Allahın ən çox Nifrət Etdiyi Kəslər

alt

Allahın Peyğəmbəri (s):«Allah zinakar qocaya, zalım varlıya, lovğa yoxsula və həyasız dilənçiyə nifrət edir. Həmçinin bağışlayıb minnət qoyanı mükafatsız qoyacaq. Yalançı və üzlü təkəbbürlüyə nifrət edir». (Tuhəful-uqul, səh.42)


Allahın Peyğəmbəri (s): «Allah-Taala dünyaya elmi olub, axirətə nadan olan hər bir kəsə nifrət edir». (Kənzul-ummal, hədis 28982)

Allahın Peyğəmbəri (s): «Allah-Taala bazarlarda dözümsüzlük edən, gecə ölü kimi düşən, gündüz uzunqulaq kimi olan, dünya işindən xəbərdar, axirətə isə nadan olan kobud həqirə nifrət edir». (Kənzul-ummal, hədis 43679)

Allahın Peyğəmbəri (s):«Allah-Taala evində hücuma məruz qalıb vuruşmayan kəsə nifrət edir». (Uyuni əxbarir-Riza, c.2, səh.28, hədis 24)

İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak olan Allah günahdan qorxmayan həyasız adama nifrət edir». (Ğurərul-hikəm, hədis 3437)

İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) buyurardı: Allah qardaşlarına üzünü turşudan kəsə nifrət edir». (Mustədrəkul-vəsail, c.8, səh.321, hədis 9552)

İmam Baqir (ə): «Allah, pis ağızlı söyüş söyənə nifrət edir». (Biharul-ənvar, c.78, səh.176, hədis 38)

Allah yanında ən mənfur şəxs

Allahın Peyğəmbəri (s): «Allah yanında üç nəfər hamıdan mənfurdur: Axşam heç namaz qılmamasına baxmayaraq gündüz çox yatan kəs, çox yeyən və yemək yeyən zaman Allahın adını çəkməyən və (qurtarandan sonra) Ona şükr etməyən kəs və səbəb olmadan çox gülən kəs». (Kənzul-ummal, hədis 21431)

Allahın Peyğəmbəri (s): «Allahın yanında insanların ən mənfuru üç nəfərdir: Hərəmdə (Məkkədə) yolunu azan, İslamda cahiliyyət dövrünün adətini qoymaq istəyən və haqsız yerə birini öldürmək üçün onu təqib edən». (Kənzul-ummal, hədis 43833)

Allahın Peyğəmbəri (s): «Allah yanında sizin ən mənfurunuz xəbərçilik edənləriniz, qardaşlar arasında ayrılıq salanlarınız və günahsız şəxslərdə səhv və xəta axtaranlarınızdır». (Biharul-ənvar, c.71, səh.383, hədis 17)

Allahın Peyğəmbəri (s): «Allah-Taalanın yanında yaradılmışların ən mənfuru məmurların görüşünə gedən alimdir». (Kənzul-ummal, hədis 28985)

Allahın Peyğəmbəri (s): «Qiyamət günü mənim yanımda sizin ən mənfurunuz və mənə ən yad olanınız çox danışan, boşboğaz və «mütəfəyhiq» kəslərdir». Dedilər:«Ey Allahın Peyğəmbəri, «mütəfəyhiq» kimlərdir?» Buyurdu: «Təkəbbürlülər». (Kənzul-ummal, hədis 5184)

İmam Əli (ə): «Allah yanında ən mənfur kəs başqalarının dalınca pis sözlər danışaraq qeybət edən kəsdir». (Ğurərul-hikəm, hədis 3128)

İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru bütün dərdi-qəmi qarınqululuq və şəhvətpərəstlik olan kəsdir». (Ğurərul-hikəm, hədis 3294)

İmam Əli (ə): «Allah-Taalanın yanında yaradılmışların ən mənfuru nadan şəxsdir». (Ğurərul-hikəm, hədis 3259)

İmam Əli (ə): «Allahın yanında Onun yaratdıqlarının ən mənfuru o kəsdir ki, ordan-burdan elm toplayar, amma fitnə zülmətlərində qəflətə düçar olar, sülh və sakitliyin məziyyətlərini görməz, özü kimiləri onu alim adlandırar halbuki, tam bir gününü belə elmə həsr etməyib». (Kənzul-ummal, hədis 4422)

İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru zor işlədən alimdir». (Ğurərul-hikəm, hədis 3164)

İmam Baqir (ə): «Musa (ə) dedi: «Pərvərdigara, bəndələrindən Sənin yanında ən mənfuru kimdir?» Buyurdu: «Gecə ölü kimi düşüb gündüz bekar olan!» (Biharul-ənvar, c.76, səh.180, hədis 8)

İmam Sadiq (ə): «Allahın yaratdıqlarının ən mənfuru camaatın dilindən qorxduğu bəndədir». (əl-Kafi, c.2, səh.323, hədis 4)

Allah yanında mənfur olan işlər

Allahın Peyğəmbəri (s):«Allah yanında hər şeydən mənfur dolu qarındır». (Uyuni əxbarir-Riza, c.2, səh.36, hədis 89)
İmam Baqir (ə): «Allahın Peyğəmbəri (s) Cəbrailə dedi: «Allah-Taalanın yanında hara daha mənfurdur?» Cəbrail buyurdu: «Bazarlar. Və bazar əhlinin ən mənfuru bazara hamıdan tez gedib hamıdan gec çıxan şəxsdir». (Biharul-ənvar, c.84, səh.4, hədis 76)

İmam Sadiq (ə): «Allah çox yatmağa və çox bekar olmağa nifrət edir». (Biharul-ənvar, c.76, səh.180, hədis 10)
İmam Sadiq (ə): «Allah üç şeyə nifrət edir: «Gecə oyaq olmadan gündüz yatmağa, səbəbsiz gülməyə və tox halda yemək yeməyə». (əl-Xisal, səh.89, hədis 25)

İmam Sadiq (ə): «Xəsəmdən bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: «Allah-Taalanın yanında hansı əməl daha mənfurdur?» Peyğəmbər buyurdu: «Allaha şərik qoşmaq». Kişi dedi: «Daha nə?» Buyurdu: «Qohumlarla əlaqəni kəsmək». Kişi dedi: «Sonra nə?» Peyğəmbər buyurdu: «Pis işə əmr edərək yaxşı əməldən çəkindirmək». (əl-Kafi, c.24, səh.290, hədis 4)

İmam Rza (ə):«Allah hay-küyə, malı bada verməyə və çox ağız açmağa nifrət edir». (Biharul-ənvar, c.78, səh.335, hədis 16)

Nifrət və düşmənçilik

Allahın Peyğəmbəri (s): «Keçmiş ümmətlərin xəstəliyi – düşmənçilik və həsəd sizə sirayət edib». (Məanil-əxbar, səh.367, hədis 1)
İmam Sadiq (ə):«Üç şey – ikiüzlülük, zülmkarlıq və xudpəsəndlik nifrət və düşmənçiliyə səbəb olur». (Tuhəful-uqul, səh.316)

VERY_SHY

Şərhlər:

  1. Single Girl dedi ki:

    Cox saqol Heyatim

    ALlah senden ve butun bendelerinden Razi Olsun! ALlah bizim her birimizi Cennet ehlinden etsin! AMIN!

  2. PARLAQ_SUN dedi ki:

    BIZLER HEC ISTEYIRMI ALLAHIMIN QATINA GEDENDE ALLAHIM BIZLERE QEZEBLE BAXSIN. UTANMARIQMI. NIYE BES HEYATDA OLARKEN HER SEYI UNUDURUQ SEYTANIN ISTEDIYI KIMI YALNIS NE VARSA ONLARI EDIRIK. BU DUNYADA VAXTIMIZ VARKEN NIYE NEFSIMIZIN ISTEDIYI GUNAHLARDAN QACMIRIQ. BIZE EBEDI HEYATDA ETTIKLERIMIZIN HAMISI GOSTERILECEK. BES UTANMAYACAQMIYIZ ETDIYIMIZ DINLEDIYIMIZ BAXDIGIMIZ DANISDIGIMIZ HER BIR GUNAHDAN. ORDA 5 VAKIT NAMAZ OLMAYACAQ KI GIREK TEMIZLENEK. SANSIMIZ BU HEYATDADIR. BUNU DEYERLENDIRSEK EN XOSBEXT INSANALRDAN OLARIQ.

    angel

  3. merry-girl dedi ki:

    Cox saqol Heyatim ALlah senden ve butun bendelerinden Razi Olsun! ALlah bizim her birimizi Cennet ehlinden etsin! AMIN!

  4. ceka dedi ki:

    Allah razi olsun supeer,4oox maraxliydi. applause

  5. Rizvan dedi ki:

    cox uzundu sebrim yoxdi oxumaga braz oxudum ..tesekkьrler

  6. VERY_SHY dedi ki:

    Jealous_girl,
    Single Girl,
    Бакинка,
    BalaM,
    _Cinbala_,
    sizde sagolun cikkili balalar(ehh,bir neferin sozu ollmasin)

  7. DaRk_AnGeL dedi ki:

    cox sagol Allah razi olsun

  8. ELNUR_009 dedi ki:

    Tesekkur, bunlari hami bilmelidi mence.

  9. Dj ExTrEmE dedi ki:

    Allah razi Olsun

  10. meleyim dedi ki:

    COX SEY ORENDIM TSK

  11. UNDERCOVER dedi ki:

    twk edirem ALLAH razi olsun

  12. merry-girl dedi ki:

    cox sag ol canim oxudum xeberini

  13. New_Moon dedi ki:

    Allah Razi Olsun Canik Cox SAgol

  14. _Cinbala_ dedi ki:

    Cox sagol Allah razi olsun yarisini oxudum utan

  15. BalaM dedi ki:
    Sagol djanim Allah razi olsun
  16. Бакинка dedi ki:

    Omrum cooox saq olALLAH senden razi olsun superr xeberdii MenCe Allah O kese Nifret eDirki Onun VArliginA INanmayaNA! Estafurullah!

  17. taliya dedi ki:

    ALLAH rzi olsun bacim

  18. Nezaretci dedi ki:

    tesekkur cox sagol Allah Razi olsun

  19. _Sia_ dedi ki:

    Ilahi menden sonra gelen ve sozlerimi neql eden, sunnetlerimi xalqa catdiran, insanlara oyreden, onlari yada salan xeleflerime sen rehmet et.

    MEHEMMED PEYGEMBER (S.E.S)

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…