Ayrılıq mesajları

ayriliq mesajlari

Artıq daha yaxşı anlayıram ki, nəfəs almaq deyilmiş yaşamaq. Atəşlərdə yanmaq kimi bir şey, səni sevərkən sənsiz olmaq.

Nədən bu qədər çətin səni sevmək və tapmamaq. Toxunmaq istədikcə uzaqlaşmaq, düşündükcə unutmaq, səni sevdiyim halda söyləyə bilməmək, hər bir şeyi gizlətmək, sənə sahib olacağım yerdə səni itirmək.

Sanmışdım yeni bir eşqə başlayıram çox yanılmışam. Bu eşqin sonu da ayrılıq olacaq və yaşadıqlarım geridə qalacaq. Geriyə acı və gözəl xatirələr qalsa belə, onları xatırlamaq ayrılıq qədər acı olmayacaq.

Səni mən deyil gözlərim seçdi, onlar sevdi onlar bəyəndi. Sən mənim deyil onlarınsan. Gedərsənsə mənə nə onlar ağlasın.

O gün bu günümü bilsəydim, bu gün o günü yaşamaq istəməzdim.

Ayrılıq belə ağlayardı, ayrılığı yaşasaydı. Utanardı etdiyindən fələk əgər bu eşqi tanısaydı.

Həyatımız boyunca ayrılmayacağımızı bir-birimizə söz verib əhd etmişdik. Amma nə oldu bir qış günü, ulduzların baxışlarında ayrılmağımızı söylədik.

Artıq gedirəm, həyatındakı son yerimi alaraq. Bəlkə bir daha görüşmədik. Səndən son bir arzum olacaq. Gözlərinin güldüyü an, sevgilim dediyin zaman dilindən həyatım sözü çıxacağı zaman xatırla məni.

Çox sevdiyin biri gəlib ayrılmaq istədiyini söyləyərsə ağlama, çünki susduğunu görmək daha çox acı çəkdiyinin isbatıdır.

Ayrıldıqdan sonra dost olaq dedilər. Gülün adını dəyişdirsək başqa cür qoxuyarmı ?

Gül dedi bülbül gülə, gül gülmədi getdi. Gül bülbülə, bülbül gülə yar olmadı getdi.

Ayrılığı sən istədin məsum gözlərlə baxma mənə. Artıq bu qəlb kölən deyil. Yolun açıq olsun gülə-gülə.

Bir-birindən ulduzlar qədər uzaqda yaşayanlar var ikən, sevgilim ayrı olsaq da biz səninlə iki nar dənəsi kimi iç-içə, yan-yana, can-cana, qan-qanayıq.

Sənə məni sevmi dedim, mənim üçün ölmü dedim. Dizlərinə qapananda qəlbimə girmi dedim. Sən istədin, sən istədin ayrılmağı. Məni eşqə kölə edib gəncliyimdən nə istədin.

Səni tanımadan öncə yalnızlığı, səni tanıdıqdan sonra varlığımı, səni sevdikdən sonra yaşadığımı, səni itirdikdən sonra puç olduğumu anladım.

İstərdim bitməsin ümidlərimiz. İstərdim bitməsin duyğularımız. Nə çıxar sel olsa göz yaşlarımız. Hər şey bitdi artıq bil bundan sonra.

İçimdəki qığılcım atəşlərini söndürməzdən öncə ardınca gələn acı ayrılıqların qoxusu var idi bədənimdə. Yağan yağmurların islatdığı küçələrdə yaşanmamış sevgilərin çığırtısı var idi içimdə və sən arxana baxmadan çıxıb gedərkən məni bir deyil min dəfə öldürdün. Yenə sən yaşanacaq eşqlərin, anların, sevgilərin ən böyük qatili oldun, mən isə sənin qurbanın.

Biz ayrıldıq amma bunu unutma. Yaşadığın şəhərdə məni sənə xatırladacaq çox şey var. Baxdığın hər yer, gördüyün hər nöqtə və ayaq basdığın hər torpaqda məndən izlər var. Məni unutmayacağının səbəbi də bu. Çünki bu şəhərin hər guşəsində bizim anlarımız yaşayır.

Həyatın tək yaşanmayacağını səndə mənim qədər yaxşı bilirsən. O zaman söylə mənə nədən bu ayrılıq.

Nə unudacaq qədər nifrət etdin nədə xatırlayacaq qədər sevdin. Sənə mənsizliyi buraxıb səni içimdən tərk edirəm birtanəm.

Məndən sənə söylənməsi çətin yazılması asan olan bir sözcük əlvida!

Keçən gün köhnə bir dostumu gördüm. Səndən söhbət etdi mənə. Nişanlanıb bundan xəbərin varmı ? dedi mənə. Doldu gözlərim, dayana bilmədim soruşdum nişanlısı kim? “Dostum” başını əyərək söylədi mən.

Əgər dünya əbədi olsaydı sənə getmə qal deyərdim, amma dünya fani olduğundan sənə sevincli anlar arzulayıram.

Sən getdin. Sən gedəndən ölü kimiyəm. Bumu idi əhdin, bumu idi sevgin!

Onu bu qədər sevincli görüncə getmə qal deyə bilmədim.

Ürəyimdəki nifrəti söndürməyə yetmədi ayrılıq küləkləri. Gəl gör nə çox sevmişəm səni.

Bir gün o heç vaz keçə bilmədiyin qürurundan vaz keçib mənə dönmək istəsən, bunu əsla etmə çünki səninkinin bitdiyi yerdə mənimki başlayacaqdır.

Uğrunda yanan bir qəlbi sən rədd etdin. İndi isə onun peşindəsən amma onu çoxdan itirdin!

Olmayan səndən çoxdan vaz keçdim. Dilim susdu ürəyimdə ahların qaldı. Aramızda ödənəcək tək bir hesab qaldı. Mən bağışlasam səni Allaha nə deyəcəksən. Ürəyimə bir ah borcun var əlbət bir gün ödəyəcəksən.

Bir axşam gün batarkən ayrılığımızı sən istəmişdin. İndi isə barışaq deyirsən. Unutma hər doğan günəş bir gün batacaq.

Səni tanıdığım gün eşqi tanıdım. Məni tərk etdiyin gün acı nədir deyə anladım.

İndi get deyirsən, gedərəm sevgili. Amma arxamdan ağlayacaqsan. Bilmədin bir gün olsun belə dəyərimi, getdikdən sonra anlayacaqsan.

МиниК_Сердце

Şərhlər:

  1. AristokraT dedi ki:

    [b]МиниК_Сердце,
    Istesem Soz de Taparam, prosto Sevgiye gore Sevgi xirdaliqalrina men zaman itirmirem[/b] AY HORMETLI FORGENCLI).. COX SAGOL XEBERE GORE

  2. Angel of hel dedi ki:

    Kara haber tez duyulur unutsun beni demishsin,Bende kalan resimleri mektublari istemishsin unutma sevdiceyim bir daha cikmama karshina,Sana son sozum hatirla yeter bana.

  3. New_Moon dedi ki:

    Cox Heyifki Hamisi Eladi
    Cox Sagol

  4. taliya dedi ki:

    tesekkur amma menlkik deyil

  5. Melekcik dedi ki:

    coox saolllllllll

  6. BalaM dedi ki:

    Zahir,
    xoooow gelmisen qizlara dememiwem az bax)))))

  7. Zahir dedi ki:

    uyda burda ne cox qiz var. xebere gore tewekkur

  8. Бакинка dedi ki:

    cooxx saq ol))))) coxuna lazimlidi tembellere))))))))))))))) twkkkkk

  9. ZakonLubvi dedi ki:

    twk cok sag ollllllllllllllllllllllll twk

    O gьn bu gьnьmь bilsəydim, bu gьn o gьnь yaşamaq istəməzdim.

  10. МиниК_Сердце dedi ki:

    AristokraT )))

  11. BalaM dedi ki:

    BuBLiK,
    laugh1 senen ayrilanda yazacam

  12. Single Girl dedi ki:

    Heyatima yeni bawladim Bu gunden yeni ele zen etdim=(

  13. ...::EMERALD::... dedi ki:

    MARAQLI MESAJLARDI.COOX SAG OL

  14. МиниК_Сердце dedi ki:

    ))) menlikde deyil) nu prosto xeberdir) malo li)) kimse soz tapa bilmese girer forgence))) AYRILIG MESAJ bolmesinden) lazim olan sozleri goturer)) roll

  15. AristokraT dedi ki:

    Cox Sagol… Menlik Deyil)

  16. _Aynur_ dedi ki:

    Tewekkurler…maraqli mesajlardi…

  17. KoRpE dedi ki:

    cox sagol lazim olan weydi=)

  18. BuBLiK dedi ki:

    BalaM,

    =)))))))))

    cox sagol pups uje ot sebya ya nachnu pisat=)))))))

  19. BalaM dedi ki:
    Spasibo doroqaya ponadabitsya) give_rose
  20. VERY_SHY dedi ki:

    coxsagol,mene lazim deyil

  21. _Cinbala_ dedi ki:

    Gьl dedi bьlbьl gьlə, gьl gьlmədi getdi. Gьl bьlbьlə, bьlbьl gьlə yar olmadı getdi.


    Cooooooooox sagol wırınka smslere gore