Qurban Bayramınız Mübarək…

Qurban Bayramı

alt


İbrahim Peyğəmbərin oğlunu Allaha qurban etmək istəməsi

Qurban bayramı və ya Dini qurban kəsmə bayramı – İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Mündəricat


    * 1 Tarixi

    * 2 Qurban bayramı Azərbaycanda

    * 3 Qurban bayramı İslamda

    * 4 Müqəddəs Quranda Qurban bayramı barədə

    * 5 Şərtləri

    * 6 Mənbə

    * 7 Xarici keçidlər


Tarixi

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.


Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.


Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.


Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.


Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!


Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.


Qurban bayramı Azərbaycanda

alt

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

Qurban bayramı İslamda


Üç səmavi dinin-Yəhudilik, Xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Qurban bayramı islam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.

Müqəddəs Quranda Qurban bayramı barədə

Qurbanların kəsilməsi

alt

“Rəbbin üçün namaz qıl və qurban kəs!”, “De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”, “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər” kimi münasibətlər göstərilir. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: “Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.


Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: “Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”.


İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.


Şərtləri

Qurban əti


İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.


Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.


Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.


Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

Əziz ForGənc Ailəsi sizlərin  hər birinin Qurban Bayramını təbrik edirəm.Sizi vı sizin ailənizi səmimi qəlbdən təbrik edirik….

ALLAH ürəyinizdəki bütün arzuları yerinə yetirsin….etdiyiniz duaları qəbul etsin və Qurbanınızı qəbul etsin….

Hörmət və sevgilərlə  Chingiz

350;601;kil

Qurban Bayraminiz mubarek, ureyiniz umidli, umidleriniz atli, sevdaniz qanadli, mutlulugunuz qatli, sufretniz dadli, mekaniniz taxtli, omrunuz baxtli, eviniz bereketli olsun…Damaginizi ruhunuzu ve cevrenizi dadlandiran ve gercekden gozel ve bereketli bir bayram arzulayiram….Xeyir qapilarin sonuna qeder aciq, qeza ve belalarin qapisi hemishe uzunuze bagli olsun.Bu deyerli Qurban Bayraminda, kainatin yaradicisi ve alemlerin Rabbi bagishlayici ve aciyici yuce Allah butun dualarinizi qebul etsin…

Amin!!!!!!

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. UNDERCOVER dedi ki:

    TWK.ALLAH HAMININ NIYYETLERINI QEBUL ETSIN.AMIN

  2. BEAUTIFUL_LIFE dedi ki:

    gec de olsa bayraminizi tebrik edirem dostiklerim saytimiza uzunnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn ve hacksiz omur arzulayiram

  3. meleyim dedi ki:

    bayraminiz mubarek

  4. PRistupnIK dedi ki:

    saqol cina bahem ….

  5. Ayselka dedi ki:

    haminin bayrami mubarek

  6. ZakonLubvi dedi ki:

    bu istoriyani cok istirdim bilmek cok sag olun twk

  7. Miss_Azericka dedi ki:

    mende her kesin bayramini tebrik edirem give_rose

  8. morgan dedi ki:
    men de her kesin bayramini tebrik edirem
    Cingi ve bu saytda eziyyeti olan her kesin bayrami mubarek olsun Cox sag ol ki bizleri bir araya toplasmaq ucun bele serit yaratmisan
    sag ol ki varsan
    bizim sirin ve QARA BALAMIZ
  9. ADMIRAL-711 dedi ki:
    BUTUN MUSELMANLARIN EYNI ILE FORGENCLILERIN UREYI BURDA OLANLARIN HAMISINI UREKDEN TEBRIK EDIREM.
  10. PiKasso dedi ki:

    Bismillahir-rehmanir-rehim.
    Butun muselmanlari mubarek Qurban bayrami munasibetile tebrik edirem

  11. ...::EMERALD::... dedi ki:

    SUPER XEBERDI.SAG OL DOSTIK

  12. BalaM dedi ki:
    Forgenc Ailesini Tebrik edirem..Pasib za novost Cinqiz Allah Razi Olsun
  13. dj_okktay dedi ki:

    Sagol senen bahem sizin de muqedes quban bayraminiz mubarek!

  14. Single Girl dedi ki:

    Bayraminiz MUbarek! NEce bele illere! ALlah ureyinizdeki butun arzulari cin edsin! Butun arzulariniza catasiz!

  15. МиниК_Сердце dedi ki:

    Qurban Bayramınız Mubarek aze

  16. ОпПеТиТнЫЙБоЙ dedi ki:

    Cox Saqol gozel xeberdi ) Allah razi olsun )

  17. _Cinbala_ dedi ki:

    Sagol Cinaaaaa cox sagol seninle bahem

    Forgenc terpenunde qizlarimizin evine qurbanliq getsin oglanlarimizda qurbanliq aparsin sevdiklerine insallah

  18. gulshan dedi ki:

    mende her kesi Qurban bayramin tebrik edirem

  19. taliya dedi ki:

    mende hamini,o cumleden butun forgenc userlerini ve ailelerini QURBAN bayrami munasibetile tebrik edirem

  20. NeSKa dedi ki:
    Hamini butun Forgencin ve Forgencin her bir userinin ailesini semimi qelbden Qurban bayramini tebrik edirem!Allah hemiwe bizi qorusun!Allah Hamimizin uzunu hemiwe guldursun!
  21. Бакинка dedi ki:
    butun forgenc ailesini bu bayram munasibeti ile tebrik edib butun arzularin chin olmasini arzu edirem….vsem maccchhh give_rose
  22. ZakonLubvi dedi ki:

    haminin bayramini tebrik edirem hammiya can sagligi ve bereketli bayramlar arzu edirem angel

  23. _Aynur_ dedi ki:
    Xebere gore cox saq ol…

    QURBAN BAYRAMINIZ MUBAREK!!!!
  24. BuBLiK dedi ki:

    Hamin BAYRAMIN TEBRIK EDIREM!!NECA BELA BAYRAMLAR ARZULIRAM!!ALLAH GURBANUZI GEBUL ELASIN!!


    Saol CHIN KISSSSSSSSSSSSSSSS laugh1

  25. VERY_SHY dedi ki:

    HAMININ QURBAN BAYRAMINI TEBRIK ELIREM.ALLAH BUTUN DUALARINIZI VE KESDIYINIZ QURBANLARI QEBUL ELESIN!

  26. simple dedi ki:

    good twkler canim ela xeber idi…ellerine sagliq…ALLAH senden razi olsun…ALLAH hamimizdan razi olsun…ALLAH hamimiza uzun omur versin…AMIN..
    bir daha twkler ela xeber idi…bye
    twk twk twk applause applause good !!!

  27. New_Moon dedi ki:

    Xebere Gore Cox SAgol
    Butun Islam Ehlinin Qurban Bayramini Tebrik Edirem Xususilede Forgenc Ailesini Herkese Iyi Bayramlar

  28. BLACK STAR dedi ki:

    COXXXXXXXXXXXXXXXXX SAOL…KISSSSSSSS…QARA BALA……

  29. BadBoy dedi ki:

    CiNa SeninDe BayRamin Mubuwdu

  30. Gunes dedi ki:

    cox sag ol bu gozel xebere gore dosi.ALLAH razi olsun