Eşqi yazarkən bəzən əllərim ağrayır…Eynilə ürəyim kimi…


alt
Qaçdıqca o məni qovur. “Bir də eşqə dair yazmayacağam! Mənə eşqi yazdırmayın!” deyə düşünsəm də, ya eşq məni tapır, ya da aşiqlər. Ya eşq vurur ürəyimə ya da ürəyimdə eşq ağrıyır… 


Bu səfər ”eşq cinayətləri” başlıqlı xəbərlər ilişdi gözlərimə və ürəyimə. Az qala hər gün qəzet künclərinə əks olunur eşq cinayətləri. Təəssüf… Həm əsəbləşirəm, həm kədərlənirəm. Eşqindən intihar edənlərə də, qatil olanlara da… Ölənlərə də, qalanlara da… Yandıranlara da, yananlara da… 


Eşq zəhər olmamalıdır… Eşq kimi bir duyğuyla ”cinayət” kimi bir anlayış yan-yana yaraşdırılmamalıdır… 

Sevdiyinin canını alan bir insanın sevgisinə kim inana bilər? Övladını boğaraq öldürən bir ananın sevgisi nə qədər sevgi isə, eşq cinayəti də o qədər eşqdir… 

Eşq su kimi həyat verməlidir insana. Amma zəhər olur bəzilərinə!… 

Niyə? Səbəb nədir?

Nə yaşamağı öyrədə bilirik, nə də sevməyi… 

Nə xoşbəxtliyi izah edə bildik, nə də imtahanı… 

Nə həyatı izah edə bilirik, nə də ölümü… 

Deyəcəyim budur ki; qovuşmaq üçün sevilməz!!!… Bilməlisiniz ki ”qovuşmaq” qədər ”darıxmaq” da gözəldir. Kim bilər bəlkə ”eşqin özü” qovuşmaqdan daha gözəldir? 

Və bunu əsla unutmayın! 

Qulaq asın bu səsə… 

Eşq biləkdə yaşanmaz, ürəkdə yaşanar… Ürəkdə yaşanan eşq, qovuşa bilmədiyini qırmaz… Qıra bilməz… Çünki qıya bilməz ”Manqal kimi ürək”deyirlər bəzən… ”Eşq” üçün də manqal kimi bir ürək lazım, yumruq olmuş bir bilək deyil!!! 

Eşqə dair yazmayacaqdım amma yenə də yazdım. Eşq yazılacaq bir duyğu deyil. Yazıla bilməz, yaşanar. Eşqi yazmaq da çətindir, yaşamaq da… 

Allah yaşayanlara səbir versin. Eşqi yazarkən bəzən əllərim ağrıyır… Eynilə ürəyim kimi…

dangerous_angel

Şərhlər:

  1. Бакинка dedi ki:

    Allah komeyin olsun angelimmm asan hewne olmuree heyatdaa her wey cetindir ..elbetdeki yaxwilarrr cooxx cetindirr………….xebere gore tewekkurlerr ellerine saglik..

  2. melek=) dedi ki:

    xebere gore cox saqol maraqliydi ureyim

  3. Single Girl dedi ki:
    geweng xeberdi sevgi mevgi bow weydi
  4. taliya dedi ki:

    tesekkur canim

  5. _Aynur_ dedi ki:

    Tewekkur xebere gore…

  6. Nezaretci dedi ki:

    tesekkur xeber ucun oxumadim sorry

  7. meleyim dedi ki:

    esq ureyimizin en medeniyyetsiz qonagidir.gelerken salam vermez,gedende sag ol cry

  8. VERY_SHY dedi ki:

    Dj ExTrEmE,
    Sene zeherdi??

  9. Dj ExTrEmE dedi ki:

    VERY_SHY cry

    MENIM KIMILERE(((

  10. dangerous_angel dedi ki:

    New_Moon,
    merry-girl,
    BalaM,
    ayaaa,
    _Cinbala_,
    VERY_SHY,
    UNDERCOVER,
    Бакинка,
    thanks sehlere gore

  11. New_Moon dedi ki:

    Eşqə dair yazmayacaqdım amma yenə də yazdım. Eşq yazılacaq bir duyğu deyil. Yazıla bilməz, yaşanar. Eşqi yazmaq da зətindir, yaşamaq da… cry
    Bu Sozlere Tum Kalbimle Katiliyorum
    Ellerine Sagliq Super Xeberdi

  12. merry-girl dedi ki:

    sag ol maraqlidi angel

  13. BalaM dedi ki:
    Cox sagol sevgi xeberine gore give_rose
  14. VERY_SHY dedi ki:

    Eşq su kimi həyat verməlidir insana. Amma zəhər olur bəzilərinə!

    cox hayif ki zeherdi
  15. UNDERCOVER dedi ki:

    Xebere gore 4ox saol.maraqli idi.twk

  16. dangerous_angel dedi ki:

    melek=),
    Single Girl,
    Jealous_girl,
    taliya,
    _Aynur_,
    Nezaretci,
    meleyim,
    …::EMERALD::…,
    thanks