Əcələ qədər mənimlə qal

399;c601;l601; q601;d601;r m601;niml601; qal

Səni sevirəm – sevgilərin ən gözəlini sənə vermək üçün. Səni düşünürəm gecələrcə- ən gözəl xəyalları sənə yaşatmaq üçün. Nə varsa sənə həsr etdim əllərimdəki, sənə həsr etdim ürəyimin hər zərrəsini.

Sən sev məni, sən qucaqla ürəyimin hər küncünü. Bir tək, səni yazdım taleyim deyə. Bir tək səni istəyirəm hər şeydən çox. Sən olmasan mənasız olar dünya, mənasız olar yaşamaq.


Gülürəmsə, xoşbəxtəmsə bil ki, bu sənin əsərindi. Bir tək sənin qollarındaykən yaşamağı sevirəm. Sənin qollarındaykən ağrıları unuduram.


Heç bir zaman izah edə bilmərəm səni sevməyin dadını. Və, doymaz ürəyim, doymaz əllərim, bədənim, səni sevməyə..

Mən sevirəmsə özümü sən sevdiyin üçündür məni.

Və sevirəmsə səni mənə sevməyi öyrətdiyin üçündür. Sevə bildiyim tək insan sən olduğun üçündür.


Bilirəm ki; nə vaxt dolsa gözlərim bir an ağrıyla, sən siləcəksən gözyaşlarımı. Nə vaxt sarılacaq bir bədən axtarsam, sən qucaqlayacaqsan məni. Və, sənin istiliyində tanıyacağam şəfqəti. Səninlə güləcək, səninlə ağlayacağam. Bildiyim tək gerçək sən olacaqsan həmişə.


Və mən, ən gözəl şeirlərimi sənə yazacağam. Ən gözəl xəyallarımı səninlə yaşayacağam…

Sən yetər ki, sabahlar da bu günkü kimi sev məni. Sənin sərxoşluğundan heç ayılmasın ürəyim.

Və, əcələ qədər mənimlə qal, tək mənimlə.

Sevirəm səni,

və bir ömür yaşadacağam,

ürəyimdə SEVGİNİ…………

BadBoy

Şərhlər:

  1. fanya_ya dedi ki:

    Super xabardir chox saq ol)))

  2. VERY_SHY dedi ki:


    Heз bir zaman izah edə bilmərəm səni sevməyin dadını. Və, doymaz ьrəyim, doymaz əllərim, bədənim, səni sevməyə..

  3. New_Moon dedi ki:

    Maraqli Idi Cox Sagol twk

  4. BadBoy dedi ki:

    HamiYa TeWekkurLeR

  5. _Aynur_ dedi ki:

    Tewekkur xeberer gore…

  6. dangerous_angel dedi ki:

    superdi twkler ellerine saglig

  7. KoRpE dedi ki:

    cox sagol eladi…

  8. TaTLiSHkA dedi ki:

    qessengdiyeeeeeeeeeeeeeeeee twk tskkk

  9. _Cinbala_ dedi ki:

    Coooooooooox sagol

  10. BuBLiK dedi ki:

    kak vsegda bratiwka SUPER….cox howuma geldi eeee….cox sagol gaganya

  11. МиниК_Сердце dedi ki:

    ROMANTICNO

  12. ZakonLubvi dedi ki:

    can can qorxma ayril laugh1 mam senden

  13. BLACK STAR dedi ki:

    cox saol urey……..

  14. BalaM dedi ki:
    Sevirem seni,
    ve bir omur yasadacagam,
    Ureyimdə SEVGİNİ…………
    Xebere gore cox sagol give_rose
  15. taliya dedi ki:

    super xosuma geldi twk