Qurban Bayramı


Uca Yaradana qurban vermək hələ Həzrəti Adəm dövründən məlumdur.

 

İslam gözəl əxlaqdır. Cəmiyyətdə sosial ədaləti bərpa etmək üçün İlahi hökmdür, sevgidir, doğmalıqdır, qardaşlıqdır, yardımlaşmaqdır, yıxılanın əlindən tutmaqdır, dara düşənə yardım etməkdir, gözəllikdir… Gözəl bildiyiniz nə varsa, hamısı İslamda var. Bu uca dinimizin bizə hədiyyə etdiyi iki gözəl bayram var: Ramazan və Qurban bayramları. Ramazan bayramı bir aylıq ibadətin sonunda İlahi mərhəmət kimi bizə verilir. Qurban bayramı da şükrün bir başqa şəkildə ifadəsidir. Allah-Təalanın bizə verdiyi hər cür maddi sərvətin, naz-nemətlərin qarşılığını ifadə etmək anlamına gəlir.

 

Tarixi

Uca Yaradana qurban vermək hələ Həzrəti Adəm dövründən məlumdur. Quranda bildirilir ki, Adəm oğullarına qurban vermək əmr olundu. Habil çoban idi, bəslədiyi qoyunların ən sağlamını, ən gözəlini Allah üçün qurban verdi. Allah-Təala onun qurbanını qəbul elədi. Qabil isə bağban idi, yetişdirdiyi meyvələrin çürüyünü, xarabını qurban üçün ayırdı. Allah-Təala onun qurbanını qəbul buyurmadı. Sonrakı mərhələlərdə də bəşər oğlu həmişə qurbanlar vermiş və bunu uca Yaradana şükür ifadəsi kimi qəbul etmişdir. Amma bəşəriyyət gerçək İslamdan yayınanda, bütpərəstlik meydana çıxanda artıq bu sektor ticari mahiyyət daşımağa başlamış, insan Allaha şərik qoşmuş, bütlərin adına verilmiş qurbanlar hesabına zəngin zümrələr meydana çıxmışdır. Bəşəriyyət həmin mərhələdə qara günlərini yaşamışdır.
Qurban Həzrəti İbrahim dövründə ən böyük ehtişamı ilə bir daha yaşanmışdır. Özü də bu hadisə o qədər ehtişamlı, o qədər təsirli məqamlardan keçərək qanuniləşmişdir ki, o hadisəni sakit dinləmək belə mümkün deyildir.
Həzrəti İbrahimə oğlu İsmayılı qurban kəsmək əmr olunur. Müxtəlif heyvanlardan oğlunun əvəzinə qurban kəssə də, yuxuda deyilən sözün yerinə gətirilməsi istənir və nəhayət, uca Peyğəmbər Həzrəti İbrahim oğlunu qurban kəsməyə qərar verir. Aparır da, bıçağı boğazına çəkir də. Amma uca Yaradan Həzrəti İbrahimi sınağa çəkirdi, bütün bu baş verənləri o ata-oğulla yanaşı, bütün bəşəriyyətə də bir ibrət dərsi kimi sərgiləyirdi. Yəni Allah istərsə, insan ən əzizini belə qurban verməyə hazır olmalıdır. Gerçək iman budur: öz canından da keçməlisən, əzizlərinin də. Amma dediyimiz kimi, daşı parçalayan bıçaq o körpəcə, yeniyetmə İsmayılın boğazına iz belə salmır. Allah-Təala mələk vasitəsilə bir qoç göndərir və o qoçu İsmayılın əvəzinə qurban kəsməyi əmr edir.


Bağ sahibi bir bağ verdi, bağban bir almaya qıymadı

Bu bir atalar sözüdür, amma mövzu ilə əlaqəli olduğu üçün burada işlətməli olduq. Qurban kəsmək imkanı olan hər bir müsəlmanın boynuna borcdur. Bu məsələdə qurban kəsən adamın maddi durumu zamana görə dəyişə bilir. Şəriət kitablarında bildirilir ki, ailəsinin maddi ehtiyaclarını ödəyə bilən, üstəlik də, təxminən 96 qram qızıl və ya bu dəyərdə sərvəti olan insan qurban kəsməlidir. Amma xalqımız arasında qurban kəsmək o qədər gözəl, sevimli bir ənənədir ki, kimsə evində qızılı olub-olmadığını düşünmür, aylar öncədən tədarük edib qurbanlıq alır və bu bayramda ailəsini də, qonşuları da sevindirir.


Qurban – özünə dəyər verməkdir

Dediyimiz kimi, Qurban bizi yaradan, yaşadan, bu qədər maddi-mənəvi sərvətlərə sahib edən, uca Yaradana şükür duyğusunun ifadəsidir. Əlbəttə, bu nemətlərin qədrini bilən, Allahını tanıyan insan əlindəki imkanların ən üstününü, ən gözəlini qurban olaraq ayırmalıdır. “Qurban” sözünün mahiyyətində Allaha yaxınlaşmaq anlayışı var. Yəni bu ibadəti yerinə yetirən insan öz səmimiyyəti, şükrü nisbətində Allaha yaxınlaşmış olur. Qurban Allaha yaxınlaşmaq üçün kəsilən heyvana deyilir. İndi hər kəs bir öz vicdanına baxsın, bir də kəsdiyi qurbana. Yəni insan qurbana nə qədər önəm verirsə, Allah qatında özü üçün o mərtəbəni seçmiş olur.


Allah-Təalanın ehtiyacı yoxdur

Qurani-Kərimdə də, hədisi-şəriflərdə də biz müsəlmanlara qurban kəsmək dönə-dönə əmr olunub. Üstəlik, uca Kitabımız Qurani-Kərimdə o da bildirilir ki, o kəsilən qurbanın nə əti, nə də qanı Allaha yetişməz. Yetişməz, yəni Allah-Təalanın o qurbana ehtiyacı yoxdur. Bizim o qurbanı kəsməyə ehtiyacımız var. Həzrəti Adəmdən qiyamətə qədər gəlib keçmiş və keçəcək olan bütün insanlar bir araya yığışsalar, uca Allah-Təalaya nə bir zərrə zərər verə bilərlər, nə fayda verə bilərlər. Həzrəti Adəmdən qiyamətə qədər gəlib keçmiş və keçəcək olan bütün insanlar və cinlər bir araya yığışıb Allah-Təalaya dua eləsələr, öz ehtiyaclarının qarşılığını istəsələr və Allah-Təala onların hamısının istəklərini yerinə yetirsə, onun bərəkət xəzinəsindən heç bir şey əskilməz. Quranda da buyurulduğu kimi Allah-Təala Saməddir, yəni heç nəyə ehtiyacı yoxdur,hər kəs və hər şey Ona möhtacdır.


Qurban həm də yardımlaşmaqdır

İl boyunca qapısından ət girməyən evlərə Qurban bayramında pay gələr. Qurban bayramı cəmiyyətdə təbəqələr arasında uzlaşmanın, anlaşmanın ən gözəl vasitələrindən biridir. Qurban payı verən minnət qoymaz, qurban payı alan özünü aşağı hesab eləməz. Qurban payı verən verdiyinə təşəkkür eləməlidir ki, onun vasitəsilə bu gözəl ibadəti yerinə yetirə bilir. Təbii ki, alan da ən azı təşəkkür borcunu yerinə yetirəcək. Əgər bu zamana qədər ortada bir inciklik, narazılıq varsa da, bu qurban payı ilə silinib gedər, münasibətlər daha səmimi məcraya yönələr.
Neçə uşaqlar sevinər, qurban payından yeyib şənlənər. Etiraf edək ki, süfrəmizin ən ləziz neməti ət hesab olunur. Ət almaq hər ailənin büdcəsinə uyğun gəlməyə bilir. Amma o ailə ən azı ümidlidir ki, bu bayramda qapısından ət payı girəcək.
Bu gün elmi-texniki inkişaf qurban məsələsində də qarşımızda geniş imkanlar açır. Əgər bir İslam ölkəsində həyat tərzi yüksəkdirsə və o ölkənin sakini Qurban ibadətindən daha çox savab qazanmaq fikrinə düşürsə, onu ən çox ehtiyac olan ölkələrə də göndərə bilər. Məsələn, bu gün Afrikanın neçə ölkəsində müsəlmanlar aclıq və səfalət içində yaşayırlar. Biz Qurban üçün ayırdığımız pulu o ölkədəki bir şəxsi vəkil tutaraq ora göndərə bilərik. Bu gün çox möminlər bu fürsətdən istifadə edirlər. Türkiyənin bir çox müsəlmanları öz ölkəsi ilə yanaşı, Həbəşistanda da, Uqandada da, Zairdə də qurban kəsdirirlər.


Qurban adətləri

Qurban bayramına ciddi hazırlıq gedir. Ev-eşik də təmizlənər həyət-baca da. Hamı gözəl geyinər, xoş ətirlər vurar. Qurban kəsiləcək heyvanı bəzəyərlər. Bu məqamda bir qədər tarixi ənənəmizdən bəhs edək: dədə-babadan belə olub ki, qurbanlıq heyvanı bir neçə ay öncədən bağlayar, ona xüsusi qulluq edərdilər. İsinişərdilər ona, uşaqlar onu sevər, başını tumarlayardılar. Bir növ qurban kəsiləcək heyvana alışqanlıq əmələ gələrdi ailədə. Ailə sevər və sonra da sevdiyini qurban kəsərdi. Əslində bu duyğu insana çox şey verir, çox şey öyrədir. Uşaqlara da irəlicədən anladardılar ki, bu heyvan qurbanlıqdır. O kəsilən qurbanın qanından uşaqların alnına yaxardılar. Qurban paylarını uşaqlar qapı-qapı paylayardılar. Qurban əti paylamaq özü çox sevimli bir ənənəyə çevrilmişdi. Uşaqlar sevinə-sevinə qurban payını qonşulara paylayar, qonşular da: “Allah qəbul eləsin” deyib uşağın üzündən öpərdilər. İnanın ki, o xoş duyğu, qonşunun duası və o öpüş o uşağın xatirindən silinmir. Bir növ yaxşılığın mütləq mükafatla qarşılanacağı fikrini aşılayır uşağın duyğularında.


Qurban – Allaha yaxınlaşmaqdır

Dilimizdə bəzi xətalarımız var. Elə biri də məhz bu mövzu ilə bağlıdır. Qurban, qürbət sözləri yaxınlıq, yaxınlaşma mənasında olduğu halda, biz ikincini tamamilə əks anlamda işlədirik. “Qürbət” yaxınlıq deməkdir. Şəriət anlamında isə insanı Allah-Təalaya yaxınlaşdıran gözəl əməllər deməkdir. Qurban kəsmək insanın Allah-Təala qarşısında borcu, imkansız insanlar üçün yerinə yetirməli olduğu bir ibadət olmaqla yanaşı, həm də mənəvi təkamül vasitəsidir. Qurban şüuru insana çox şey qazandırır. Qurban – malın, mülkün gerçək Sahibi olan Allah-Təalanın bizə verdiyi bu qədər nemətlərdən, sərvətlərdən yenə Onun adını anaraq, bir hissəsini başqalarına pay verməmizdir. Fədakarlıq, əliaçıqlıq, xeyirxahlıq Allah-Təalanın sevdiyi keyfiyyətlərdir. Qurban bizə bu duyğuları aşılayır, bu gerçəkləri öyrədir. Hər il qurban kəsib bir dəfə imkansızlıq ucbatından bu ibadətdən geri qalan insanın necə üzüldüyünü görsəniz, bu dediklərimizə özünüz şahid olarsınız.
Qurbanların bol olduğu bir toplumda xeyir-bərəkət də artıq olar.
Allah-Təala qurbanlarımızı Uca Dərgahında qəbul buyursun! Amin!

ALLAH HAMINIZIN ORUCUNU QƏBUL ETSİN AMİN!

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. МиниК_Сердце dedi ki:

    applause

  2. mR_bAkiNec dedi ki:

    Mubarek Mubarek Bayraminiz Mubarek 😀

  3. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    Bele maraqli xeberi yerlesdirmekle gozel dusunmusunuz.

    ALLAH Razi olsun !…

  4. Pestimist... dedi ki:

    ALLAH razi olsun

  5. Pî§KøpÂT dedi ki:

    tewekkurler

  6. xaver dedi ki:

    bayraminiz mubarek
    **_**
    _**___**
    _**___**_________*** *
    _**___**_______**___ ****
    _**__**_______*___** ___**
    __**__*______*__**__ ***__**
    ___**__*____*__**___ __**__*
    ____**_**__**_**____ ____**
    ____**___**__**
    ___*___________*
    __*_____________*
    _*____0_____0____*
    _*[email protected]_______*
    _*_______________*
    ___*_____v_____*

  7. ELIK28 dedi ki:

    bayraniz mubarek

  8. gozel_qiz dedi ki:

    TWKURELR ADMIN
    HAMIVIZIN QURBAN BAYRAMNIZ MUBAREY OLSUN…..
    ADMIN SENINDE HEMCININ

  9. Tix_Tix_Xanim dedi ki:

    tesekkur

  10. SAFURA dedi ki:

    bilirsiz o il bizim bir qurbanliq qoyunumuz vardi. bir dene o qurban kesilende pis olmusam. qalanlari vecime deyil…

  11. merry-girl dedi ki:

    bayraminiz mubarek!!!

  12. merry-girl dedi ki:

    cox sag ol maraqli melumat idi

  13. Бакинка dedi ki:

    twklerrrrr

  14. NIKA dedi ki:

    bayraminiz mubarek!!!
    С наступающим вас праздником!!!

  15. yalniz_nifrat dedi ki:

    superr

  16. BadBoy dedi ki:

    Cox sag Ol Cingiz Allarina Saglig…..

  17. N_E_R_R_G_I_Z dedi ki:

    emeyine hormetler

  18. BadBoy dedi ki:

    Tebrik edirem Sizi Gurban bayrami Munasibeti ile!!!

    *ILHAM User ForGenc.net
    *User of ForGenc.net company
    *registered on 13 Dekabr 2009 13:09
    * User ForGenc.net team

  19. Admin dedi ki:

    emilien,
    Cox sag ol Emilien

  20. emilien dedi ki:

    Hamini Qurban Bayramini Tebrik edirem ve yazilan melumatlara gore muellife tesekkur edirem

  21. chinara dedi ki:

    С праздником всех!!!

  22. Lacin5 dedi ki:

    QURBAN BAYRAMINIZ MUBAREK

  23. Camka dedi ki:

    Təşəkkürlər!
    Bayramınız Mübarək winked

  24. Admin dedi ki:

    Bьtьn hamının bayramını təbrik edirəm