Kimsesiz Usaq..

alt

 

Bu gün tezdən durmuşdu. Düşünürdü
ki, fərqli bir gün olacaq. Düşünürdü ki, indiyə kimi yaşadıqları sadəcə
yuxudur. Pəncərənin qarşısında dayandı. Çox gözəl bir hava var idi. Bu
gün bayramdır, ailəsi ilə birlikdə gəzməyə getmək istədi. Dönüb
bacısına baxdı. Şirin –şirin yatmışdı. Onun yaşı az olduğundan
olanların fərqinə elə də varmırdı. Üzülürdü, amma nə baş verdiyini dərk
eləmirdi. Bəlkə də anlayırdı. Bacısı 3 yaşında olsa da, danışa
bilmirdi. 1 yaşından sonra danışmadı. Susdu. Susmağı ilə üsyan
eləyirdi. Elə onun da yaşı az idi. 8 yaşında olan uşağın yaşadığı həyat
tərzindən uzaq idi. Nədənsə özünü böyüyüb boya-başa çatmış insan kimi
aparırdı.


Bacısını oyatdı. Ona qırmızı don geyindirdi. Saçlarını
daradı. Yığmağa çalışdı, amma bacarmadı. Bacısı da tərpənmirdi. Sakitcə
qardaşının qarşısında oturub gəlinciyi ilə oynayırdı. Başını qaldırıb
onun üzünə baxdı. Üzündə ona daha da şirinlik verən bir təbəssüm
yarandı. O da əyilib bacısının üzündən öpüb bərk –bərk qucaqladı.
“Gəzməyə gedəcəyik”dedi. Bacısı daha da sevindi. Əl- ələ tutub
nərdivandan aşağı düşməyə başladılar. Səssizlikdir. Deyəsən, düşündüyü
kimi bu gün fərqli olacaqdı. Bacısının əlini bərk- bərk sıxdı. Heç
aşağıya çatmamış gördüyü mənzərə onun bütün ümidlərini puç elədi. Yenə
anası başı bağlı, ağlaya- ağlaya, dilinin altında nəsə danışırdı. Atası
da əlində siqaret, üzünü tük basmış, saçları səliqəsiz halda pəncərənin
yanında dayanmışdı. Bacısı başını qaldırıb onun üzünə baxdı. O isə
gözlərini yerə dikmişdi. Günahkar uşaqlar kimi başını aşağı salıb,
qəmli halda dayanmışdır. Nərdivanda əyləşdi. Bacısıda onun yanında.
Anası onları gördü.


– İkinizdə yuxarı qalxın. Tez gözüm görməsin sizi. Tez olun.


– Uşaqlardan hirsini alma.


– Onların mənim uşaqlarımdır özüm bilərəm.


– Eeeee yenə başladın da……..


Beləcə
həmişəki mənzərə başlayır. O isə yuxarı qalxmadı. Qalıb bu mənzərəni
seyr elədi. Artıq neçənci dəfədir şahidi olmuşdu. Öyrəşmişdi. Yox
öyrəşməmişdi, bezmişdi, yorulmuşdu. Bacısı başını onun qollarının
arasında gizlətməyə çalışdı. O da əlləri ilə onun qulaqlarını tutdu.
Dayanmadan bir- birlərini təhqir edirdilər. Hətta atası anasını vurdu.
Amma buna görə o atasına nifrət eləmirdi. Çünki hər ikisini
günhalandırırdı. Yuxarı qalxdılar. Balacanın başını qatsın deyə
gəlincikləri əlinə aldı və birini ona uzatdı. “Gəl oynayaq. Gəlinciklər
əl-ələ verib gəzməyə


getsinlər hə?” Balaca tərpənmədi. Deyəsən
aşağıdan gələn səsləri dinləyirdi. Anası yenə qışqırdı. Yəqin atası
yenə onu vurmuşdu. O da əlində olan gəlinciyi ilə qardaşının əlində
olan gəlinciyə bərk vurdu. Dayanmadan vururdu. O, dillənmədən gəlinciyə
baxdı. Oyuncağın gözündə yaş var idi. Ağlayırdı. Yox bu mümkün deyildi.
Axı oyuncaq ağlaya bilməz. Fərqinə varmamışdı. Gözlərindən yaş
gəlinciyin üzünə düşürdü.


Bu gün bayram idi. Bütün qonşuları
ailəsi ilə gəzməyə, qonaq gedirdilər. Onları heyranlıqla izləyirdi. Ən
böyük arzusu. Sadəcə uşaq olmaq istəyirdi, yaşıdları kimi olmaq
istəyirdi. Bezmişdi hər gün eyni səhnə. Valideynləri onların varlığının
fərqinə varmırdı. Nə bir qayğı, nə bir sevgi. Evdən getməyi, tamamilə
uzaqlaşmağı düşünürdü. Onsuzda onların yoxluğunun fərqinə
varmayacaqdılar. Tərəddüd edirdi. Çünki bacısını tək, burda qoymaq
istəmirdi. Özü ilə aparsaydı hara gedəcəkdilər? Axşam olurdu. Artıq gün
bitmək üzrə idi. O hələ də düşünürdü. Gedəcəyi yeri tapmışdı bu dəfə
ancaq bacısını düşünürdü. Aşağıdakıların səsi yenidən gəlirdi. Yenə
dava eləyirdilər. Bacısı gəlib onun əlini tutdu. Gözlərinə baxdı.


– Kaş ki böyük olsaydın. Sən də bir şey danışsaydın. Bəlkə də qərar verməyimə kömək edərdin.


– Cedəy buydan.


– Nə? Sən. Sən danışdın.


– Cedəy buydan.


– Yaxşı yaxşı ağlama.


Hər
ikisi aşağı düşdü. Onların yanından keçib çölə çıxdılar. Gedəcəyi yerin
ünvanının bilmirdi, amma yenə də dayanmadan addımladı. Bir xeyli
uzaqlaşmışdılar. İndidən özünü rahat, huzurlu hiss edirdi. Bacısı da
elə. O da qorxmurdu. Qardaşının əlindən tutaraq tullana- tullana
gedirdi. Üstəlik mahnı da oxuyurdu. Artıq danışırdı. Nə qədər həkimlərə
getmişdilər, amma danışmırdı. İndi isə mahnı oxuyurdu. O, da bacısına


qoşuldu.
Birlikdə mahnı oxumağa başladılar. Bu onun xoşuna gəldi. Uzun bir yol
getdilər. Birdən hündürboylu, yaşlı bir adam onlara yaxınlaşdı.
Uşaqların yol kənarında tək başına olmaları diqqətini çəkmişdi.


– Ey şirinlər, təkcə hara belə?


O başını qaldırıb mülayim təbəssümlə getmək istədiyi yerin adini dedi.


– Kimsəsiz uşaqlar evinə…

Ayselka

Şərhlər:

  1. Miss_Azericka dedi ki:

    ilk rey menden greeting

    cox sagol canim,cox maraqli xeberdi opucuk

    Allah hec bir insani Ailesiz goymasin.Amin
  2. simple dedi ki:

    twkler canim xebere gore ellerine sagliq…xeber ela idi.ALLAH hec kimi valideynsiz qoymasin….AMIN….valideynsiz olan uwaqlarada ALLAH yeni bir aile qismet elesin…AMIN….

  3. Ayselka dedi ki:

    siz haminizda cox saolunku reylerinizi yazmisiz amin allah hec kim iyetim anansiz atasiz qalmsin

  4. meleyim dedi ki:

    LAP UREYIM AGRADI.USAQ UCUN ESAS VALIDEYN SEVGISIDI

  5. _AyDaN_ dedi ki:

    UYDA BU NEYIDI COX MARAQLI XEBERIYDI TKR

  6. Скажи-да dedi ki:

    cox maraqlidiyee

  7. fanya_ya dedi ki:

    Cedey buydan?))hahhaaaa……..loooooooolz…..saq ol xabara gora

  8. taliya dedi ki:

    MARAQLIYDI ELLERINE SSAGLIQ

  9. _Aynur_ dedi ki:

    Maraqli xebere gore cox saq ol….

  10. Бакинка dedi ki:
    ureyim cox saq ol tewekkurler
  11. МиниК_Сердце dedi ki:

    ((((((( ayda,uzuldum cry

  12. _Cinbala_ dedi ki:

    Cox sagol ama coxduyeeee twk

    Cox sagol ama coxduyeeee twk

  13. BalaM dedi ki:
    cox tesir eledi Allah hec kese gostermesin ((( Uzuldume lap cry
  14. BeAtIfUl dedi ki:

    Alah hec kimi yetim qoymasin..aminn

  15. gulshan dedi ki:

    oy cox maraqliydi ellerine saqliq

  16. VERY_SHY dedi ki:

    maraglidi,sagol

  17. ...::EMERALD::... dedi ki:
    ELLERINE SAGLIQ.COX MARAQLIDIR
  18. SAFURA dedi ki:

    Allah hec kese gostermesin…
    Qulaginizi cekin!