21-ci əsr atalar sözləri

21-ci əsr atalar sözləri
1. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq Vergilər Nazirliyi.

2. Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı. Vətən məgər Vətənpərvərlər qəbirsanlığıdı?

3. Yaxşılığa yaxşılıq hər kişinin işidi – Bələdiyyəyə paxıllıq mer kişinin işidi.

4. Gəlin evin süpürgəsidi. Hara qoysam oranı süpürüb talan edər.

5. Bir əldə iki qarpız tutma. Qoy torbaya.

6. Tək əldən səs çıxmaz. Çıtma çalmasan.

7. Biri istədi ki hamı ona Koroğlu desin. Vurdu atasının gözlərini çıxardı. Hamı ona Koroğlu dedi. İndi pul yığır bir saz alsın, bir at, bir də qılınc.

8. Biri istədi ki ona ağsaqqal desinlər. Getdi saqqalını ağ rəngə boyadı. Hamı ona ağsaqqal dedi. İndi gözəllik salonlarında ağ rəng “Londakolor”a pul çatdıra bilmir.

9. Başın girməyən yerə CV vermə.

10. Topala dedilər ki niyə axsayırsan?Dedi mən axsamıram, asfaltı əyri vurublar.

11. Toydan sonra 7 mərtəbəli tort?

12. At almamış axur alma. İndi atlar McDonalds-da yeyirlər

13. Uzunun ağlı turnikində olar.

14. İnək nə bilir çizburqer nədir?

15. Ucuz ətin şorbası ətin özündən bahadır.

16. Ağzına atletik dovşan sığmır.

17. Əl tutmaq qaldı Əlinin zamanında.

18. Nənəmin medalı olsaydı baba deyərdim.

19. Sözü at yiyəsi təpəni dağıtsın.

20. Tarix təkrar olunur. Riyaziyyatı oxuyan yoxdur.

21. Su axan yerdən bir də axar. Su boruları pis gündədi.

22. Qonşu qonşu olsa, keçəl qızın parik qoymasını heç kim bilməz.

23. Vaxtından əvvəl açan gülü şaxta vurmaz. Parnikdədir gül.

24. Aslanlar öləndə ditdililər yasda camaata qulluq edər. Milçək mollalıq.

25. Niyyətin hara, mənzilin ora. Əsas odur qazı, işığı, suyu daimi olsun.

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. HosT (aLLiAnCe) dedi ki:

    hele bu qeder gulmemiwdimeeeeeeeeeeeee

  2. Admin dedi ki:

    20. Tarix təkrar olunur. Riyaziyyatı oxuyan yoxdur.

    :))))

  3. Badi_Seba dedi ki:
    Qonşu qonşu olsa, keзəl qızın parik qoymasını heз kim bilməz.

    Dostik Allah seni guldursun… xaxa nese bu gun cox gulmusem,,,axiri xeyir olsun

    super atalar sozleridi… goodgood

  4. Admin dedi ki:

    badi_Seba,
    INwallah yaxshi olar.Guluw insanin omrunu uzadir.KEder ise qisaldir

  5. MILAQROS dedi ki:

    Admin,
    xaxa sagole xaxa

  6. Avtosh_227 dedi ki:
    cox sagol.maraqli sohbetdir…minnetdaram…
  7. fanya_ya dedi ki:

    Supeeeeeeeeer chox mazali aalar sozlardir