«Facebook» şəxsi məlumatları «yadlardan» gizlətməyi öyrədəcək


facebook
Dünyanın ən populyar sosial şəbəkəsi olan «Facebook» istifadəçilərinin şəxsi məlumatlarını qoruyan sistemi təzələyir.

Son vaxtlar bu cür məlumatların açıqlığına görə «Facebook» sadə istifadəçilərdən tutmuş ABŞ-da millət vəkilləri və Avropa Birliyi rəsmilərinə qədər hər tərəfdən tənqidlərə məruz qalırdı. Əsas tənqid mövzusu isə odur ki, «Facebook» 500 milyon nəfərə yaxınlaşan istifadəçilərinin şəxsi məlumatlarını reklamçılardan, internet cinayətkarlarından, lap elə başqa adi internet istifadəçilərindən qoruya bilmir. Başqa sözlə, Sizin «Facebook»dakı şəxsi məlumatlarınızdan, hətta şəklinizdən kimin ağlına necə gəlsə, o cür də istifadə edə bilər.

DƏYİŞİKLİKLƏR ÜÇ SAHƏNİ ƏHATƏ EDİR

İndi «Facebook» şirkətinin rəsmiləri bu tənqidlərə cavab olaraq keçən ilin dekabrından bəri şəxsi məlumatların qorunması sistemini dəyişdiklərini deyirlər. Şirkətin İcraçı Direktoru Mark Zukerberq mayın 26-da Kaliforniyada keçirdiyi mətbuat konfransında dəyişiklərin əsasən üç sahəni əhatə etdiyini deyib:

– Eşitdiyimiz birinci məsələ o idi ki, bizə deyirdilər adamlara öz şəxsi informasiyalarının yayılmasına nəzarət edə bilmək üçün sadə yol təklif edilməlidir. Biz bu fikirlərlə razılaşmışıq və onun həyata keçirilməsi üçün üç sahədə tədbirlər görülüb. Birincisi, biz ayrıca sadə bir nəzarət sistemi tətbiq etmişik. Həmin sistemlə adamlar öz şəxsi məlumatlarının «Facebook»da necə, konkret kimlər arasında yayılıb-yayılmamasına özləri qərar verir, buna «Facebook»un icraçı direktoru Mark Zukerberq
da nəzarət edirlər. «Facebook»un icraçı direktoru Mark Zukerberq Bunun üçün əvvəlki
qaydaları tam dəyişməmişik, sadəcə olaraq ora öz məlumatlarının yayılması üzərində nəzarət imkanı verən sadə sistem əlavə etmişik.

Zukerberq deyir ki, hər kəs bu yeni sistemin köməyi ilə «Facebook»dakı məlumatlarını dostlarından başqa üçüncü tərəfin görməsinin qarşısını ala bilər. Yəni, əgər istəmirsinizsə, bu sistemdən istifadə etməklə dostunuzun dostlarının Sizin məlumatlara baxmasının qarşısını ala bilərsiniz.

İSTİFADƏÇİ MƏLUMATI AZALDILIB

Zukerberq bildirir ki, edilən ikinci dəyişiklik istifadəçilər haqqında ümumi məlumata girişin məhdudlaşdırılmasıdır. Üçüncü dəyişiklik isə istifadəçi haqqında məlumatların azaldılmasıdır. Əvvəllər «Facebook»da istifadəçilər haqqında 50-yə yaxın şəxsi məlumat yerləşdirilə bilirdi. İndi onların sayı 15-ə endirilib.

İndi rəhbərlik bildirir ki, kim onun məlumatlarından dostu olmayan başqa adamların, reklam şirkətlərinin, yaxud hansısa kriminal qrupların istifadə etməsini istəmirsə, «Facebook»da yeni yaradılan texniki imkandan istifadə etməklə öz məlumatlarını qoruya bilər. Amma bunun üçün də «Facebook» yeni imkandan istifadə etməyi üzvlərinə başa salmalıdır.

2009-cu ildə şirkətin reklamdan gəlirləri 500 milyon dollarla 650 milyon dollar arasında olub
Avropadakı «Facebook» istifadəçilərindən biri olan Sabrina Drevsfeltt AzadlıqRadiosuna bildirib ki, şəxsi məlumatlarının yayılmasına nəzarəti əlində saxlamaq üçün yeni sistemdən istifadə etmək ona çox çətin görünür:

– Mən öz məlumatlarımı mümkün qədər bağlı saxlamağa çalışıram. Amma yenə də düşünürəm ki, məhz hansı məlumatların yayılıb-yayılmadığına nəzarət etmək olduqca çətindir.

TELEFON NÖMRƏMİ QEYD ETMİRƏM

Bizimlə söhbət edən Azərbaycandakı «Facebook» istifadəçiləri də şəbəkənin yeni imkanlarından elə dekabr ayından istifadə etdiklərini deyirlər. Amma Orxan Kərimov bildirir ki, o, hər ehtimala qarşı, hər şeyi də «Facebook»dakı səhifəsinə yazmır:

– Məsələn, hansı universitetdə oxuduğumu, e-mail ünvanımı yazıram. Amma məsələn, telefon nömrəmi qeyd etmirəm. Ümumiyyətlə, «Facebook»da dəyişikliklər tez-tez edilir, yaxşı olardı ki, sistemi bir dəfə qaydaya salardılar ki, hər dəfə yeni dəyişikliklərə öyrəşmək problem yaratmasın.

«Facebook» şirkətinin icraçı direktoru Mark Zukerberq isə mayın 26-da keçirdiyi mətbuat konfransında bildirib ki, şəxsi məlumatların yayılmasına hər kəsin özünün nəzarət edə bilməsi üçün yaradılan yeni qaydaları qarşıdakı həftələrdə üzvlərinə daha sadə yollarla başa salmağa çalışacaqlar.

ABŞ-ın Kaliforniya ştatında qeydiyyatdan keçmiş «Facebook» şirkəti gəlirləri haqqında da məlumat vermir. Amma bu bazarda təhlillərlə məşğul olan ekspertlərin qənaətinə görə, 2009-cu ildə şirkətin reklamdan gəlirləri 500 milyon dollarla 650 milyon dollar arasında olub.

МиниК_Сердце

Şərhlər:

  1. RoMaNTiK_SeRSeRi dedi ki:
    FACEBOOK-dan zehlem gedir…xebere gore tewekkurler…
  2. BeAtIfUl dedi ki:

    yorulmayasan..twk

  3. BuBLiK dedi ki:

    spasibo zaykam no ya tam osobo ne siju…

  4. DaRk_AnGeL dedi ki:

    xebere gore cox sagol heyatim

  5. rihanna dedi ki:

    xebere gore cox sagol..

  6. next_rashad dedi ki:

    facebook da varam xebere gorede cox sagol .

  7. Скажи-да dedi ki:

    hmm maraqli deyil

  8. hostcu qiz dedi ki:

    facebook da varam amma maraq elemir

  9. New_Moon dedi ki:

    Eziyyete Gore Cox SAgol

  10. dangerous_angel dedi ki:

    hm twk

  11. ...::EMERALD::... dedi ki:
    FACEBOOKLA MARAQLANMIRAM.MARAQLI MELUMATDI.SAG OL
  12. Miss_Azericka dedi ki:

    menim Facebook_um yoxdu
    xebere gore twkler give_rose

  13. PessimisTka dedi ki:

    Hmmmm bu yaxshi fikirdi Facebookda varam duzdu gizli olsaydi daha gozel olardi belke daha araxayin shekillerimi qoya bilerdim.Thanksss xeber uchun……

  14. NeSKa dedi ki:
    Təşəkkьrlər onsuzda şəxsi məlumatım yoxdu facebookda
  15. _Cinbala_ dedi ki:

    Men bura girmirem ona gore baciw menimcun maraqli olmadi yenede sagol…

  16. BadBoy dedi ki:

    XeBere GoRe TewekkUrlER

  17. BalaM dedi ki:
    Facebookda varam amma hec vax wekillimi qoymaram ora…Xebre gore tshk give_rose
  18. Dj ExTrEmE dedi ki:

    twk facebookdan xowum gelmir eee amma dostlarim orda olduguna gore reg olmuwam mama girmirem hec))))))

  19. taliya dedi ki:

    men FACEBOOKda yoxam ona gore menlik deyil

  20. Optimist... dedi ki:

    isim olmaz facebooknan…tesekkurler