Rəbbim…

Rəbbim...

Rəbbim…

RƏBBIM bir insan qoy qəlbimə
Amma o insan Sənin də sevdiyin olsun
Və mənə elə bir insan sevdir ki,
O insanın ürəyi Səni sevən bir məbəd olsun.
Məni elə bir insanla görüşdür ki,
Məndən əvvəl onunla görüşmüş olan Sən olasan
Onunla əl-ələ tutduğumuzda
İkimizin üzərində Sənin əlin olsun
Mənə elə gözlər göstər ki,
Mən o gözlərdən Sənə baxım
Mənə elə bir sevgili ver ki,
O gözlər Cənnətə açılan iki pəncərə olsun
Onunla elə bir yolda gedək ki,
Bələdçimiz Sən olasan ey RƏBBIM
Elə bir sevgili ver ki mənə,
Ona sarıldığımda kainat bizə baxsın
Bir-birinə sarılsın
Sevgimiz qurdla quzuları barışdırsın
Bizə baxıb şeytan Adəmə səcdə etsin
Günah savab uğrunda özünü fəda etsin.
Bizə elə bir sevgili ver ki,
Sevgimizdə Məhəmməd (s.a.s) sevilsin
Elə sevək ki bir-birimizi
Hz. Xədicə göylərdən bizə səslənsin
Və desin ki,
Ya Məhəmməd bax bu sevgililərə. Onlar bizdə… bizdə onlardayıq.
Bax Eşqimiz bir daha yaşanır yer üzündə..
ALLAH Eşqimizi elə çox sevir ki minlərlə insana yaşadır..

ALLAHIM sevgini, Səni sevənin sevgisini və Səni sevməyə məni yaxınlaşdıranın sevgisini mənə nəsib et.
ALLAHIM elə bir sevgi ver ki ürəyimə səhərə qədər namaz qılım yorulmayım.
ALLAHIM elə bir sevgi ver ki, ürəyimə ən uzun günlərdə oruc tutum bezməyim.
ALLAHIM elə bir sevgi ver ki, gəzdiyim gördüyüm hər yerdə sənin adını zikr edim..

ALLAHIM əgər mən sənin cənnətini qazanmaq üçün ibadət etsəm qoyma məni cənnətinə.
Əgər cəhənnəmində yanmamaq üçün ibadət edirəmsə at məni atəşə.
Mən, Sənə olan eşqimdən ibadət edirəm .
Sən istəsən Cənnətinə qoyarsan istəsən Cəhənnəminə.

Hebibe

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Allah Razi Olsun, Ilk xeberile tebrik edirem

  2. MILAQROS dedi ki:

    SAYTIMIZDAKI ILK XEBERINIZLE TEBRIK EDIREM INSHALLAH AXARINCI OLAR.ALLAH RAZI OLSUN

  3. Badi_Seba dedi ki:
    gozel sozlere gore tesekkurtler…ellerin agrimasin…ilk xeberin oldugu ucunde tebrikler…umud varamki axirinci yoooox axarinci olar
  4. love_krasotka dedi ki:

    сагол

  5. BLACK STAR dedi ki:

    cox saolun.ALLAH razi olsun….

  6. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…