Gələcəksənsə adam kimi gəl!

Gələcəksənsə adam kimi gəl!

Sanki gözümü bağlasam gedəcəksən, itəcəksən!

Səhərə qədər gözümü qırpmadım, buraxıb məni gedərsən eyə…

Halbuki söz vermişdinil Məni buraxmayacaqdın!

Susma zamanı,

Susmaq bəzən içəridə bir yerdə

Qanamağa başladığı zaman ağrını yavaşca örtür.

Nə qədər vaxtımız varsa sevgiyə, sevməyə o qədərinə razı olduq.

Bəlkə də eşqi eşq edən bitimli olması

İndi geriyə baxdığımda, yaşadıqlarım məni mən edib

“Mən” olma macəramı sevdim.

Hər şeyə baxmayaraq üstəlik

Ayrılıq…

Gələcəksənsə adam kimi gəl!
Eşq bizə çox yaraşmışdı…

Görə bilmədim baxarkən səni, ya da görməyi istəmədim.

Bağladım sənə bütün qapılarımı. Ola bilməzdi

Gözləyənim var geridə, Səninsə qarşısında azadlığın

Üzərlərinə basıb dırmaşa bilməzdim, sənə doğru

Sonrasında baxa bilməzdim kimsəyə, köhnə mən olaraq

Olmazdı. Lazım olan görməmək idi səni, qarşımda olsansa da

Hiss etməməyə çalışmaq idi içimdəki sızını

Dərindəki ağrını yox saymaq idi, fərqinə varmamaq idi…

Nəfəs almağı bilmədiyimi bildirməmək idi…

Yox saya bilmədiyimi fərqinə vardığım an bu hissi;

Aynaları belə qaldırdım ətrafımdan,

Öz özümlə üzləşməmək, qızdığım Məni görməmək;

Aynada gördüyüm əksinəmdə,

Əslində Səni gördüyümü inkar edə bilmək üçün.

Üzərinə atdığım külləri heçə sayıb sönməyən,

Daha da alovlanan duyğularımı yox saymaq üçün

İndi, ardından ən çətin olanı qaldı mənə.

Gələcəksənsə adam kimi gəl!

İllər sonra…

Sevə bildiyimi öyrənmək, hiss etmək

İndiysə

Kec öyrənmişliyin verdiyi, üsyanıma dayan deyə bilmək.

Mən artıq Sən deyə başlayan şeirləri sevmirəm.

Bu sətirlər sənə

Yandırıb yıxdıqların, qanadıb buraxdıqların üçün.

Bu sətirlər sənə:

Bir ovuc qırıntı sevgilərin,

Qeyri-kafiliyini üzümə atdığın üçün.

Bu sətirlər sənə

Öyrətdiklərin üçün yaşadıqıların üçün.

Ya həmişə, ya heç.

Beynimdən təyin etməm bilirəm amma.

Ürəyimdən söküb atacağam bu gedişlə

Və bu gedişlə qulağım bağlı olacaq səsinə,

Nə də gözlərimdə sən olacaqsan.

Qış yuxusuna yatırdacağam bütün xatirələri;

Sənə aid nə varsa.

Səbrim tükənəcək bir gün,

Və sonunda üsyan edib,

Belə qışqıracağam sənə

Məni yox eləmədən gəl…

Elə axtarma məni, Elə gəlmə mənə

Gələcəksənsə adam kimi gəl…

RoMaNTiK_SeRSeRi

Şərhlər:

  1. dangerous_angel dedi ki:

    superdi cox tesekkurler

  2. RoMaNTiK_SeRSeRi dedi ki:
    werh yazan elleriniz yorulmasin,werhler ucun tewekkurler
  3. _Aynur_ dedi ki:

    Tewekkur xebere gore…

  4. Miss_Azericka dedi ki:
    taliya,
    menim awkim cox romantikdi utancaq

    cox sagol awkim,ilk xeberin mubuwdu..seni cox sevirem utancaq

  5. taliya dedi ki:

    RoMaNTiK_SeRSeRi
    xeberde adin kimi romantikdi

  6. Dj ExTrEmE dedi ki:

    sagol mubuwdu ilk xeber munasibetiyle tebrik inwallah axirnci yox axarinci olar)))))) greeting

  7. Бакинка dedi ki:
    elaa suppaaaa ilk xeberin mubiwdi))
  8. New_Moon dedi ki:

    Superdi Cox SAgol Tebrik Edirem Ilk Xebere Gore Inwallah Bu Son Olmaz applause !

  9. МиниК_Сердце dedi ki:

    ilk xeberin mubuw) cox sag ol applause

  10. BalaM dedi ki:
    Ilk xeberin mubuwdu Cox sagol give_rose