Sevgi TORTU – EXCLUSİV

Sevgi TORTU - EXCLUSİV
Bu gün biz sizinlə Sevgi Tortu bişirəcəyik. 
Sizə bunun üçün lazım olanları sadalayım: 
1. İki dənə ürək 
2. Bir qaşıq əzab 
3. İki çay qaşığı naz 
4. Xeyli pul 
5. İki dənə telefon 
6. Balkon 
7. Blok 
9. Bir az gəzinti 
10. Küsmək 
11. Barışmaq 
12. Ayrılıq (zövqə görə) 

Əvvəl bu iki dənə ürəyi əməlli başdı mikserdən keçirirsən ki, başları gicəllənsin. 
Sonra buna bir az əzab bir az da naz qatırsan. Yəni ki, qızlar sevdiyinə naz edərək əzab versin də… Bunsuz olar heç? Gərək “sən də məni sevirsən?” deyəndə naz etsinlər. Çünki deməyiblər axı sevirəm… Hə harada qalmışdıq? Xeyli pul da əlavə edirik bu qarışıma… Axı pulnan, ad günündə, 8 martda, yeni ildə nə bilim daha hansı günlər ki, hamısında hədiyyə almaq lazımdır qıza. İki dənə də telefon qat bu qarışıma. İki dənə ona görə ki, bu sevənlər danışsınlar bir biriynən. Bir dənə də balkon lazımdı ki, sevənlər hərdən gəlib dursun o balkonun yanında. Onda balkonu da qat torta. Aaaa buna bax yağış yağır… Bəs sevənlər neynəyəcək? Ona da bir dənə blok lazımdır ya yox? Onda bir dənə də blok qat torta. Belə də sevgi olar? Gərək sevgililər gəzintiyə çıxa, söhbət edə… Bəs birdən küsdülər? Onda küsməyi də qat bu torta. Amma belə olmaz axı. Tez elə tez barışmağı da qat bu torta çox küsülü qalmasınlar. Təəssüf ki bəzən ayrılıq da olur… Onu da istəsən qatarsan torta… Budur Sevgi Tortunun resepti…

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. Admin dedi ki:

    her wey eladir amma mene axirdaki ayriliq memulati lazim deyl men hamsini qatiram amma ayrilqidan bawqa

  2. love_krasotka dedi ki:

    Admin,
    goodgood

  3. weytAnO4kA dedi ki:

    супер

  4. Badi_Seba dedi ki:
    heee ayriliq qatmasan yaxsidi…ayriliq qatilanda dadi xosuma gelmir… bad
  5. star dedi ki:

    coooox maraqli idi,thanks.

  6. Avtosh_227 dedi ki:

    cox sagol.maraqli sohbetdir…minnetdaram…

  7. _Cinbala_ dedi ki:

    superdiyeee applause

  8. ADMIRAL-711 dedi ki:

    xexe))yeri var.cox sag ol ADMIN qaqaw))

  9. Leonel-207 dedi ki:

    Sitat: Badi_Seba
    heee ayriliq qatmasan yaxsidi…ayriliq qatilanda dadi xosuma gelmir… bad


    seni cox bilmiw))) utan

    Cina torta gore cox sag ol)))

  10. МиниК_Сердце dedi ki:

    супер

  11. fanya_ya dedi ki:

    Chox maraqli idi chox xowuma galdi Danke