Islamda Ailə

islamda aile

Allah-təalaya sonsuz şükür və tərif, 14 məsuma salam və salavatdan sonra hörmətli oxucuları da salamlayıb “İslamda ailə” başlığı altında növbəti mövzuya başlamaq istərdik.

2) Yaxınlıq “Bismillah”la başlamalıdır, əks halda şeytan uşağın formalaşmasında öz təsirini qoya bilər.

3) Hicri-qəməri ayların əvvəl, orta və axırıncı günləri nütfə bağlanarsa, dünyaya gələn uşağın dəli, yaxud xora xəstəliyinə tutulması ehtimalı var.

4) Gecənin əvvəllərində yaxınlıq olarsa, dünyaya gələn uşaq sehrkar olar və axirətini dünyasına satar.

5) Yaxınlıq zamanı danışıq olmamalıdır, əks halda uşağın lal və kar olması ehtimalı var.

6) Əgər yaxınlıq zamanı bir-birinin övrətinə (ayıb yerinə) baxılsa, uşağın kor dünyaya gəlməsinin ehtimalı var.

7) Həmçinin, əgər yaxınlıq vaxtı Fitr və Qurban bayramı gecəsinə təsadüf edilərsə, uşaq 4 və ya 6 barmaqlı və ya şikəst ola bilər.

8) Əqrəb bürcündə (oktyabr-noyabr), həmçinin səfərə çıxmamışdan üç gün qabaq və qayıtdıqdan da üç gün sonra yaxınlıq etmək bəyənilmir.

9) Əgər bazar ertəsi günü gecə nütfə bağlanarsa, uşaq Quran hafizi və İlahinin qismətinə razı olar. Çərşənbə günü gecə nütfə bağlanarsa, İslam səadətinə nail olar. Cümə axşamı günorta çağı nütfə bağlanarsa, həmin uşağa şeytan yaxınlaşa bilməz və Allah onun din və dünyasında sağlamlıq əta edər. Cümə

axşamı gecə nütfə bağlanarsa, övlad gözəl xətib (söz ustası) olar. Əgər cümə günü axşamçağı nütfə bağlanarsa, övlad məşhur alimlərdən olar.

İndi isə hamiləlik dövründə hər ayın özünəməxsus qaydalarını nəzərinizə çatdırırıq:

1-ci ay

1. Həftənin cümə axşamı və cümə günləri “Yasin” və “Saffat” surələrini oxuyub ananın bətninə üfürmək. (Əgər ana oxuya bilmirsə, ona məhrəm olan şəxslər bu əməli yerinə yetirə bilər).

2. Hər səhər bir az şirin alma yemək.

3. Həftənin cümə günləri sübh yeməyindən qabaq bir ədəd nar yemək.

4. Günəş çıxmamışdan qabaq müqəddəs “Kərbəla türbəti” meyl etmək.

5. Gündəlik vacib namazlar vaxtında qılınmaqla yanaşı, əli qarın nahiyəsinə qoyub Azan və İqamə oxumaq.

2-ci ay

1. Həftənin cümə axşamı və cümə günləri “Furqan” surəsini oxumaq.

2. Həftənin cümə axşamı günləri 140, cümə günləri isə 100 dəfə bu salavatı “Əllahummə salli ələ Muhəmməd və əli Muhəmməd və əccil fəracəhum” zikr etmək.

3. Əli qarın nahiyəsinə qoyub сümə axşamı və cümə günlərində bu duanı oxumaq: “Əllahummə salli ələ Muhəmməd və əli Muhəmməd və əccil fəracəhum, və əhlik əduvvəhum,vəl ən ə də əhum minəl cinni vəl insi minəl əvvəlinə vəl əxirin”.

4. Həftədə bir dəfə az miqdar əti süd və şirin alma ilə yemək.

3-cü ay

1. Həftənin cümə axşamı və cümə günləri

“Ali İmran” surəsini oxumaq.

2. Cümə axşamı 140 salavat (axırında “və əccil fəracəhum”) zikr etmək.

3. Hər namazdan qabaq əli qarın nahiyəsinə qoyub cümə axşamı və cümə günlərində bu duanı oxumaq: “Əllahummə salli ələ Muhəmməd və əli Muhəmməd və əccil fəracəhum, və əhlik əduvvəhum, vəl-ən-ə-də əhum minəl cinni vəl insi minəl əvvəlinə vəl əxirin”.

4. Həftədə 1 dəfə az miqdar buğda, ət və yağsız süd meyl etmək.

5. Sübh yeməyində bir az bal yemək.

4-cü ay

1. Həftənin cümə axşamı və cümə günləri “İnsan” surəsini oxumaq.

2. Bütün namazlarda bir dəfə “Qədr” surəsini oxumaq.

3. Namazdan sonra əli qarın nahiyəsinə qoyub “Qədr və Kövsər” surələrini oxuduqdan sonra ardınca bu duanı zikr etmək: “Əllahummə salli ələ Muhəmməd və əli Muhəmməd və əccil fəracəhum, və əhlik əduvvəhum, vəl-ən-ə-də əhum minəl cinni vəl insi minəl əvvəlinə vəl əxirin”. Sonra isə bu duanı oxumaq lazımdır: “Rabbənə həb lənə min əzvəcinə və zurriyyətinə qurrətə əynin və cəəlnə lil muttəqinə iməmə. Əstəğfurullahə rabbi və ətubu iləyh”.

4. Hər gün salavat göndərib ardınca bu duanı oxumaq: “Əllahummərzuqni vələdən salimən, salihən, alimən, muttəqiyən şəhidən limə səmməytuhu bismi nəbiyyikə Muhəmmədən (salləllahu ələyhi və əlihi və səlləm)”.

5. Hər namazdan sonra 140 salavat demək.

6. İmkan daxilində gecə namazı qılmaq.

7. İmkan daxilində şirin alma, bal və nar

yemək.

5-ci ay

1. Həftənin cümə axşamı və cümə günlərində “Fəth” surəsini tilavət etmək.

2. Namazların hər hansı birində “Nəsr” surəsi oxunmalı və namaz bitdikdən sonra əli türbətə (möhürə) sürtüb qarın nahiyəsinə çəkmək.

3. Hər gün sübh vaxtı bir az xurma, axşam isə şirin alma, xurma və zeytunu birlikdə yemək lazımdır.

4. Hər gün namazdan qabaq əli qarın nahiyəsinə qoyub Azan və İqamə demək.

6-cı ay

1. Cümə axşamı və cümə günləri “Vaqiə” surəsini tilavət etmək.

2. Hər gün axşam namazların birində 1 dəfə “Tin” surəsini oxumaq.

3. Hər namazdan sonra əli möhürə sürtüb qarın nahiyəsinə çəkmək.

4. Hər gün sübh yeməyindən sonra əncir və zeytun yemək.

5. Səy edilməlidir ki, hər gün bir miqdar sümüyün iliyi yeyilsin.

6. Qoyunun quyruğundan pəhriz edilməlidir.

7-ci ay

1. Gecə namazlarını qılmaqla yanaşı hər vacib namazlardan əvvəl Əzan və İqaməni demək.

2. Həftənin birinci günləri “Nəhl” surəsini oxumaq.

3. Hər cümə axşamı və cümə günləri “Yasin” və “Furqan” surələrini tilavət etmək.

4. Hər vacib namazlarda “Qədr” və “İxlas” surələrini oxumaq.

5. Hər gün 140 salavat demək.

6. Hər yeməkdən sonra yemiş yemək yaxşıdır, lakin sudan qabaq və sonra yemiş yeyilməməlidir.

8-ci ay

1. Həftənin şənbə günləri sübh namazından sonra 10 dəfə “Qədr”, bazar günləri sübh namazından sonra 2 dəfə “Tin”, bazar ertəsi & nbsp; “Yasin”, çərşənbə axşamı “Furqan”, çərşənbə “İnsan”, cümə axşamı “Muhəmməd”(salləllahu ələyhi və əlihi və səlləm), cümə günləri isə “Saffat” surələrini tilavət etmək.

2. Hər gün şirin qatıq və bal meyl etmək.

3. Hər həftənin cümə günləri sübh yeməyindən qabaq (acqarnına) şirin nar yemək.

4. Əgər bədənə zərər olmasa, həftədə 1 dəfə sirkə yemək lazımdır.

9-cu ay

1. Ədviyyə yeməkdən çəkinmək lazımdır.

2. İmkan daxilində xurma yemək.

3.İmam Zaman (ələyhissəlam) ağanın salamatlığı üçün qurban edilmiş qoyunun ətindən meyl etmək.

Rövşən Əhməd

PiKasso

Şərhlər:

  1. МиниК_Сердце dedi ki:

    UYYYYYYYY. WEKILE BAX EEEEE. CAN E CAN. BIR BU WEKILE GORE GIRMEMEK ARDINA BOYUK GUNAHDIR.

    MUELLIF, TWK XEBERE GORE

  2. ОпПеТиТнЫЙБоЙ dedi ki:

    Elhemdulillah gozeldi xeberde shekilde)) JazakAllahu xayran…

  3. PiKasso dedi ki:

    Sitat: BalaM
    Yanki Mubarekdir ilk xeberin


    Sitat: BuBLiK
    Ilk hebyarun mubarekkkkk gaga


    Bismillahir-rehmanir-rehim.Chox sagh olun.Axirinci xeberim olmasin.Ne qeder ki varam, xidmetinizdeyem.

  4. NeSKa dedi ki:
    Allah razi olsun cox sagol
  5. taliya dedi ki:

    ALLAH razi olsun senden .Bezilerin bilirdim novbeti xeberlerini gozleyirem

  6. _Cinbala_ dedi ki:

    Cox sagol Allah razi olsun

  7. Single Girl dedi ki:

    ALlah razi olsun! Ilk xebeirnizi bele islami xeberle bawlamisza ardi geler INwALlah ugurlar

  8. PiKasso dedi ki:

    Bismillahir-rehmanir-rehim.
    Salam.Haminizda tewekkur edirem.

  9. Miss_Azericka dedi ki:

    ALLAH RAZI OLSUN. give_rose

  10. meleyim dedi ki:

    mene aid sohbet deyil

  11. BuBLiK dedi ki:

    Ilk hebyarun mubarekkkkk gaga clapping
    cox sagol ALLAH razi olsun sennen!!enade deyrem emiya HORMET!

  12. ...::EMERALD::... dedi ki:

    ALLAH RAZI OLSUN.MARAQLIDIR

  13. МиниК_Сердце dedi ki:

    ALLAH RAZI OLSUN

  14. Бакинка dedi ki:
    sekill cooxx ureyimi acdiee cooxsaq ol xebere gore Allah razi olsun senden…. tewekkurlerr give_rose
  15. PiKasso dedi ki:

    Bismillahir-rehmanir-rehim.
    Minnetdaram.Allah sizlerden de razi olsun.

  16. VERY_SHY dedi ki:

    Cox maragli xeberdi,oxxudum axira qeder

  17. BalaM dedi ki:
    Ilk xeberin mubuwdu…Allah razi olsun
  18. PiKasso dedi ki:

    Sitat: BalaM
    Ilk xeberin mubuwdu…Allah razi olsun


    Bismillahir-rejmanir-rehim.Mubuw nedir,anlamadim.

  19. BalaM dedi ki:

    PiKasso,
    Yanki Mubarekdir ilk xeberin

  20. _Sia_ dedi ki:

    Aile muqeddesdir.

    MEHEMMED PEYGEMBER (S.E.S)

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…