Bayramda kökəlməmək üçün nə etməliyik?

alt
Qarşıdan müqəddəs Qurban bayramı gəlir. Bayramlar insanın kökəlməyə meylli olduğu ən yaxşı dövrlərdəndir. Diyetoloqlar bunun üçün bayram günlərində qəbul ediləcək qidaya xüsusilə diqqət yetirilməli olduğunu bildirirlər.

Öncə günə yaxşı səhər yeməyi ilə başlayın. Səhər yeməyi günün ən əsas yeməyidir. Səhər yeməyinə yumurta, pendir, zeytun, buğda və ya çövdar çörəyi məsləhət görülür.

Qurban bayramında süfrələrdə mütləq ət yeməkləri olur. Amma önəmli olan ətin necə bişirilməsidir. Belə ki, qovurma və qızartma şəklində olan ətin həm həzmi çətindir, həm də onda vitamin və mineral itkisi daha çox olur. Daha yaxşı olar ki, ətin yanında limonlu salat və ya göyərti olsun.


Qurban ətinin kəsilən kimi bişirilməsi də məsləhət görülmür. Bu hal həzmi çətinləşdirə, mədədə şişlik hissi yarada bilər. Yaxşı olar ki, ət 1-2 gün soyuducuda saxlanılsın. Bu həm onun bişmə müddətini azaldır, həm də asan həzm olunmasına kömək edir.

Yemək yeməyə şorba ilə başlaya bilərsiniz. Çünki sulu qida mədədə doyumluluq hissi yaradacaq və daha az qida qəbuluna səbəb olacaq. Mümkün olduğu qədər isə tərəvəz şorbalarına üstünlük verilməlidir.

Qatıq həzmi asanlaşdırdığı və toxluq hissi yaratdığı üçün yeməyin yanında ondan və ya ayrandan istifadə etmək olar.

Şirniyyat qismində də südlü qidalara üstünlük verilməlidir. Şəkərli, yağlı xəmir şirniyyatlarından çox istifadə artıq çəkidən başqa, yüksək təzyiq, ürək və damar xəstəlikləri, diyabetə zəmin hazırlayır, diş sağlamlığına mənfi təsir edir.

Gün ərzində qəbul edilən içkiyə də diqqət etmək vacibdir. Şəkərsiz içkilər artıq çəki toplanmasına əngəl olacaq.

Bayramda qan şəkərinin normasının qorunması üçün ara yeməklər də vacibdir. Yüngül ara yeməkləri sürətli çəki artımının qarşısını alır. Ara yeməyi kimi isə meyvə, yoqurt, qatıq yeyilə bilər. Yeməkləri yavaş-yavaş yeyin.

Su həzmi sürətləndirir. Gün ərzində 2-2,5 litr su içməyə çalışın.

МиниК_Сердце

Şərhlər:

  1. BadBoy dedi ki:

    Sps XeberE gOre

  2. Optimist... dedi ki:

    kokelmemek ucun az yemeliyik…

  3. _SAFURA_ dedi ki:

    men onsuz da ne qeder yemek yesem de kokelmirem

  4. ОпПеТиТнЫЙБоЙ dedi ki:

    _Cinbala_,Amin Senle bahem)

  5. meleyim dedi ki:

    MENLIK DEYIL .CUNKI MENIM O UZRE PROBLEMIM YOXDU

  6. VERY_SHY dedi ki:

    problemim yoxdu twk

  7. taliya dedi ki:

    1 gunnen hecne olmaz

  8. BeAtIfUl dedi ki:

    thanks xebere gorer

  9. NeSKa dedi ki:
    Twk edirem Xebere gore
  10. Бакинка dedi ki:
    cox saq ol bu deyerli meslehetlere gore amma menlik deil mac canim flower
  11. ZakonLubvi dedi ki:

    applause elaaaaaaa superxeberdi tewekkur bu xeber yeni ilden sora lazim olagaq happy

  12. DaRk_AnGeL dedi ki:

    cox sagol canim xebere gore

  13. Miss_Azericka dedi ki:

    lazimli xebere gore cox sagol give_rose

  14. МиниК_Сердце dedi ki:

    Mьəllif: _Cinbala_ AMIN

  15. BalaM dedi ki:
    Cox sagol xebere gore give_rose
    _Cinbala_ AMIN
  16. _Cinbala_ dedi ki:

    Cox sagol…..
    Allah haminin qurbanlarini niyetlerini qebul etsin!Amin

  17. simple dedi ki:

    TWKLER CANIM COOOX MARAQLI IDI..OXUDUM XOSUMA GELDI…YAZILANLARI EMEL EDEREM…BIR DAHA TWK…EMEYE HORMET…BYE

  18. rihanna dedi ki:

    xebere gore cox sagol…