Heyvanın faydası

Heyvan305;n faydas305;

Heyva sərt, sarı rəngli, iri, içərisində xırda tumları olan üzəri tükcüklü meyvədir. Bu meyvə xüsusilə A və B vitamini ilə zəngindir. Payızında dəyən meyvələrdən olan heyva mədə və bağırsaqları gücləndirir. Amma çox istifadə qəbzliyə səbəb ola bilər. Qanı təmizləyir, ürək çırpıntısına faydalıdır. Bronxit və vərəm kimi ağciyər xəstəliklərində öskürəyə qarşı yararlıdır. İnkişaf edən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. o, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir.Dəriyə və dırnaqlara parlaqlıq qazandırır. 

Heyvadan necə istifadə edilməlidir?

Heyvanı adi halda yemək və həzm etmək çətindir. Bunun üçündə əsasən kompot və ya mürəbbəsinin qəbul edilməsi məsləhət görülür. Heyva tumunun dəmləməsindən əldə edilən su səsin tutulması, öskürəyə faydalıdır. Yarpaqlarından hazırlanan çay stresi azaldır. Heyva çiçəyini qaynadıb içmək ana südünü artırır, ürəyini möhkəmləndirir. Bu dəmləmə baş ağırısınada faydalıdır. 
Ağızdakı yaralar, boğazda şişlik və ağrı olanda heyvanın özünü və ya yarpaqlarını qaynadıb qarqara etmək olar. 
Heyvanın tibbi faydaları ilə yanaşı kosmetik xeyridə var. belə ki, tumunun dəmləməsindən alınan su saçlara sürtüləndə onlara parlaqlıq qazandırır. Üz və boyunda tədbiqi isə qırışların azalmasına kömək edir.

ADMIRAL-711

Şərhlər:

  1. МиниК_Сердце dedi ki:

    hec dadinada baxmamiwam bu hayvanin. bunun murebbesi yegin dadli olar. tewekkur edirem xebere gore =)

  2. gunelim dedi ki:

    hevya vapşe yeye bilmirem e men )))
    faydali ne varsa yemirem onsuz da

  3. Скажи-да dedi ki:

    twk xebere gore.ela melumatlar idi

  4. ADMIRAL-711 dedi ki:

    Sitat: BuBLiK
    ay saol \"hala oglu\"=)))))))))))))))) maraglidi…howum gelir heyvadan osobenno varenasinnen=))))nyam nyam=))


    sende sagol dayi nevesi=))

    rey yazan eller agrimasin amma xeberimin wriftini duzeltmek yaddan cixibdir=))

  5. meleyim dedi ki:

    he bele de.bilmirdim

  6. UNDERCOVER dedi ki:

    4ox saol qaqaw.

  7. Miss_Azericka dedi ki:

    Hayva ucun olurem heat

  8. Бакинка dedi ki:
    nam nam xowlayiram bu melumatlara gor e cox saq ol=)) give_rose
  9. VERY_SHY dedi ki:

    taliya,
    aa,onu da yiyiller?

  10. BuBLiK dedi ki:

    ay saol "hala oglu"=)))))))))))))))) laugh1 maraglidi…howum gelir heyvadan osobenno varenasinnen=))))nyam nyam=))

  11. _Cinbala_ dedi ki:

    Cox sagol xebere gore heyvadan xosum gelmir ama sekilde edadi

  12. _Aynur_ dedi ki:

    Cox saq ol xebere gore…xowum gelir heyvadan…

  13. NeSKa dedi ki:
    Xowlayiram bu meyveni twk edirem
  14. ...::EMERALD::... dedi ki:

    SAG OL.MARAQLIDIR

  15. taliya dedi ki:

    heyvvanin tumundan otru olurem twk

  16. BalaM dedi ki:
    oxudum cox sagol xebere gore give_rose