Bunu nece edek???

alt

Bir kişinin sizi fərq etməsini təmin edən ilk amil xarici görünüşünüzdür. Ona təsir etməniz üçün lazım olan ilk şey də bir az cazibədarlıqdır! Bunun üçün qeyri-adi bir cəhdə ehtiyac yoxdur. Baxımlı və özündən əmin bir görünüşə sahib olmanız, sizi kifayət qədər cazibədar edəcək. ‘Özündən əmin’ tərifini qətiyyən çoxbilmişlik ya da havalı davranmaq hesab etməyin. Məsələn aranızda özünüzü ifadə etmənizə maneə törətməyəcək qədər məsafə buraxın. Sirrli dayanmanızda və hər şeyi açıq-aşkar danışmamanızda fayda var. 

İDEAL BƏDƏN

Qarşınızdakı kişinin sizdə ikinci olaraq diqqət yetirəcəyi şey vücud cizgilərinizdir. İdeal bədən cizgiləri olaraq şərh etdikləri 90-60-90a yaxınlaşa bilirsinizsə, onsuz da bir çox rəqibinizi geridə buraxdınız deməkdir. Ancaq unutmayın ki bəzi kişilərdə ideal bədən anlayışı dəyişər. Qısa boylu, çox da arıq olmamaq ya da çox uzun boylu olmanız seçim səbəbi ola bilər; o da sizin şansınıza qalıb![/b

GÖZƏL BİR ÜZ

Sıra gəldi üzünüzə… Tanış olduğunuz adamın yavaş yavaş araşdırmağa başladığı üzünüzün təbii bir gözəlliyinin olması, gözlərinizin, qulaqlarınızın və burnunuzun üzünüzlə mütənasib olması, sizi bu seçimdə keçirəcəkdir. Gözlərinizin və dodaqlarınızın gözəlliyi, bu mərhələdə ayrı bir əhəmiyyət daşıyar. Dodaq qalınlığınız, danışarkən istifadə etdiyiniz mimikalar, gözlərinizin iri ya da kiçik olması yenə seçimlərə təsir edəcək.

EHTİRAS

Bu qədər addımdan sonra partnyorunuz sizdən ehtiras və şəhvət də gözləyəcək. Ona müsbət yaxınlaşmanız, birlikdə olduğunuzun hər anı əyləncəli etməniz daha yaxşı olar. Bu şərtlər altında yanınızdakı kişi, ən xoşbəxt kişi sayıla bilər.

HÖRMƏT

Digər həmcinslərinin yanında onu hörmətdən salacaq zarafatlar etməniz böyük yalnışdır! Kişilər belə bir hərəkəti hörmətsizlik olaraq şərh edər. Gözündəki dəyərinizin azalmasını istəmirsinizsə, ona başqalarının yanında hörmətli davranmalı, hətta arada bir tərifləməlisiniz.

ZARAFAT ANLAYIŞI

Qarşınızdakı kişinin yüzünü güldürən hər şeyə yaxşı bir reaksiya verməlisiniz. Əgər çox zarafatcıl bir insan deyilsə, onda bu qədər gülümsəməsinə hörmət göstərərək sizin də gülməniz bir jestdir. Hələ də etdiyi pis zarafatlarda belə ona yaxşı reaksiyalar verməniz, özünü yanınızda rahat hiss etməsini təmin edəcək. Əgər güldürən adam sizsinizsə, dostlarının ən sevdiyi insan ola biləcəyinizdən sizi əsla yanından ayırmayacaq.

ZƏKA VƏ ÖZÜNƏ GÜVƏN

Ağıllı qadın adətən kişilər üçün problemdir, amma bu yalnız qısa müddətli əlaqələr üçün keçərlidir. Əgər qarşınızdakı kişi uzun müddətli bir əlaqə axtarışındadırsa, ağıllı olmanız və özünüzə güvənməniz sizi daha cazibədar edəcək.

DÜRÜSTLÜK VƏ GÜVƏN

Qarşınızdakı adamın uzun müddət yanınızda olmasını istəyirsinizsə, əvvəl ona güvənməli və pilləli olaraq dürüst olmalısınız. Bu söz onu qəsd edir ki, köhnədə qalan əlaqələrinizi və pis anlarınızı ilk günlərdə izah etməmək, bir-birinizi tanıyıb nə qədər güvənə biləcəyinizi anladıqdan sonra mərhələ mərhələ paylaşmaqdır. Kişi özünə güvənən və dürüst bir qadınla birlikdə olmaqdan xoşbəxt olacaq, hətta sizə deməsə də sizinlə qürur duyacaq.

QIZIL KİMİ BİR ÜRƏK

Kişilərin pis günlərində qadınlar ümumiyyətlə gündəlik planlarını tətbiqə davam edərlər. ‘Nə, niyə, nə səbəbə, nə üçün, nəyin var, nə olub’ kimi sualları istifadə etmədən özlərini anlayacaq bir qadına ehtiyac duyan kişilər, belə birini tapdıqlarında isə əsla buraxmaq istəməzlər.

VƏ TƏBİİ Kİ EŞQ! 

Bəzi kişilər ilk üç maddədə xoşbəxtliyi tutarkən, çoxu kişi isə eşq axtarar. Özünə sadiq, cazibədar, ehtiraslı, gözəl, etibarlı, şəfqətli və ən önmlisi özünə aşiq bir qadın tapdıqlarında, axtardıqları xoşbəxtliyi tapmış olarlar. Ancaq bunların hamısının bir yerdə toplandığı bir qadın tapmaq olduqca çətin olduğundan, onlar bu sadalananların 5-i ola biləcək bir qadınla həyatlarına uzun müddət davam edələr!

HOSTed_Simona

Şərhlər:

  1. Бакинка dedi ki:

    Single Girl,
    ay yawaginene omrumm…….. bax belencine =))))eziyyete min tewekkurr=))

  2. Miss_Bakinka dedi ki:

    twk bilmirdim

  3. love_angel_s dedi ki:
    mence esas ureyim urekdi sevdin fso gozun basqa birsy gormur
    mence esas UREKDI ureyim sevdin fso gozun basqa birsey gormur
  4. Ayselka dedi ki:

    sevgi varsa hecenyin sonu olmaz

  5. DaRk_AnGeL dedi ki:

    maraqli xeber idi

  6. kakan dedi ki:

    [hide][/hide][hide]

    salam qardas

  7. RoZaLiNDa dedi ki:

    aa cox sagolun super xeberdi tesekkur aftor))

  8. taliya dedi ki:

    xebere gore thanks

  9. R_E_N_A dedi ki:

    butub bunlar olanda sevmek yox cox istiye biler sevenmez sevmey hansisa xaraktere gore olmur urekde olur

  10. _Cinbala_ dedi ki:

    EHTİRAS
    Bu qədər addımdan sonra partnyorunuz sizdən ehtiras və şəhvət də gцzləyəcək. Ona mьsbət yaxınlaşmanız, birlikdə olduğunuzun hər anı əyləncəli etməniz daha yaxşı olar. Bu şərtlər altında yanınızdakı kişi, ən xoşbəxt kişi sayıla bilər.


    bunlardaki… xaxa

  11. ...::EMERALD::... dedi ki:
    MARAQLI XEBERDI/SAG OL
  12. Weak_life dedi ki:

    xebere gore twk

  13. Single Girl dedi ki:

    Ewi bow weydi Ureyden sevmek gelmirse nece sevsine?