Ağladım…

alt

Hüzn ulduzları parlayır bu gün göy üzündə. Bu gecə yenə için-için yanıram. Oturub səni düşünüb ağlayıram. Səni, gedişini, sevməyini, hər şeyini. Unutmur səni bu yaralı qəlbim. Etdiklərini xatırlayıb peşman olur. Səni düşünürəm bu gecə, qaranlıq göy üzündə parlayan ulduzları seyr edirəm. Onları sənə bənzədirəm. Qaralmış qəlbimin kənarında yanan məşəl kimi. Səni düşünürəm bu gecə, məni sevdiyini, mənə necə baxdığını, mənə necə güldüyünü, əllərimi necə tutduğunu, əllərini necə tutduğumu. Yüksələn bir atəş kimi sevgimizin necə çoxaldığını və bir gün anidən buraxıb getdiyini, son vidanı xatırlayıram. Gözlərimə ağlarcasına baxdığını, gözlərini qəlbimə basdırdığımı xatırlayıram. Bir daha çıxmasın deyə. Onsuzda çıxa bilmədilər qəlbimdən gözlərin. Ölülər dirilirlər ki, basdırılanlar çıxsın getsin? Getdin son bir vida ilə gözü yaşlı, əlimdə sərin, arxandan dəqiqələrcə baxdım ağlamaqlı, sıxıldım, üzüldüm, pərişan oldum, amma ağlamadım. Ağlaya bilmədim əngəl oldu qürurum, əngəl oldu sevgim. Uzaqlara getdin, bəlkə bir daha əsla dönməmək üzrə gözlədim səni dəlilər kimi, hələ də gözləyirəm… Daim səni xəyal edib, daim səni düşündüm. Səsini eşitdikcə yaşayar, eşitmədikcə ölürdüm. Aylarla axtardın bir sevgi uğrunda. Heyf ki, tərk edildin, bir səhv uğrunda, üzüldün, ağladın, bağışladın, amma həmişə də sevdin, məni sevdin. Gülüm məni, qəlbi qırıq vəfasızı. Yenə tərk edildin, yenə unuduldun, sevdanla baş-başa buraxıldın, yenə qırıldın, yenə ağladın, amma bu səfər bağışlamadın. Sevdiyini ən sevincli günündə öldürdün və arxana baxmadan getdin. Məni özümlə baş-başa buraxdın. Yıxıldım, üzüldüm səndən ayrılanda. Qaldım çarəsiz, sevgisiz və bir də sənsiz… Onsuzda həmişə sənsiz idim, amma indiki kimi deyil. Dağılmış bir qəlbə sahib oldunmu sən heç? Parça-parça edilmiş, sökük və viranə, bir o qədərdə vəfasız. Əvvəllər üzüldüm, amma heç vaxt ağlamadım, gəldi keçdi deyib, səni də gözlərin kimi qəlbimə basdırdım. Unutdum dedim, unudacağam dedim, unuda bilmədim, unutmaram dedim. Əvvəl gözlərin sonra sən çıxdın qəlbimdən. Bir vicdan əzabı başladı ölü ürəyimdə, qəlbimdə heç bir şey qalmadı səndən başqa. Xatirələrin, gözlərin və sözlərin. Şerlərini gətirdilər mənə, məni öldürən şerlərini. Vəfasız dediyini eşitdim, yıxıldım, səni düşündüm gecələrcə, daim tək başıma. Şerlərin öldürdü, həsrətin yandırdı ürəyimi üzüldüm, qırıldım, yıxıldım və en sonunda ağladım. 3 nəfərlə ağladıq sənə. Mən, qəlbim və gözlərim. Sənin üçün yandım, səni sevdim, səni xatırladım hər yerdə. Günlərcə bir gün səsini eşitmək ümidi ilə telefon zəngini gözlədim. Telefon çalmayıb həsrət qalınca ağladım-ağladım. Sənə etdiklərimi ancaq o zaman anladım. Eşitdim ki, qəlbini verməmisən heç kimə, içində məni görərlər deyə, mən də heç kəsə vermədim içində səni görərlər deyə. Göy üzü ulduzlarla bəzənmişdi. Mən həmişə səni düşünərkən hüzn ulduzları qoydum adını. Səni xatırladırlar deyə. Eyni onlar kimi səndə məndən çox uzaqlardaydın. Həmişə göz qırpardın uzaqdan səssizcə. Mən isə daim səni gözlədim, qırıq qəlbim, yaşlı gözlərimlə. Bəzən xəyala gedirəm, səni düşünürəm, ağlayıram, səni və sevgini axtarıram qəlbimdə. Düşmür adın heç dilimdən. Gülüm öləcəyəm bir gün mən sənin sevgindən, sənin dərdindən. Bəlkə də bir gün görəcəyəm səni. Sən məni unutmuş, mənim olmayan səni. Elə o an sevgimin göz yaşını xatırlayacağam və yenə bir kənarda oturub ağlayacağam. And içdim sənin üstündən başqasını sevməyim deyə. Və hər zaman, hər yerdə təkrarlayıram. Səni unutmaq üçün öldürsələr belə, qarşılıq olaraq dünyanı versələr belə, dar ağacı qurub edam etsələr belə səndən başqasını əsla sevməyəcəyəm…

rihanna

Şərhlər:

  1. NeSKa dedi ki:
    Twk cox sagol beyendim xeberi oxudum
    Twk cox sagol beyendim xeberi oxudum
  2. KoRpE dedi ki:

    cox sagol hebyare gore…

  3. taliya dedi ki:

    tesekkur canim

  4. DaRk_AnGeL dedi ki:

    tewekkurler heyatim

  5. simple dedi ki:

    twkler canim xebere gore ellerine sagliq cooox maraqli xeberdi…cooox sagol omrum…beyendim ela xeberdi..bye twk twk twk

  6. meleyim dedi ki:

    aglayanda insan yungullesir

  7. UNDERCOVER dedi ki:

    BELE WEYLER OXUYA BILMIREM 4UNKI ETIM TOKKILUR.ONA GORE DE WERH YAZA BILMEYECEM.

  8. Miss_Azericka dedi ki:

    Twkler cox sagol.. give_rose

  9. rihanna dedi ki:

    rey yazan elleriniz var olsun…

  10. Single Girl dedi ki:

    Eslinde deyirik hec kim ucun aglamaqa deymez…AMma Aglayanda insan sakitlewir hec olmasa

  11. МиниК_Сердце dedi ki:

    Sitat: Single Girl
    Single Girl

    applause

  12. BuBLiK dedi ki:

    O adama gore agliramsa znachit DEYARI var agliram!!!!
    cox sagol hebyare gore…

  13. BadBoy dedi ki:

    Cox sag OL Yaxcidi

  14. Бакинка dedi ki:
    ssssssuuuuuuuuuupppppeeeerrrr canim…….soz ola bolmezzzz give_rose
  15. ОпПеТиТнЫЙБоЙ dedi ki:

    Single Girl, Tesdiqleirem =) doqurdanda adam aqlayanda cox rahatlawir…=) Cox SAQOL GEWENGDI))

  16. BalaM dedi ki:
    Cox sagol xebere gore give_rose
  17. ::HappilY:: dedi ki:

    suuuuuuuppppeeeerrr xeberdi cox sagol….

  18. ZoRRo_BaKu dedi ki:

    Thanks You