“Azərbaycan telekanallarına baxanda adamın tamaşaçıya yazığı gəlir”


alt
Norveçdə mühacir həyatı yaşayan Azərbaycanlı hüquqşünas Kamilə Əlinin müsahibəsi

Norveçdən Azərbaycan necə görünür?
Norveçdən baxanda Azərbaycan üstü bəzədilmiş, amma əslində içi boş olan bir fiquru xatırladır. Formal danısıqlara qulaq asdıqda insana elə gəlir ki, orda heç bir problem yoxdur, reallıq isə bunu demir. Insanların yaşayiş səviyyəsi və dünyaya baxışı çox aşağı səviyyədədir. Rüşvətxorluq, məmur özbaşınalığı, yalan, yaltaqlıq və getdikcə geriyə addımlayan bir ölkə obrazı.

Azərbaycanda yaşamaq olmazdımı?
Azərbaycanda yaşamaq olardı, amma əgər buna yaşamaq demək olarsa?! Mən ali təhsilli müəllimə idim, həftədə 24 saat dərs deyirdim və ayda 20 dollar maaş alırdım, 2000-ci illəri nəzərdə tuturam, indi həmin işin 60 %-ni burda görürəm və ayda 5000 dollardan artıq maaş alıram. Bu bunun ekonomik muqayisəsi. Bundan başqa mən yabancı ölkədən gəlsəm də, burda özümü azad və müstəqil hiss edirəm, nə rektora, nə də məndən yüksək vəzifədə olan kimsəyə yaltaqlanmaq və ya rüşvət vermək zorunda deyiləm.

Norveç Sizi necə qarşıladı? Sizə nə verdi, Sizdən nə aldı?
Təbii hər işin öz çətinlikləri var; Mən bura gələndə Azərbaycan və Rus dilindən başqa heç bir dili bilmirdim. Indiki səviyyəyə gəlmək üçün çox əziyyətlər çəkdim, dil öyrənmək, yenidən ali təhsil almaq, yeni mühitə alışmaq və s. Norveç mənə çox şey verdi: ilk öncə demokratik cəmiyyətin necə olduğunu gördüm, insan haqları necə qorunur və ya insan necə yaşamalıdır, dövlətin vətəndaşına qarşi münasibəti necə olmalıdır, söz azadlığı və ya hüquq bərabərliyi nədir və necə olmalıdır onu gördüm və belə bir cəmiyyətdə yaşayıram. Əlbəttə ki, hər insan qazandığı bütün bu nailiyyətləri öz vətənində qazanmaq istər. Qəribçilik və sevdiyin insanlardan ayrı düşmək çox acı verici bir şeydir.

Mühacirətdə olsanız da yenə Vətəni unutmursunuz, tanıyanlar Sizin vətənpərvərliyinizdən danışır. Hardan qaynaqlanır bu hisslər?
Vətəni necə unutmaq olar? Keçmişini unudanın heç bir gələcəyi ola bilməz. Mən Azərbaycanlıyam və Vətənim də Azərbaycandır! O ölkədə mənim atamın, anamın və həyat yoldaşımın ruhları yaşayır! Mən burda olsam da ruhum onlarladır!

Həmişə özümüzü tərifləyirik, amma görünür ki, tənqidi cəhətlərimiz də az deyil. Azərbaycandan kənarda olduğunuz üçün mənfi halları Siz daha yaxşı görərsiniz. Ən başlıca çatışmayan cəhətlərimiz hansılardır cəmiyyət olaraq?
Ən böyük çatışmayan cəhətimiz tərifdən xoşlanmağımızdır. Özünütənqid yox səviyyəsindədir, hər zaman kənarda günahkar axtarırıq, yaltaqlıq nifrət ediləcək dərəcəyə çatıb. Insanlar irəliyə getməkdənsə geriyə doğru gedirlər. Özlərini Iran, Rusiya, Türkiyə və s. ölkələrin vətəndaşları ilə müqayisə edirlər, hansı ki, o ölkələrdə insan haqqları və yaşayış səviyyəsi çox aşağıdır. Ümumiyyətlə cəmiyyətdə və insanların psixologiyasında inqilab olmalıdır, yeniliyə doğru! Təəssüf ki, televiziyalar buna imkan vermir. Burda Azərbaycanın ancaq iki TV kanalını seyr etmək olur: AzTv və Lider. O kanallara baxanda insanın Azərbaycan tamaşaçısına yazığı gəlir. Aparıcıların səviyyəsiz şərhləri, qeyri-peşəkarlığı və ən dözülməz olanı – aparıcının üzündən yaltaqlıq tökülməsi insanın ürəyini bulandırır. Televiziya ən geniş xalq auditoriyasıdır, buna minlərcə bütün yaş təbəqələrindən olan insanlar baxır. Əgər bu kanallar bütün günü yalanı, yaltaqlığı, tərəfkeşliyi təbliğ edirsə, xalq bundan nə öyrənsin? Bir dəfə də olsa görmədim ki, bu kanallar hansısa bir inkişaf etmiş ölkənin insanlarının yaşam səviyyəsini, söz və fikir azadlığını göstərən verliş hazırlasınlar. Bunlardan maariflənən millət elə o səviyyədə düşünməlidir.

Norveçin hüquq və təhsil sistemi ilə Azərbaycan hüquq və təhsil sistemi arasında hansı fərqlər qabarıq hiss olunur?
Ilk öncə Norveç və Azərbaycan arasındakı fərqi söyləmək istəyirəm. Norveç insanların yaşayış səviyyəsinə görə Dünyada birinci yerdə olan dövlətdir! Azərbaycan bu sahədə neçənci yerdədir hamı yaxşı bilir. Norveçin hüquq və təhsil sistemində umumiyyətlə rüşvətxorluq halları yoxdur. Tanışlıqla və ya qohumbazlıqla heç bir iş həll olunmur. Tələbə özünü güvənli hiss edir, təhsil əsasən ödənişsizdir, özəl universitetlər və ya məktəblər çox azdır. Dövlət tələbəyə yardım edir və onun normal yaşaması üçün yetərincə təqaüd verir. Tələbəni pulsuz kompüterlə, kitablarla və yüksək səviyyəli təqaüdlə təmin edir. Burda tələbə minimum 1500 dollar təqaüd alır.
Hüquq sistemində insan haqqları əsas götürülür. Insan fikirlərində, dini mənsubiyyətində azaddır! Insanın söz demək haqqı var, istədiyi toplantıda, TV kanalında və ya ictimai yerlərdə istədiyi fikri deməkdə sərbəstdir! Hüquq sistemi sifarişli və ya korrupsiyalaşmiş deyil. Hətta ən ağır cinayət törətmiş şəxsin hüquqlarına hörmətlə yanaşılır: o pulsuz vəkillə təmin olunur və cəza çəkmə məntəqələri beş ulduzlu hotellər səviyyəsindədir.

Bildiyimizə görə kitab yazırsınız. Bu barədə zəhmət olmasa danışardınız.
Bəli, kitab yazmağım haqqında məlumatınız doğrudur. Bu siyasi mövzuda bir kitab olacaq. Şəxsi həyatımdan da bəzi nüanslar kitabda yer alacaq. Kitab Norveç həyatını, siyasətini, mühacirlərə münasibəti, norveçlilərin mentalitetini əks etdirəcək və eyni zamanda Azərbaycan siyasətindən bəhs edəcək. Kitab ingilis dilində olacaq və yaxın gələcəkdə işıq üzü görəcək!

Xoşbəxtsinizmi?
Həm bəli, həm xeyir. Bəli ona görə ki, övladlarımı istədiyim kimi yetişdirdim! Ali təhsil verdim, Azad və Varlı ölkənin Vətəndaşlarıdırlar!! Xeyr, ona görə ki, Vətənimdən , sevdiklərimdən uzağam.

Nə vaxtsa Azərbaycana dönəcəksinizmi?
Azərbaycana qonaq kimi gələcəm, çünki orda mənim əzizlərim, dostlarım yaşayır! Birdəfəlik dönməyi düşünmürəm.

“Az601;rbaycan telekanallar305;na baxanda adam305;n tama351;a231;305;ya yaz305;287;305; g601;lir”

“Az601;rbaycan telekanallar305;na baxanda adam305;n tama351;a231;305;ya yaz305;287;305; g601;lir”

“Azərbaycan telekanallarına baxanda adamın tamaşaçıya yazığı gəlir”

“Azərbaycan telekanallarına baxanda adamın tamaşaçıya yazığı gəlir”

“Azərbaycan telekanallarına baxanda adamın tamaşaçıya yazığı gəlir”

МиниК_Сердце

Şərhlər:

  1. Miss_Azericka dedi ki:

    twkler…….. gul

  2. Optimist... dedi ki:

    maraqli xeberdi…

  3. ...::EMERALD::... dedi ki:

    MARAQLI XEBERDI.SAG OL

  4. simple dedi ki:

    applause twkler canim xebere gore ellerine sagliq…cooox gozel xeberdi hemde maraqlidi..cooox sagol…bye

    twk twk twk
  5. МиниК_Сердце dedi ki:

    takix kak ona vpuskat v baku nelzya

  6. DaRk_AnGeL dedi ki:

    cox sagol heyatim maraqliydi

  7. qeribelik dedi ki:

    MENCE,AZERBAYCAN OLDUQCA GOZEL MEMLEKETDİ.SADECE,AZERBAYCANLILAR BU GOZELLİYİ KORLAYİ.XBR NORMAL İDİ.TSKLER BACİSH

    MENCE,AZERBAYCAN OLDUQCA GOZEL MEMLEKETDİ.SADECE,AZERBAYCANLILAR BU GOZELLİYİ KORLAYİ.XBR NORMAL İDİ.TSKLER BACİSH

  8. BalaM dedi ki:
    sagol doroqaya za novost give_rose
  9. VERY_SHY dedi ki:

    sagol gunkam. opucuk

  10. KoRpE dedi ki:

    cox sagol hebyare gore…

  11. BuBLiK dedi ki:

    cox sagol canim axrinci wekil loooooooooooool-du=))))))))))))))amma 20-ci howuma geldi…=))a naschot togo chto ona ne hoche vernutsya navsegda eto eyo dela raz ey tak horowo=))

  12. _Aynur_ dedi ki:

    Tewekkur xebere gore…

  13. Бакинка dedi ki:
    GUnka opdum coox saq ol xebere goreee give_rose