Cənnətlə bağlı

alt

Bir adam, “Ya Rəsulullah cənnətin içində xurma vardırmı? Çünki mən xurmanı sevirəm” deyə soruşdu. Rəsulullah: “Bəli vardır. … cənnət xurmalarının altından budaqları vardır. Budaqlarının başları qızıldandır. Aləmlərdən hər hansı bir kimsənin görməkdə olduğu paltarların ən gözəli kimi yarpaqları vardır. Altından xurma salxımları vardır. Xurma salxımlarının zibili də qızıldandır.Böyük küplər kimi meyvələr var ki onlar köpükdən yumşaq, baldan şirindir.” Hz. Məhəmməd (S.ə.v) Şübhəsiz cənnətdə bir bazar vardır ki mələklər oranı ziyarət edərlər. Orada gözlərin mislini görmədiyi, qulaqların eşitmədiyi və ürəklərə gəlməyən nemətlər vardır. Canımızın istədiyi hər şey bizə gətirilər. Lakin orada satılan və satın alınan heç bir şey yoxdur. O bazarda cənnət xalqının bəzisi digər bəzisi ilə qarşılaşar. Yüksək mənzil və mövqe sahibi dönər və mövqe baxımından özündən aşağı dərəcə olan kimsə ilə qarşılaşar. Onların içində hər hansı bir şeyi əskik olan kimsə yoxdur ki,qarşılaşdığının üzərində gördüyü bəzək paltarlarından ötəri narahat olsun. Sözünün sonu gəlmədən üzərində daha gözəl bir paltar bürünər. Bu şübhəsizdir ki, cənnətdə heç bir kimsənin kədərlənməsi yoxdur. Hz. Məhəmməd (S.ə.v) Cənnət binalarının bir kərpici qızıl, bir kərpici gümüş, xərci müşk, daşı inci və yaqut və torpağı da zəfərandır Hz. Məhəmməd (S.ə.v) Cənnətdə altından bir dirək və üzərində zümrüd cinsindən parlaq, yaşıl, qiymətli bir daşdan şəhərlər vardır ki, onlar cənnətə ulduzlar kimi işıq verərlər Hz. Məhəmməd (S.ə.v)

gulshan

Şərhlər:

  1. Miss_Azericka dedi ki:

    Allah razi olsun

  2. EQoiSTKa dedi ki:

    …ALLAX Xamimiza NesiB Elesun…AMiN…

  3. BuBLiK dedi ki:

    cox sagol ureyim ALLAH razi olsun sennen!!

  4. VERY_SHY dedi ki:

    oxudum hamsini,maraglidi cox

  5. gulshan dedi ki:

    cox saq ol olun

    Allah

    sizlerdende razi olsun

  6. BadBoy dedi ki:

    xEBERE gORE TEWEKKURLER

  7. taliya dedi ki:

    teskkur canim
    INSALLAH bizde layiqli isler gorub CENNETE dusenlerden olaq AMIN!

  8. МиниК_Сердце dedi ki:

    VAYY,CAN SUPERRRR. Allah razi olsun

  9. Бакинка dedi ki:
    Allah razi olsun senden ay gulshah opdum… give_rose
  10. BalaM dedi ki:
    cox sagol Allah razi olsun
  11. _Sia_ dedi ki:

    Ilahi menden sonra gelen ve sozlerimi neql eden, sunnetlerimi xalqa catdiran, insanlara oyreden, onlari yada salan xeleflerime sen rehmet et.

    MEHEMMED PEYGEMBER (S.E.S)

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…