DUNYANIN EN GOZEL ESERI


alt
DUNYANIN EN GOZEL ESERI
Məşhur bir rəssam dünyanın ən gözəl rəsm əsərini çəkmək qərarına gəlir. O, əsərinin mövzusunu tapmaq üçün uzaq səyahətə çıxır. Bir meşənin içindən keçərkən nurani bir adamla qarşılaşır. Ona: “Dünyanın ən gözəl şeyi nədir?” – sualını verdikdə:“İmandır”, -cavabını alır. Rəssam yoluna davam edir. Bir kənddə toy məclisinə gəlir. Insanlarin arasından sıyrılaraq, gəlinə yaxınlaşır və eyni sualı ona da verir. “Dünyanın ən gözəl şeyi məhəbbətdir”, – cavabını alır. O, yenə yoluna davam edir. Bu dəfə müharibədən qayıdan yorğun bir əsgərlə qarşılaşır. Həmin sualın cavabını ondan da istəyir. Əsgər: “Dünyanın ən gözəl şeyi sülhdür”, – deyir. 
Aldığı cavabları kifayət hesab edən rəssam evinə qayıdır. Yol boyu səyahətdə şahidi olduqlarını götür-qoy etməyə başlayır. Eyni suala verilən üç fərqli cavabı əsərində birləşdirmək üçün yollar axtarır. Artıq evinə çatır. Qapıdan içəri girdikdə dünyanın ən gözəl mənzərəsi ilə qarşılaşır. Övladlarının baxışlarında imanı, həyat yoldaşının gözlərində məhəbbəti, evində isə sülhü görür. Bu, rəssamın axtardığı idi. O, arzuladığı əsəri çəkməyə başlayır. Çox keçmədən dünyanın ən gözəl rəsm əsəri hazır olur. Rəssam ona ad da verir: “Sevgi Ailəm”

PiKasso

Şərhlər:

  1. Скажи-да dedi ki:

    superdi …

  2. DaRk_AnGeL dedi ki:

    maraqli idi cox sagol

  3. _Aynur_ dedi ki:

    Cox saq ol maraqli xebere gore…

  4. Jelannaya_013 dedi ki:

    4ox maraxli idi tewekkur..

  5. morgan dedi ki:
    bax bu ferqli xeber idi
  6. New_Moon dedi ki:

    Xebere Gore Cox SAgol

  7. Cici_Girl dedi ki:

    Coooooox gozel hekayedi. Зox beyendim, minnetdaram!!!

  8. _Cinbala_ dedi ki:

    Super oxudumeee eladuuu twk

  9. ASI dedi ki:

    cox maraqliydi.tesekkurler

  10. Dj ExTrEmE dedi ki:

    Super oxudumeee applause

  11. taliya dedi ki:

    cox xosuma geldi twk

  12. BuBLiK dedi ki:

    ALLAH razi olsun sennen gaga!!

  13. BalaM dedi ki:
    Cox sagol Allah razi olsun ela
  14. UNDERCOVER dedi ki:

    maraqli xeber idi.twk

  15. Бакинка dedi ki:
    tewekkurlerrrrrrr
  16. VERY_SHY dedi ki:

    coooooooooooox maragli ve menalidi,oxudum coxsagol