Qəlbimin Digər Qapısı

Q601;lbimin Dig601;r Qap305;s305;


Səndə özümü görmək ürküdər məni…

Dostumsan, canımsan…

Ürəyimi paylaşdığım, amma sərhədləri aşa bilməyənsən…


Hər kəs kimisən…


Ailəm desəm deyil, mən desəm deyil, sən tam ortadasan…


Getmək və ardımızda böyük illəri aşırtmaq…


Bir ədəb hekayəsi yazmaq xəyalım səninlə!


Alınım açıq, hər anım, danışdığımız kəlamlar düzülər gözlərəmin önünə..


Sonra düşünərəm, səni bu bədən üzdümü deyə?


Aynaya baxaram…


Danışaram özümlə, gözlərimlə və sonra ürəyimə ilişər gözlərəm…


Səni axtararam…


Örtdüyün yer qədər böyüyər gözlərəm!


Və sonra xatirələr özlərini sərgilər və «İzlə bizi!..» deyərlər!


Əllərim səndən uzaq olmamalı, amma əllərini də qucaqlamamalı!


Həmişə yan-yana dayanmalı…

Dostumsan… Canımsan…

Amma sözlərimiz ədəbi axtartdırmamalı! Bir hekayəsi olmalı birliyimizin…


Bir iddiası və də sevdası olmalı bu ürəklərin!


Mənfəət qoxusundan özünü təmizləmiş təmiz bir səhifə qoyulmalı adı… Yazın istiliyi qədər səmimi olmalı sevgimiz, amma sentyabr qədər dərin olmalı ürəklərimiz, qış qədər ağ görünməliyik və payızın gələcəyini unutmadan ədəbimizi və də tarazlığımızı mühafizə etməliyik…


Kilidləməliyik gözəl duyğularımızı, oğruların xain baxışlarına təslim etməməliyik…


Olar da bir gün küskünlük mövsümü gəlirsə deyə, Rəbbin razılığını güdməliyik…


Və xoş görməliyik səbirsiz dəqiqələri…


Biz yoldaşıq deyə cəsarətin əsiri olmamalıyıq!

Pay verməməliyik mənliyimizdən…

Dostumsan… Canımsan..

Amma sən də yadsan…


Yoldaşlıqlar sonsuzluq üçün ədəbə möhtacmış…


Sən və mən…


Bu dəryanın içində susuzluğumuzun fərqlidəyikmi? Səmimiyyətimizin zirvəsində ədəbi unutmaqdayıqmı?!


Diqqətsizlik qarışmamalı dostluğumuzun əsən sevgi küləyinə…



Yalanlar qorxmalı bizdən…


İpləri həmişə tarazlıqda tutmalı; nə düyünlənilmiş, nə də zəif olmalı…


Hərflərim çəkinməlilər ağızımdan sənə doğru yola çıxarkən…


Səni üzməkdən və ədəbi ürkütməkdən qorxmalılar cümlə olarkən…


Bir kristal olmalı ürəklərimizin arasında…


Pərdəsiz və kövrək…


Dəbdəbəli amma narın olan…


Və hekayəmizin adı, qırmadan ardımızda buraxmaq olmalı kristalı…

Çox şey gözləməməli bir-birimizdən…


Yalnız sevməli və yalnız lazım olduğunda könülündə gəzməli və bizi görən gözlər Allah rizası üçün sevmənin tarixini seyr etməli!



Və bir qız uşağı böyütməli sevgimizdən…


Ona paylaşmanın qiymətini və ədəbi öyrətməli…


Adı sevgi olmalı…


Və kristaldan bəhs etməli…


Kiçik ürəyinə pıçıldamalı kristalın kövrəkliyini və iki ürək arasındakı əhəmiyyətli varlığını…


bir gün yaşlı gözlərimiz əbədiyyatla tanış olarkən ardımızda buraxacağımız xatirələrimiz bizə təsəlli olmalı…


Və zamanı gəlincə kiçik qıza əmanət etməli kristalı və nə qədər ürəklərə yaraşacaq olan sevgi dolu hekayəmizi…


İsti yatağımızda sonsuzluq üçün ayrı düşdüyümüzdə qırmadan tamamladığımız bu hekayəni xatırlamalı ürəklərimiz.



Və ölsək də, bitməyən sevgimiz ilə könülləri fəth etməliyik…


Çünki biz sevgini qaynağından içməyi istəyən, yalnız Rəbbin razılığı üçün sevən və bizə verilən bu ürək əmanətlərinə layiq olduğu dəyəri vermək istəyən aciz iki ürəyik…


Sən və mən… Sən, mən və geridə qoyduğumuz illərimiz…

Dostumsan, canımsan…

Sonsuzluqda da yanımda olmağın üçün dua etdiyim, ürəyimin qarşı sahilisən

BadBoy

Şərhlər:

  1. BalaM dedi ki:
    Ne olsada Dostumsan… Canımsan.. ureyim
    Xebere gore cox sagol give_rose
  2. BuBLiK dedi ki:

    yahoo yahoo yahoo
    aaaaa gaganya priwolll=))how priwol=))
    cox sagol Ilham davami gelsin=)

  3. dangerous_angel dedi ki:

    superrrrrrr twkler

  4. ZakonLubvi dedi ki:

    Dostumsan, canımsan…

    Sonsuzluqda da yanımda olmağın ьзьn dua etdiyim, ьrəyimin qarşı sahilisən cry

  5. BAKINKA_777 dedi ki:

    tskler.cox beyendim

  6. _Aynur_ dedi ki:

    Tewekkurler gozel xebere gore…

  7. BadBoy dedi ki:

    Sitat: AristokraT
    Bu Sozleri Bu Il Nabranda Demisen))…. Kec Bawqalarina)… Menim zengimi niye acmirsan?)) Bilirsen axi sene urey sozlerim var))… Neyse Men bunun werhin IYUL-un 21-i saat 04 34-de demiwem)… Cox Sagol)

    AdAM oLOMaDunDa=)))

  8. Miss_Azericka dedi ki:

    Xebere gore cox sagol gul

  9. taliya dedi ki:

    Diqqətsizlik qarışmamalı dostluğumuzun əsən sevgi kьləyinə…maraqliydi

  10. _Cinbala_ dedi ki:

    Sonsuzluqda da yanımda olmağın ьзьn dua etdiyim, ьrəyimin qarşı sahilisən

  11. AristokraT dedi ki:

    Bu Sozleri Bu Il Nabranda Demisen))…. Kec Bawqalarina)… Menim zengimi niye acmirsan?)) Bilirsen axi sene urey sozlerim var))… Neyse Men bunun werhin IYUL-un 21-i saat 04 34-de demiwem)… Cox Sagol)

  12. МиниК_Сердце dedi ki:

    Dostumsan… Canımsan…
    heart

  13. New_Moon dedi ki:

    Indi Dost yoxduuuuu
    Xebere gore Cox Sagol twk