiləm. Amma son Peyğəmbərin yeznəsi və xəlifəsiyəm!
Rahib həmin anda kəlmeyi şəhadət gətirərək müsəlman oldu. Hz.Əli (ə.s) müsəlman olmaq səbəbini soruşanda rahib belə dedi:
Ey Möminlərin Əmiri! Bu kilsəni, bu daşı qaldıran insanı gözləyib görmək üçün düzəldiblər. Biz kitablarımızda oxuyuruq, alimlərimizdən də eşitdik ki, burada bir quyu vardır. Üzərindəki daşı Peyğəmbər və ya onun xəlifəsi qaldıra bilər. Bu daşı sizin qaldırdığını görüncə, illərdir gözlədiyim arzulara qovuşdum.
Hz.Əli (ə.s) buyurdu ki:
-ALLAHu Telaya Həmd olsun!
Bu rahib orduya qarışıb, çox savaşdı və şəhid olmaq səadətinə qovuşdu.

Namazını Hz.Əli (ə.s) qıldı. Kilsə də Məscid halına gətirildi.

Miss_Azericka

Şərhlər:

  1. taliya dedi ki:

    ALLAH razi olsun ,esitmisdim yenede thanks

  2. New_Moon dedi ki:

    allah Razi Olsun Cox Sagol Xebere gore

  3. KoRpE dedi ki:

    ALLAH razi olsun!

  4. Gun_and_Ay :) dedi ki:

    cox sagol ALLAH RAZİ OLSUN )))

  5. _Cinbala_ dedi ki:

    Cox sagol
    Allah razı olsun!

  6. AristokraT dedi ki:

    Dunyada HER 1 SHEY ALLAH-in 1 mocuzesidir… Cox Sagol [/b]ALLAH razi olsun….

  7. VERY_SHY dedi ki:

    Allah razi olsun baci

  8. BalaM dedi ki:
    Cox sagol Allah razi olsun
  9. МиниК_Сердце dedi ki:

    ALLAH razi olsun

  10. BuBLiK dedi ki:

    ALLAH razi olsun canim….!

  11. ceka dedi ki:

    Tesekkurler. Allah razi olsun!