Görüş

gorus
Görüş
Min bir gecə nağılı

Günlərin biri insan qəbirsitanlıqda Şeytanı sevinc içində görüb ondan bunun səbəbini soruşur.
Şeytan cavab verir:
-Həyatımın ən xoşbəxt anını yaşayıram.
İnsan soruşur:
-Nə demək istəyirsən?

Şeytan deyir:
– Əslində bunun səbəbini sən özün də bilirsən.Əsrlərdir ki, zamanın sonu deyib durdum. İndi artıq xoşbəxtəm.
Peygəmbərin (s.ə.s) zamanında nələr çəkdiyimi bir özüm bilirəm, bir də Allah. Hansı şəhərlə qarşılaşsaydım dizlərim əsərdi. Nəhayət, səhabələr getdi, mühacirlər gəldi. Hər əsrdə neçə-neçə kitablar yazıldı, neçə-neçə alimlər çıxdı. Elə bilirsən mənə xoş gün verən oldu? Əbdülqadir Gilani getdi, Əllamə Hilli gəldi, Qəzalı getdi, Mövlana gəldi. İndi artıq mənim zamanımdır!”.
İnsan Şeytandan soruşur:
-Minlərlə, milyonlarla insanı necə yoldan çıxarırsan?Hansı güc, hanı qüvvətlə?

Şeytan qəhqəhə çəkib deyir:
Allahın onlara verdiyi güclə. İstəyirsən bunun necə olduğunu sənə başa salım. İnsanın ixtiyarında olan bütün duyğu, güc, bacarıq və vasitələr bütünlüklə Allahın ona bəxş etdiyi nemətlərdir.Hər şeydən əvvəl, mən bunların insana kim tərəfindən verildiyini unutdururam. İçinə vəsvəsə salır və onu öz ixtiyarıma alıram. Qarşısına çoxsayli hiylələr qoyur, ona kim olduğunu belə unutdururam. Mənə uyduqda Allahın ona bəxş etdiyi nemətləri mən istidiyim kimi sərf etməyə başlayır”.
İnsan heyrətlə soruşur:
– Deməli,
Allahın varlığını dərk edirsən?
Şeytan gülümsəyib deyir:
– Sözlərinlə məni lap heyran qoyursan. Heş dərk olunmayan varlıqla qarşı üsyan olunar? Onu tanımayan, dərk etməyən varmi? Amma kimisi
Quran oxuyub Allahın əmrlərinə tabə olur, kimisi də mənim yolumu tutub Allaha qarşı üsyan edir.
Daha sonra insan
Şeytandan hansı silahlarından istifadə etdiyini soruşur.
Şeytan cavab verir:
– Onları sayıb qurtara bilməzsən. Amma ən çox istifadə etdiyim dünya sevgisi, xüdpəsəndlik, şəhvət, həsəd, qəzəb və riyakarlıqdır. Hər kəsi özünə uyğun olan vasitələrlə aldadıram. Birinə məhəl qoymazsa, digəri ilə sınağa çəkərəm. Özümə məftun etməyənə qədər ondan əl çəkmərəm. Bunu bacardımsa, işim çox asan olur. Artıq mən onun deyil, o mənim ardımca düşür.

Sonra Şeytan insanı bir qəbrin yanına aparıb deyir:
Diqqətlə bax.
İnsan qəbrin içini görür. Şeytan ondan soruşur:
– O kişidir, yoxsa qadın?

İnsan cavab verir:
-Bilmirəm.

Şeytan deyir:
– Bir vaxtlar bu ayaqlar bir qadına məxsus idi. Bir vaxtlar onu barmağımda oynadırdım. Qiyamət günü qopacağını, hesab günü olacağını eşitsə də, məhəl qoymayıb hiyləmə uydu və mənim əsirimə çevrildi. Bu qadın şəhvətdən başqa bir şey düşünmür, bədənini ucuz qiymətə satırdı.
Bir qədər irəlilədikdən sonra
Şeytan başqa bir qəbri göstərib deyir:
– Bax gör bu ayaqlar varlı, yoxsa yoxsul insanın ayaqlarıdır?

İnsan deyir:
– Sümüklərindən bir şey bəlli olmaz. Amma məzar daşı onun bir vaxtlar varlı insan olduğundan xəbər verir.

Şeytan deyir:
– Düz deyirsən. Mən onu var-dövlət düşkünü etdim. Sonra halal qazancdan çəkindirib haram qazanca sğvq etdim. Bundan sonra məğrurlaşaraq zalım oğruya çevrildi. İndi isə o, ilk hesabını verir. Yanındakı qəbir isə yoxsul bir şəxsindir. Onu da rahat buraxmadım. Qəlbinə varlıya qarşı kin-küdurət toxumu səpdim. Axırda onun qatilinə çevirdim. O da başqa bir əzabın içindədir.
Bax, bir daşla iki dovşan vurmaq buna deyilir.
Bunu deyib Şeytan gözdən itir.

G246;r252;351;

_Cinbala_

Şərhlər:

  1. VERY_SHY dedi ki:

    cooox maraglidiye,sagolee baciw

  2. DaRk_AnGeL dedi ki:

    cox saol maraqli idi

  3. TaTLiSHkA dedi ki:

    tsk xeber ucun twk

  4. Gunes dedi ki:

    maraqli idi tesekurler

  5. Esnad dedi ki:

    tesirli movzudu,chooooooooooox sag ol:)))))))))

  6. CANIWKO dedi ki:

    ALLAH bizi pis emellerden yayindirsin,,,,, LENET WEYTANA!!!!!!! XEBERE GORE TWK,MARAGLIydi

  7. EQoiSTKa dedi ki:

    …Lenet Olsun Weytana…Cox SpoSiBki Xevesle Oxudum…ALLAH RAZI OLSUN!…

  8. Ayselka dedi ki:

    cox sagol cox maraqlıydıye

  9. Single Girl dedi ki:

    Allah bizi sheytandan Sheytan kimi gorsenen insanlardan qorusun

  10. Miss_Azericka dedi ki:

    twkler maraqlidi gul

  11. AristokraT dedi ki:

    Maragli idi.. Cox Sagol dosi…. Weytaninda ozuyucun oynayir dinq dinq eleye eleye, QIYAMET gunu oda haqq hesab verecey ve o da pis emelleri ile olan yerde yanacaq… Qelbinde ALLAH sevgisi olandan sonra hec weytanda bata bilmez o sevgiye !!
    LEHNET SHEYTANA!!!

  12. BuBLiK dedi ki:

    Esli vam dal ALLAH ne krisyatnichayte!!!!i ne hotite bolwe skolko est stolko est!!hvataet!!potom poyavlyaetsay chustva hotet ewo…i v etogo chto?!nakazanie!!!!

    cox sagol canim cox maraglidi opucuk

  13. KoRpE dedi ki:

    maraglidi…ALLAH razi olsun!

  14. МиниК_Сердце dedi ki:

    Əbdьlqadir Gilani getdi, Əllamə Hilli gəldi, Qəzalı getdi, Mцvlana gəldi. İndi artıq mənim zamanımdır!\". twk ALLAH RAZI OLSUNNNN

  15. taliya dedi ki:

    ALLAH razi olsun bacim insanin imani bir az zeiflese seytan onu yoldan cixarda biler

  16. _Cinbala_ dedi ki:

    kiss_mini MOON GIRL kiss_mini

    ureyim AristokraT ureyim

    give_rose BuBLiK give_rose

    greeting KoRpE greeting

    utancaq МиниК_Сердце utancaq

    gul taliya gul

    Coooooooooox Sagolun
    girl_ang Sızde Allah sızdende razı olsun girl_ang

  17. BalaM dedi ki:
    Cox sagol ellerine saglik give_rose
  18. New_Moon dedi ki:

    Cox SAgol Xebere Gore twk

  19. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…