Çəhrayı makiyaj

makiaj
1.Karandaş – Çəhrayı karandaşdan həm dodaqlar, həm də gözlər üçün istifadə etmək olar. Məhz bu çalar payız səhərində yorğun gözlərinizi canlı və ifadəli edəcək.

2.Demək olar ki, çəhrayı dırnaq boyası klasadır. Nə qədər yeni çalarlar satışa çıxarılsa da, hazırda ən çox istifadə olunan məhz çəhrayı boyadır. Çünki o, hər bir geyim növünə və bir sıra makiyaja gözəl yaraşır.

3.Dodaq parıltısı – Dodaqlarınızın diqqət mərkəzində olmasını istəyirsinizsə, açıq-çəhrayı parıltı vurun. Parıltını adi pomadadan sonra alt dodağınızın ortasına vursanız, dodaqlarınız vizual olaraq həcmli və təravətli görünəcək. Ən dəbli rəng qızılgül çalarıdır.

4.Pomada – Çəhrayı dodaq boyası dodaqlarda çox incə və cazibəli görünür. Bu çalar həm də dodaqları cavan göstərir. Amma nəzərə alın ki, çəhrayı pomadalar o qədər də dayanıqlı olmur. Bunun üçün bir qat pomada çəkəndən sonra üstündən kirşan çəkin, sonra ikinci qatı vurun. Əgər çəhrayı pomada vurmusunuzsa, gözlərinizə eynirəngli kölgə vurmayın. Yalnız birini vurğulamaq olar. Belə pomada ilə sakit pastel çalarında olan kölgələrə üstünlük verin.

5.Ənlik – Ənlik seçimində də saçın və dərinin rənginə fikir vermək lazımdır. Çəhrayı ənlik isə istisnasız hamıya yaraşır, xüsusilə ağbəniz xanımlara. Belə ki, çəhrayı çalar üz rəngini təravətləndirir.

6.Kirşan – Kirşanlar bir neçə rəngdə olur – ağ, çəhrayı, sarımtıl, tunc, narıncı. Rəngin seçimi saç, dəri, göz rəngindən və əlbəttə ki, yaş həddindən asılıdır. Çəhrayı kirşan rəngi məhz ağbəniz sarışınlara yaraşır. Kürən xanımlar isə çəhrayı və sarımtıl rəngli kirşanları qatıb işlətməlidirlər. Əgər dəriniz qırmızıya çalırsa, çəhrayı kirşandan istifadə etmək olmaz. Solğun dərili xanımlar isə ağ kirşan əvəzinə mütləq çəhrayıdan istifadə etməlidirlər.

7.Çiyələkli bədən losyonunun ətri çox xoş olmaqla yanaşı, insanı bezdirmir. Belə losyondan istifadə etsəniz, özünüzü şirin və cazibədar hiss edəcəksiniz.

8.”Hər bir xanımın kosmetika masasında mütləq olmalı çiyələkli üz kremi” – Çiyələkli krem dərini ilin istənilən fəslində lazım olan vitaminlərlə təmin edir. Belə kremlərin ətri xoş və təbii olur. Nər növ dəri üçün yararlı olan çiyələkli kremdən həm gündüz, həm də axşam istifadə edə bilərsiniz.

_Cinbala_

Şərhlər:

  1. ...::EMERALD::... dedi ki:

    MARAQLI XEBERDI.SAG OL

  2. jasminka dedi ki:

    istifade etmirem amma yene de thanks

  3. SAFURA dedi ki:

    makyajdan istifade etmirem

  4. ZoRRo_BaKu dedi ki:
    twk Ozunden razi olmaq lazim deyil : twk:
  5. merry-girl dedi ki:

    Lazimli melumata gore cox saq ol..

  6. fanya_ya dedi ki:

    oxumuwam men bunu spasibo za trudd

  7. _AyDaN_ dedi ki:

    hmmm maraqliydi tkr

  8. Ayselka dedi ki:

    ozun bılırsen ısdıfade etmırem toydan toya sen edırsen yenede sagol

  9. taliya dedi ki:

    bunlari bilmirdim twk

  10. МиниК_Сердце dedi ki:

    .Зiyələkli bədən losyonunun ətri зox xoş olmaqla yanaşı, insanı bezdirmir. Belə losyondan istifadə etsəniz, цzьnьzь şirin və cazibədar hiss edəcəksiniz. twk

  11. ZakonLubvi dedi ki:

    twk sag ol ciciw amma ehtiyagim yoxdu itaq gozelem clapping

  12. _Cinbala_ dedi ki:

    bayaca МиниК_Сердце bayaca

    xaxa BuBLiK xaxa

    nea VERY_SHY (tebii gozel))) kiss_mini

    give_rose Melekcik give_rose

    girl_cool BalaM girl_cool

    utancaq _Aynur_ utancaq

    ureyim KoRpE ureyim

    gul Sizde sagolun bir birinden gozel Ciciwler gul

  13. Miss_Azericka dedi ki:

    Lazimli melumata gore cox saq ol… gul

  14. KoRpE dedi ki:

    cox sagol lazimdi gizlara=))

  15. _Aynur_ dedi ki:
    Lazimli melumata gore cox saq ol…Hele hecneden istifade etmirem…
  16. BalaM dedi ki:
    Men makiyaj vurmuram elede cox ele olur hec istifade etmirem..Xebere gore cox sagool give_rose
  17. Melekcik dedi ki:

    cox saol maraqli xebere gore

  18. VERY_SHY dedi ki:

    coxsagol,mene lazim deyil

  19. BuBLiK dedi ki:

    makiyajsiz cole cihmiram eeeee=)))birden gozel oglan gordum=)))))))))) laugh1 cox sagol canim mena lazimdi..=)