Qarşılıqsız sevgi


alt



Sevgi elə bir duyğudur ki, verdikcə artar, paylaşıldıqca böyüyər. Amma axmaqlıqda eynilə elədir; verdikcə artar, paylaşıldıqca böyüyər. Üstəlik sevgi ilə axmaqlıq arasındakı əlaqə yalnız ikisinin də paylaşıldıqca artmasında, verdikcə böyüməsində deyil. İkisinin arasında çox daha dərin, çox daha mənalı bir əlaqə daha var ; Sevgi ağılla birləşmədiyi zaman, dərhal axmaqlığa çevrilə bilər.

Mənim xoşbəxtlik reseptim “insanları sevəcəksən” qanunudur.İnsanları sevəcəksiniz amma qarşılıqsız sevəcəksiniz.Çünki insanoğlu vəfasızdır.Çünki siz insanları sevərkən, onlar sizə hər cür pisliyi edə bilər.
həm də dərhal bu gün, bu gün olmazsa sabah, sabah olmazsa öbürgün, amma bir gün mütləq, həm də çox yaxında.Bu səbəblə insanları qarşılıqsız sevəcəksiniz.Ancaq belə həm güclü, həm sevgi dolu və bu səbəblə də xoşbəxt ola bilərsiniz.İnsanları qarşılıqsız sevmək, ancaq güclü kəslərin bacarığıdır.
İnsanların həm yaxşı həm pis xüsusiyyətlərini diqqətə almadan onları şərtsiz sevsəniz, yaralanmanız qaçınılmaz olar.Sevginizə qarşılıq gözləsəniz gücünüzü itirərsiniz!
Başqalarına, həm də sevdiklərinizə, yəni sizi qıra biləcək, sizi incidə biləcək kəslərə asılı olarsınız.
Yaxşı qarşılıq gözləyərək sevmək axmaqlıq da, qarşılıq gözləmədən sevmək daha böyük bir axmaqlıq deyilmi? Həm duyğuların ən gözəli olan sevgini verəcəksən, həm də qarşılıq gözləməyəcəksən, bu axmaqlıq deyildə nədir? deyə düşünür ola bilərsiniz. Sevgiyə qarşılıq gözləməmək axmaqlıq deyil!
Niyə sevgidən yanayıq?Xoşbəxtlik üçün, yəni özümüz üçün.Qarşılıq gözlədiyiniz anda, bu gözəlliyi, bu ucalığı, bu dadı, başqalarının icazəsinə və mərhəmətsizliyinə, yəni başqalarının yoxlamasına tərk etmiş olmurukmu?

Sevgi ilə axmaqlığı bir-birindən ayıran ən incə xətt; ağıldır.Sevgi ancaq ağıl ilə görüşdüyü zaman bir məna qazanır.Və ağıllı sevgi qarşılıqsızdır.Çünki iki ya da daha çox insanın hər an eyni duyğu düşüncə və gözləmələrə sahib olması, eyni şəkildə davranması qeyri-mümkündür.Başqalarını və insanlığı, onlar üçün deyil, özünüz üçün sevin.Beləcə bitməz tükənməz bir enerji qaynağı əmrinizdə olacaq.Hər işdə, hər əlaqədə bir addım qabaqda olacaqsınız.Çünki ən başda özünüzlə, sonra da hər kəslə barışıq və başqa sözlə xoşbəxt olacaqsınız.Qarşılıq gözləmədiyiniz yəni ağıllı olduğunuz üçün də, sizə atılan payalar, edilən haqsızlıqlar, kobudluqlar təpənizdən sıyrılıb gedəcək.
Pis insanlar, kin və nifrətləri, kiçik hesabları içində çirkinləşib, bədbəxt bir həyatın içinə doğru diyirləndikcə, siz sevginizin çıxardığı gözəllik dənizində həm yüksələcək həm də ucalacaqsınız.
Yetər ki sevginizə layiq olmayanları, centlmen və mədəni insan qılığındakı kəsləri, mücərrəd bir insanlıq anlayışı içində əridib şəffaflaşdırmağı bilin.Bu isə könülün deyil, ağılın işidir.Onun üçün də sevgi ağıldır.

Dünyada qarşılıqsız sevgi vardırmı? deyirsiniz.
Bizə bir nümunə göstər inanaq, deyirsiniz.

Ana atanın uşaqlarına verdiyi sevgi… qarşılıqsızdır.
Bu ağıl ilə duyğuların bir sintezi deyil, təbii bir instinktdir.
Təbiətin verdiyi bu qarşılıqsız sevgi instinktinə, ağıl ilə çatıla bilər.
Madam ki təbiətdə bir nümunəsi vardır, o halda, insan ağılı ilə təqlid edə bilər, yenidən çıxara bilər.
İnsanları sevin və onlardan qarşılıq gözləməyin.
Özünüzü axmaq yerinə qoymadan sevmənin tək yolu budur.
Bunun çətin olduğunu bilirəm amma, xoşbəxtliyi kim asan tutmuş ki?

МиниК_Сердце

Şərhlər:

  1. ADMIRAL-711 dedi ki:
    bow bow sevgi xeberinden yorulmadiz=)) emeye respect=)) xeberin wriftleri yene bele cixdi=))
  2. dangerous_angel dedi ki:

    superdi thanks

  3. DaRk_AnGeL dedi ki:

    cox sagol can super xeberdi

  4. NeSKa dedi ki:
    Ehh qarwiliqsiz sevmekden se ezab cekmendense olmek yaxwidir
  5. meleyim dedi ki:

    SEBR ISTEYIREM BORCA-QARSILIQSIZ SEVGIME QARSILIQ ALA BILECEYIM GUNE QEDER SEBR EDE BILMEK UCUN

  6. BEAUTIFUL_LIFE dedi ki:

    qarwiliqsiz seven yemeyi yeyib dadin bilmeyen kimidi

  7. Ayselka dedi ki:

    qarwiliqsiz sevgi neye lazimdi onun axiri yoxdu

  8. МиниК_Сердце dedi ki:

    he,duzdu

  9. simple dedi ki:

    twkler canim xebere gore ellerine sagliq cooox maraqli xeberdi cooox sagol…ama men 100% bilirem ki, indiki dovrde qarwiliqli sevgi cooox nadir hallarda tapilir…demek olar ki, yoooxdu azeri!!!
    BELKEDE BIRTEREFLI VAR,AMA QARWILIQLLI YOOOXDU!!! ireful !!1
    BIR DAHA TWKLER..BYE
    twk applause

  10. _Aynur_ dedi ki:

    Xebere gore tewekkurler…

  11. VERY_SHY dedi ki:

    maraglidi.sevgi

  12. Скажи-да dedi ki:

    Любовь всегда сердце

  13. _Cinbala_ dedi ki:

    Gunka coooooooox sagol xebere gore gul

  14. Бакинка dedi ki:
    ssssssssuuuuuuuuuuuupppppppeeeeeeeeeeeerrrrrrr djanimmmmm give_rose
  15. BalaM dedi ki:
    Spasibo doroqaya za novost give_rose
  16. Miss_Azericka dedi ki:

    cox sagol give_rose

  17. UNDERCOVER dedi ki:

    bu sevgide me gormusuz eeeeeeeeeeeeeeeeeeeee.

  18. Single Girl dedi ki:
    Sevgi var qarwiliqli qarwiliqsiz esas odu var…O sevgini duyan yawayan ucun ferqi yoxdu qarwiliqli oldu ya qarwiliqsiz..Esasi onu qarwiliq gozlemeden sevmekdir
  19. fanya_ya dedi ki:

    Chox saq ol djana