Hər gedən arxasında bir gözləyən buraxar

alt
Hər gedən ardında bir gözləyən buraxar.
Bəzən istər “gözlə məni” deyər..
Bəzən də “gözləmə həyatına davam et” deyər…
Bu gözləmə deməyinin ardında bir
gözlənilmə istəyi vardır həmişə…
Nədənsə hər kəs biri tərəfindən gözlənilməyi çox istər.
Gözlənilməyi çox istiyər ya da birinin həyatında həmişə var olmağı bilməkdir gözəl olan.

Və hər qalan ürəyindəki ağrısıyla “gözləyəcəyəm” deyər.
Dönməyəcəyini bilə-bilə…
Gəlməyəcəyini bilə-bilə…
Sevməyəcəyini bilə-bilə…
Və gözləyər…
Ta ki bir gün artıq ümidlər kəsilib
yolların tamamilə ayrı olduğu fərq edilənə qədər…

Və başlar keşkələr peşmanlıqlar…

Yanımızdaykən fərq etmədiyimiz bir çox detallar ilişər yaddaşlara. Halbuki “nə gözəlmiş yaşanılanlar” deyərsiniz… “Məgər nə çox sevmişəm” deyərsiniz…
Və bəlkə də heç sevilmədiyinizi fərq edərsiniz.
Ən ağrılısı da budur ! Sevilmədən sevdiyinizi fərq etdiyinizdə
beyninizi yeyər minlərlə sual… Başlarsınız cavabı aydın olan suallara özünüz tərəfindən cavab axtarmağa…

Və sorğulama zamanı gəlir özünüz tərəfindən…
Halbuki unudarsınız bir şeyi
Eşq Sorğulanmadan Yaşanmalıdır…

H601;r ged601;n arxas305;nda bir g246;zl601;y601;n buraxar
Amma unudarsınız bu qaydası “səbəblər və nə üçünlər” gəmirər beyninizi…
Ağlamaq sizin üçün qaçınılmaz bir seçkidir. Ağlayarsınız hər şeyə və hər hadisəyə…

Baxtığınız hər yer “onda” bitər…
Gördüyünüz hər şeydə “onu” axtararsınız…

Aynadakı görünüşünüzdə bir əks olunma küçədəki künc başında bir qucaklaşmadır…
Yağan yağışdır dənizə düşən ay iş işığıdır “o”gecələrin ayı gündüzlərin günəşidir “o”

Və son cümlələr tökülər artıq dilinizdən…
Başqa tərəfindən deyə biləcəyiniz bir şey qalmamışdır çünki…
Eynilə ürəyinizi sizdən götürdüyü kimi gedərkən cümlələrinizi də aparmışdır yanında…

Səssizlik qalar geriyə bitən bir sevgidən…
Və Ayrılıq Kəndiri qalar boyunuzda “yağlı bir ilmək kimi…”

Sanki biri ha çəkdi ha çəkəcək…
Dayandı sanarsınız dünyanı ha batdı ha batacaq…
Amma nə dünya durar nə də o ilmək çəkilər…
Həyat davam edir və bu çarxın içində sizi də bilmədiyiniz başqa diyarlara sürüyür…

Bitəcək sanarsınız ağrınızı amma bitməz… Yalnız bir yerlərə saxlanar ürəyinizdə… Bir mahnıda bir şeirin içli misralarında və bəlkə də bir sözdə qanamağa hazır bir yaradır o artıq…

“Səssizliyin İçində Bir Qışqırıq Qaranlığın İçində Bir İşıq Ürəkdə Bağlanmaz Bir Yaradar Artıq O”.

BadBoy

Şərhlər:

  1. BadBoy dedi ki:

    Səssizliyin İзində Bir Qışqırıq Qaranlığın İзində Bir İşıq Ьrəkdə Bağlanmaz Bir Yaradar Artıq O\".

    +=

  2. taliya dedi ki:

    Baxtığınız hər yer \"onda\" bitər…
    Gцrdьyьnьz hər şeydə \"onu\" axtararsınız..
    SUPER

  3. VERY_SHY dedi ki:

    ehh,ne diyimmee,coxsagol

  4. Weak_life dedi ki:

    cox sag ol heart

  5. BadBoy dedi ki:

    ReyLere Gore Tewekkur

  6. BalaM dedi ki:
    Sevgi xeberine gore sagol ela give_rose
  7. gunelim dedi ki:

    Nə mənalıdı :-((((
    xəbərə gцr\\ə təşəkkьrlər
    Ьmid edirəm tez tez belə yazılar yerləşdirərsiniz

  8. UNDERCOVER dedi ki:

    bagiwlaki oxuya bilmedim gozlerim uje marqat verir:))yene de twk

  9. meleyim dedi ki:

    gozleme deyirsen amma isteyirsen seni her zaman gozlesin o.gozlemeyecem deyirsen amma her zaman onu gozleyirsen.unutmaq ve unudulmaq cox cetindi

  10. _Aynur_ dedi ki:

    Tewekkur xebere gore…

  11. Single Girl dedi ki:

    Goresen niye insanlar yanindayken Sene cox onem ve deyer vererken onlari deyerlendirmek bu qeder cetindi ele senincun??Neyse xeberi cox beyendim ellerine saglik

  12. _Cinbala_ dedi ki:

    Dцnməyəcəyini bilə-bilə…
    Gəlməyəcəyini bilə-bilə…
    Sevməyəcəyini bilə-bilə…
    Və gцzləyər…

    Cooooooox sagol twk

  13. ...::EMERALD::... dedi ki:

    MARAQLIDIR.ELLERINE SAGLIQ

  14. Miss_Azericka dedi ki:

    cox sagol superrrrrdi gul

  15. МиниК_Сердце dedi ki:

    Bitəcək sanarsınız ağrınızı amma bitməz… Yalnız bir yerlərə saxlanar ьrəyinizdə… Bir mahnıda bir şeirin iзli misralarında və bəlkə də bir sцzdə qanamağa hazır bir yaradır o artıq…