Azərbaycanda Bayraq Günü bayramı təsis edilib

alt

Dekabrın 4-də Azərbaycan Milli Məclisi yeni bir bayramın – Bayraq gününün təsis olunması barədə qərar qəbul edib. Bu tarix hər il noyabrın 9-da bayram günü kimi təsis ediləcək.

Bu tarix hər il noyabrın 9-da bayram günü kimi təsis ediləcək. Bu tarixin də seçilməsinin səbəbi var. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın üç rəngli bayrağını 1918-ci il məhz noyabrın 9-da Azərbaycanın dövlət bayrağı kimi təsdiq edib. İlk dövlət bayrağı günü 2010-cu ilin noyabrın 9-da keçiriləcəkdir.

Bayıl qəsəbəsində yerləşən bayraq meydanında Azərbaycanın 3 rəngli bayrağı dalğalanacaq və o, ölkənin əsas bayrağı olacaqdır. Deyilənə görə, onu Bakının istənilən nöqtəsindən görmək mümükün olacaq.

Dənizdən bir xeyli yuxarıda yerləşən bu meydanın yerində əvvəllər hərbi gəmitəmiri zavodu yerləşirdi. İndi zavod sökülüb. Burada ciddi tikinti işləri gedir. Tikintiyə bir il bundan qabaq başlanılsa da hələ bitməyib. Amma bayraq meydanında tikinti işləri bitməsə də Dövlət Bayrağı günü artıq müəyyənləşib.

Hazırda Azərbaycanda 14 bayram var. Onlardan 3-ü dini, biri – yeni il , digərləri ilə dövlətçiliklə bağlı bayramlardır. Dövlətçiliklə bağlı bayramlardan isə 3 –ü təqvimdə qırmızı rənglə göstərilsə də iş günü sayılır və təntənəli qeyd olunmur.

МиниК_Сердце

Şərhlər:

  1. simple dedi ki:

    twkler canim ela xeberdir…maraqliydi bunuda bildim senin sayende coooxlu twk….ellerine sagliq…sagol…..

  2. _SAFURA_ dedi ki:

    bir de ona gore sevinmisdim ki, bir gun ders yoxdu

  3. New_Moon dedi ki:

    Eziyyete gore Cox SAgol

  4. meleyim dedi ki:

    GUNDE BIR BAYRAM CIXARDIRLAR

  5. KIVANC dedi ki:

    Bayragimiz mubarek.Bayramimiz mubarekk!!!!!

  6. Miss_Azericka dedi ki:

    xebere gore saq ol gul

  7. МиниК_Сердце dedi ki:

    utancaq

  8. Бакинка dedi ki:
    ellerin derd gormesin awkim
  9. BeAtIfUl dedi ki:

    day televizorlarda bagirirdiyeee..twk

  10. taliya dedi ki:

    TESEKKUR CANIM twk

  11. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol…

  12. ...::EMERALD::... dedi ki:

    BU XEBERI BU GUN COOOX ESITDIK.SAG OL

  13. VERY_SHY dedi ki:

    spasibo gunayka,lap yaxwi

  14. BalaM dedi ki:
    Cox sagol xebere gore give_rose
  15. gulshan dedi ki:

    xebere gore saq ol

  16. _Cinbala_ dedi ki:

    Cox sagol wirinka twk