Unudanda baxarsan


alt

Dedin, son xatirəm quru şəkildi,


Yazdın, unudanda baxarsan ancaq
.
Mən səni unutsam düşündünmü bir
,
Şəklin səndən əvvəl unudulacaq.


alt
alt
alt
Bilirəm, bir daha dönməyəcəksən,

Əksin – yanan eşqin bir ovuc külü.

Özün yad ürəyi dinləyəcəksən,

Şəklinsə qəlbimindöyüntüsünü.

alt
alt
alt

Səni saxlamağa çatmadı gücüm,


Açılan nə vaxtsa solması imiş.

Şəklini vərəqə köçürmək üçün

Arada neqativ olmalı imiş.


alt
alt
alt
Bu soyuq kağızda sevinc donubdur,

Kədərin hardasa yol gəlir hələ.

Üzünə xəfif bir gülüş qonubdur,

Hicrana baxırsan sən gülə-gülə.


alt
alt
alt
Bir anın hökmüylə dəyişir insan,

Necə əziz idi bayaq bu şəkil.

Sən özün bir sevgi xumarındasan,

Həmişə oyaqdır, oyaq bu şəkil.


alt
alt
alt
Bir kağız üstündə donan ümidin


Qəmli gözlərində əbədi ocaq
,
Şəklin vaxtı sayan saat kimid

Yadıma düşəndə baxıram ancaq

Miss_Azericka

Şərhlər:

  1. BalaM dedi ki:
    Cox sagol gozel weirdi give_rose
  2. ...::EMERALD::... dedi ki:

    SUPER.THANKS

  3. meleyim dedi ki:

    nusret kesemenlinin seridi bu mence.ela serdi

  4. Cici_Girl dedi ki:

    Qeseng serdi, tesekkurler!

  5. Бакинка dedi ki:

    cooox saq ol ureyimmm=)

  6. Weak_life dedi ki:

    cox sag ol ela

  7. _Cinbala_ dedi ki:

    COX SAGOL BU SEIR MENCE OLUBE MEN GORMUSEM twk

  8. BuBLiK dedi ki:

    awkimmmmm superrrrrr….soz ola bilmes…cox howuma geldi…
    UNUDTTUM GEDTTI EE…!!

  9. Single Girl dedi ki:

    Bunun adini deyiwib unutdum bax qoyardilar=)cox saqol ciciwka

  10. R_E_N_A dedi ki:

    sebrim catmir oxumaga twk

  11. VERY_SHY dedi ki:

    Yaxwi weirdi.coxsagol

  12. New_Moon dedi ki:

    Menlik Deyil Sagol

  13. ::HappilY:: dedi ki:

    ela xeberdi ellerine saglik canim