Nədir sevginin tərifi?

N601;dir sevginin t601;rifi?

Sevgini başqalarından gözləyən bir insan nələr hiss edir düşündükmü???

Hər sevginin başlanğıcı, insan həyatında yeni gündə, mavi səmada, al günəşin parıltısını xatırladır… Halbuki, səy göstərmədən, bəzilərinin özünü sevməsini gözləyənlər müvəffəqiyyətli ola bilməzlər heç bir zaman…
İnsanin bir ömür boyu arxasından qaçdığı sevgi nədir?
Rəngi varmı, əllə tutularmı, gözlə görülərmi? Necə bilim sevginin varlığını? Ürəyin bir başqası üçün çarpmasıdırmı? Suyun üzündə, yarpaqlarını ağır ağır açan bir su zanbağıdırmı? Köç zamanı yaralı yoldaşını qanadlarıyla örtərək ölümü gözləyən çöl qazlarının vəfasıdırmı? Ya da qayanı deşən tumurcuğun müqavimətidirmi sevmək? Qan və gözyaşından meydana gəlmiş bir dünyanın ortasında belə, insanı insanla qucaqlaşdıran duyğudurmu? 

Bəs sevilmək? Bir başqasının baxışlarından onun yeganəsi olduğunu anlamaqdırmı sevilmək? Gedərkən başı bir az daha yuxarı, dodaqda hər zaman xoş təbəssümdürmü sevilmək? Səsində hər zaman sevinc duyulduğudurmu sevilmək? Tanıdın tanımadın, hər kəsdə bir isti münasibət görə bilməkdirmi sevilmək???

Bəs sevməmək? Ən incə detalları belə ölcüb biçməkdirmi, qarşıdakını hər cüzi bəhanəylə günahlandırmaqdırmı? Dəli bir küləyin, əziyyətlə düzmüş olduğunuz gül saxsılarnı aşırtmasdırımı? Dalğanın hücum etməsidırmi, həsrət qayığına? Bir çiçəyi bir anlıq zövq üçün qoparıb yaxaya taxmaqdırmı yoxsa?Bülbülü qəfəsə bağlamaqdırmı, təbiətə həsrət qoyub, etdiyimizdən xoşallanmaqdırmı sevməmək? Bir qurtum su uzatmağa qıymamaqdırmı sevməmək? 

Sevilməmək necə bir duyğudur bəs ? Bala pişikləri boğmaqdırmı oyun oynayıram deyə? Qalın dikdaban çəkmələrlə əzməkdırmi zəif canlıları? Nədir heç sevilməmək? Bir səhranın ortasında dayanmadan susamaqdırmı? Qorxu içində yaşamaqdrmı? Pul yığmaqdırmı aç qarınına? Maşınları, mağazaları, günahsız insanları yandırmaqmı böyük bir şəhərin ortasında, qisas alırcasına? Ölümü izləməkdirmi keflə? Nədir sevilməmək? Nə qədər yadlaşdırır insanı insana? 

Əvvəl özünü tanımaqla başlar sevgi. Özünü yeniləməklə başlar… İnsanın, insan olma şüurunu, ağılıyla, ürəyiylə başlar… Təbiətin və həyatın bir parçası olduğunu anlamasıyla… Həyat mənim üçün var. Su mənim təmizliyimdir… Sonra insan var… Allahın ən gözəl məhsulu… Bir insana duyulan sevgiylə başlayan həyat… 
Birlikdə bir gülüşü uzatmaq, ağrını paylaşıb azaltmaqdır sevgi bəlkə də. Eyni duaya əl qaldırmaq.Həsrətlə yolunu gözləmək, səsini eşitmək üçün min bir bəhanə axtarmaq, yanındaykən onun üçün darıxmaqdır sevgi bəlkədə… Qanın, damarlardan axışını sürətləndirən duyğudur sevgi bəlkə də.. Eyni anda, eyni yeri görə bilməkdir sevgi bəlkədə.. Tamamlaya bilməkdir bir-birini sevgi bəlkədə… 
Bəs sizcə nədir SEVGİ????

rihanna

Şərhlər:

  1. Single Girl dedi ki:
    Heleki qabagima cixmiyib diye bilerem)ellerine saqlik can
  2. dangerous_angel dedi ki:

    hm twkler

  3. meleyim dedi ki:

    New_Moon,
    sevgi risk etmeyi sevir hemde

  4. Weak_life dedi ki:

    sevgi gozel hisdi xebere gore twk

  5. VERY_SHY dedi ki:

    Ne qeder sevgi olare??day baxmiyacam sevgi xeberlerine.ozumde atmiyacam ele xeberler.inanmiram hecneye.coxsagol

  6. _Cinbala_ dedi ki:

    Sevgi Sevgi Sevgi ureyim

  7. taliya dedi ki:

    mence sevgi insabni yasamaga heveslendiren gozel hissdir

  8. New_Moon dedi ki:

    meleyim,
    Sozlerine Mende Qatiliram Birde Sevgi Olmazlari Sevir
    Xebere Gore Cox SAgol Dostik

  9. meleyim dedi ki:

    sevgi-qisqanmir,qisqandirmir,kusmur,kusdurmur,aldatmir,aldanmir.sevgi-bagislamag
    i,sebr etmeyi sevir.o yalani,acini,nifreti sevmir.sevgi-dogrulugu,duzgunluyu,semimiliyi sevir.bax sevgi budu

  10. ...::EMERALD::... dedi ki:

    MEN SUALA HELE CAVAB TAPMAMISAM

  11. BuBLiK dedi ki:

    Ilk sevgi hekigi sevgi olur ve UNUDULMIR!!!soram nebilim cox yanmiwam..=((sevgi nedi bilmirem=(cox sagol hebyare gore…

  12. BalaM dedi ki:
    Sevgi qewey weydi ewitmiwem))) Sagol xebere gore give_rose
  13. DaRk_AnGeL dedi ki:

    mence sevgi bow weydi onu yawamasan bilmek olmur