Mən şeytanam…!

alt

Mən özümü sizdən üstün sayıram. Çünki sizə təsir edə bilirəm. Özümü qalib sanıram. Qələbə mənimdir. Hər birinizdə az da olsa varam. Məni lənətləyirsiniz, amma ondan sizə də pay düşür. Çünki mən sizəm! Olmadığım qəlb yoxdur! Məni qovmağa heç birinizin gücü çatmadı…

Allaha itaətə gecikdiniz, adına tənbəllik dediniz. Məni tanımadınız- Sevindim…

Bəziniz mənə tapındı- qürrələndim…

Hər gün ən azından bir dəfə mənim göstərdiyim yoldan keçdiniz- fərəhləndim…

Ucalıb Allaha dedim: “Yaratdığın ən kamil varlıq mənə uduzur”

Cavab gəlmədi. Bilirəm “Sən Cəhənnəmdə yanacaqsan” eşidəcəydim. Amma sevinmə, ey insan. Mən tək olmayacağam. Mən yananda sən də bir küncdə vicdanının səsində boğulacaqsan! Sən də odun içində olacaqsan! Düşünmə ki, eybi yox. Ordakı əzablar bitməzdir, daha ağrılıdır.

Mən Şeytanam. Lənətləyin məni! Amma içinizdən çıxarıb ata bilməzsiniz. Heç vaxt olmayıb ki, mən olmadan hansısa cəmiyyət qurulsun. İstədiniz. İstəyiniz əməllərinizlə uyuşmadı. Mənsiz cəmiyyətləri kağız üzərində yaratdınız, orda da qaldı.

Mən Şeytanam. Sən İnsansan.

Adım bəllidir, məlumam. Amma sənin içində məni heç kim tanımır. Heç sən də tanımırsan.

Bəziləriniz yoxsullara zülm edib haqqlarını aldınız. Dövlət, imperiya adlı oyuncaqlar qurdunuz. Rəhbər seçdiniz. amma məni də unutmadınız. Rəhbərinizin qəlbində də yer tutdum. Mənə müqavimət göstərmədi heç. Qanınızı, canınızı, malınızı əlinizdən aldı. Səsinizi də çıxartmadınız. Çünki nahaqqı sizə haqq kimi tanıtdırdım. Gözünüzü tutdum. Dolayısıyla rəhbəriniz mən oldum.

Mən Şeytanam. Məni heç kəs sevmir!

Siz cüt olanda yoldan çıxarmaq asandır sizi! Birinizin qəlbində varamsa, o birinizin də gözlərində varam. Baxdığınız onun deyil mənim gözlərimdi. Sevgi dediniz adına- amma çoxunda mən vardım.

Dostunuzun fikirlərinə girdim. Onu sən başqa gözlərlə gördün. Sənə dost yox, özümü- Şeytanı qazandırdım. Sən dostunu yox məni sevdin. Amma hələ də xəbərin yoxdur. Çünki mən Şeytanam. Məni heç kim tanımır.

BalaM

Şərhlər:

  1. VERY_SHY dedi ki:

    Men angelam,meni hami sevir

  2. jurnalistpero dedi ki:

    Niyə müəllifin adını yazmırsınız? müəllif mən SADIQOV Pərviz Pero. hər halda müəllifə hörmət etmək lazımdır.

  3. Скажи-да dedi ki:

    ALLAH sheytana lenet elesin

  4. New_Moon dedi ki:

    Maraqli Idi Cox SAgol Tewekkurler

  5. BalaM dedi ki:

    _Aynur_,
    DaRk_AnGeL,
    dangerous_angel,
    ZakonLubvi,
    tek tek tshk edirem give_rose

  6. ZakonLubvi dedi ki:

    ay sag olllllllll cok beyendimmmmmmmmmmmm

  7. dangerous_angel dedi ki:

    twk xebere gore maraqliydi)

  8. DaRk_AnGeL dedi ki:

    xebere gore cox sagol heyatimmm

  9. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol…

  10. BalaM dedi ki:

    _PRINCESS245_,
    ))

  11. BeAtIfUl dedi ki:

    oxuyacam bir azdan..anmmaki eminemki supperdir

  12. Sladkiy dedi ki:

    BalaM,
    AMIN balaw

  13. BalaM dedi ki:

    _Cinbala_,
    BalaM,
    Dj ExTrEmE,
    Single Girl,
    BuBLiK,
    Miss_Azericka,
    taliya,
    BadBoy,
    minow1996,
    RoMaNTiK_SeRSeRi,
    KoRpE,
    МиниК_Сердце,
    VERY_SHY,
    tek tek tshk edirem give_rose

  14. BalaM dedi ki:
    Allah weytana nehlet elesin
  15. МиниК_Сердце dedi ki:

    Mən цzьmь sizdən ьstьn sayıram. Зьnki sizə təsir edə bilirəm. Цzьmь qalib sanıram. Qələbə mənimdir. Hər birinizdə az da olsa varam. Məni lənətləyirsiniz, amma ondan sizə də pay dьşьr. Зьnki mən sizəm! Olmadığım qəlb yoxdur! Məni qovmağa heз birinizin gьcь зatmadı… applause

  16. KoRpE dedi ki:

    Sitat: BuBLiK
    ALLAH weytana nehlet elasin!


    AMIN!cox sagol hebyare gore…

  17. RoMaNTiK_SeRSeRi dedi ki:
    Allah weytaanaa lenet elesin nono
  18. BadBoy dedi ki:

    XeBeRe GoRe TeWeKKuR

  19. taliya dedi ki:

    Sitat: BuBLiK
    ALLAH weytana nehlet elasin!


    AMIN!

  20. Miss_Azericka dedi ki:

    Allah weytana nehlet elesin!
    twkler canim opucuk gul give_rose give_rose

  21. BuBLiK dedi ki:

    nesa itenda hemwe deyrem ALLAH weytana nehlet elasin i srazu tapilir=)))
    ALLAH weytana nehlet elasin!
    spasibo LUBIMAYA opucuk


  22. Single Girl dedi ki:

    Sheytan kimi iblis insanlar o qeder varki! ALlah o insanlarin ureyine rehm salsin!

  23. Dj ExTrEmE dedi ki:

    SAGOL XEBERE GORE DUZU HAMSINI OXUYA BILMEDIM TELWFONLA GIRMIWEM

  24. BalaM dedi ki:

    Бакинка,
    AMIN

    DaviDoFF,
    ))))

  25. _Cinbala_ dedi ki:
    Allah seytana lenet etsin
    Allah senin canuvu cik etsin-twk xeber ucun ureyim
  26. DaviDoFF dedi ki:

    men civiyem xami men sevir =))) belede yazardunda =)

  27. Бакинка dedi ki:
    Amin………..Amin Yazun haminiz=))