9 noyabr – Dövlət bayrağı günü

alt

Bu gün Azərbaycanda ilk dəfə olaraq “Dövlət Bayrağı Günü” qeyd olunur.

17 noyabr 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev noyabrın 9-nun ölkədə Dövlət Bayrağı Günü elan edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Həmin fakt nəzərə alınaraq, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

Azərbaycan Milli Məclisinin dekabrın 4-də keçirilən iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə dair qanun layihəsinin qəbul edilməsi ilə 9 noyabr tarixi qeyri-iş günlərinin siyahısına daxil edilib.

Qeyd edək ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının dövlət bayrağı elan edib.

Bu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində – Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb

XeDiCe

Şərhlər:

  1. МиниК_Сердце dedi ki:

    aze Dovlət Bayrağı Gunu

  2. New_Moon dedi ki:

    meleyim,
    Hele Cox Bayramlar Cixacaq
    aze

  3. fanya_ya dedi ki:

    Chox saq ol

  4. polo dedi ki:

    ڸ٥ﻻ ﻉ√٥ﺎ ٱ twk

  5. ZoRRo_BaKu dedi ki:
    ..::Superdi Thank You::..
    twk twk twk
  6. Pestimist... dedi ki:

    VAY CANINA

  7. meleyim dedi ki:

    GUNDE BIR BAYRAM CIXIR

  8. Miss_Azericka dedi ki:

    ilk xeberin mubuwdu) Cox sagol xebere gore opucuk give_rose

  9. XeDiCe dedi ki:

    BalaM,
    cox sag ol canim give_rose
    simple,
    canim cox sag ol:))

    twkler reylerinize gore

  10. BeAtIfUl dedi ki:

    duzu bu bayrami hec bilmirdim nedi…ammaki seher qoyulsaydi daha yaxwi olardi..yenede twk

  11. Бакинка dedi ki:
    aze Yawasin Azerbaycan aze
  12. BalaM dedi ki:
    ilk xeberin mubuwdu) Cox sagol xebere gore give_rose
  13. VERY_SHY dedi ki:

    he lap yaxwi

  14. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol….

  15. taliya dedi ki:

    canim AZERBAYCAN aze

  16. simple dedi ki:

    twkler canim ellerine sagliq…xedice hec yorulmayasan!!!senin sayende bu melumatida bildim escik olma…bir daha twk…sagol…