Vermək almağdan daha Müqəddəsdir…

Verm601;k alma287;dan daha M252;q601;dd601;sdir...

Biz adətən kimlərdənsə həmişə nə isə almağa, kimlərdənsə nə isə gözləməyə adət etmişik.Kəsici olub özünə görə doğru kəsmək deyə belə bir söz var. Bax eyniliklə beləyik. Niyə belədir bilinmir amma hər an gözləmək içində yaşamaq bizdə vərdiş halına çevrilib. Salam gözləyirik, zəng olunmasını gözləyirik, hədiyyə gözləyirik, keçmiş olsun deyilməsini gözləyirik, yaxşı davranılmağı və ya hörmət görməyi gözləyirik və s. Ömrümüz və zamanımız beləcə gözləməklə və gözlədiklərimizi əldə edə bilməmək ucbatından xəyal qırıqlığı ilə keçir. Beləcə yaşayırıq, əgər adına yaşamaq deyilirsə təbii ki… Halbuki gözləmək içində olan insan xoşbəxt ola bilmir. Həmişə alıcı olmaq və tez-tez ətrafımızdakı insanlardan nə isə gözləmək bizi ciddi şəkildə kaprizli və kompleksli insanlar edir. Buna görə problemlər yaşayar və insanlarla əlaqəmizi kəsərik. Öz üzərimizə düşən vəzifələri yerinə yetirib qarşımızdakı insanların buna qarşılıq verməməyindən şikayət edirik. Mən zəng etdim o zəng etmədi, mən getdim o gəlmədi, mən yaxınlıq etdim o etmədi və s. kimi bir yığın gərəksiz və insan əlaqələrini pozacaq dərəcədə ağılsız şikayətlərimizin sonu gəlmir. Yaxşı, heç almadan verməyi düşünə bilmərikmi? Yəni biz bir insan olaraq öz vəzifələrimizi yerinə yetirək, qarşımızdakı insanlar istər yerinə yetirsinlər, istər yerinə yetirməsinlər deyə bilmərik? Nəticə etibarilə önəmli olan bizim davranışımızdır. Sevilməyi gözləmək əvəzinə sevməyi, hörmət gözləmək əvəzinə hörmət etməyi, zəng edilməsini gözləmək əvəzinə zəng etməyi, salam gözləmək əvəzinə salam verməyi yoxlasaq. Əslində bir şey veridiyimizdə bir çox şey əldə etdiyimizi görə bilmirik çox zaman… Sevməyi öyrəndikdə və sonsuz, sərhədsiz sevgimizi paylaşdıqda xoşbəxt olduğumuzun və sevilməyə başladığımızın fərqinə varmaq heç də çətin olmamalıdır. Məncə başqalarından nə isə gözləmək əvəzinə, ona, o birinə bunu etsin, bunu etməsin demək əvəzinə özümüz edək. Mən etdim o etmədi məntiqini də tamamilə silək. İnsanlar bir- birinə etibar etməli, bir-birilərini anlamağa çalışmalı və ən önəmlisi insan olduğu üçün bir-birini sevməli. Sevgini cücərtmək çətin deyil, ancaq sevgi cücərtdiyimizdə əldə edəcəyimiz gözəllikləri saymaq çətindir. Öz insanlıq vəzifələrimizi yerinə yetirək qoyaq qarşımızdakı insan necə bilirsə o cür etsin. Bir az vaxt keçəndən sonra onlar da bizim davranışımızdan necə olsa təsirlənəcək və özlərini düzəltmək yoluna mütləq gedəcəklər. Ancaq gərək kimdənsə nə isə qarşılıq gözləmək içində olmayaq. Həqiqətən vermək almaqdan daha müqəddəsdir. Hələ-hələ heç bir qarşılıq gözləmədən vermək qədər daha mükəmməl davranış ola bilməz. Bir yaxşılıq et, at dənizə balıq bilməsə Xaliq bilər. Etdiyiniz yaxşılığı, yaxşı hərəkəti tərifləsinlər deyə də etməyin. Əsla qarşılıq gözləmək içində olmayın. Xoşbəxt olmağın sirri, qarşılıq gözləməmək, qarşılıq gözləmədən gözəl əməllər və yaxşılıq etmək və ən önəmlisi hər şeyi, hər kəsi, həyatı və həyata dair hər şeyi sevmək.

Ürəyimizin dərinliyindən süzülüb gələn inci damlaları kimi sevgimizi hər kəsə verməkdir. Sevgi verildikcə artar, içinizə sığmayan bir
vəziyyətə gələr. Və nə qədər çox sevsəniz bir o qədər çox sevilərsiniz. Sevgilə və dostluqla qalın…

BalaM

Şərhlər:

  1. ...::EMERALD::... dedi ki:

    EHHHHHHH ELLERINE SGALIQ

  2. New_Moon dedi ki:

    Cox SAgol Ellerine SAgliq Super idiiiiiiiiiiiii
    heart Sevgi Temannasiz Olur heart

  3. МиниК_Сердце dedi ki:

    Ьrəyimizin dərinliyindən sьzьlьb gələn inci damlaları kimi sevgimizi hər kəsə verməkdir. Sevgi verildikcə artar, iзinizə sığmayan bir
    vəziyyətə gələr. Və nə qədər зox sevsəniz bir o qədər зox sevilərsiniz. Sevgilə və dostluqla qalın… applause браво балам.спасибо

  4. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol…ama redakte niye beledi gozlerim aqradi oxuyunca…

  5. BalaM dedi ki:

    Бакинка,
    ReaLiSTKa,
    KoRpE,
    KIVANC,
    taliya,
    tek tek tshk edirem give_rose

  6. taliya dedi ki:

    maraqliydi sagol canim

  7. KIVANC dedi ki:

    Sag ol Minnetdaram.Amma srift stili xosuma gelmedi…:-(((

  8. ReaLiSTKa dedi ki:

    Duzdu twklerrrrrrrrr

  9. Бакинка dedi ki:
    duzdu cox saq ol ellerine saglik
  10. BalaM dedi ki:

    …::EMERALD::…,
    _Cinbala_,
    BuBLiK,
    VERY_SHY,
    tek tek tshk edirem give_rose

  11. VERY_SHY dedi ki:

    cox maraglidi,duz sozderdi

  12. BuBLiK dedi ki:

    SUPER zaykam ochen ponravilos….SOGLASNA SO SLOVAMI!!