Quranda Kəbə evinin adları


alt
Hicrətin ikinci ili. Peyğəmbər (s.ə.s) səhabəsi ilə birlikdə Mədinə məscidlərinin birində zöhr namazını camaatla qıldığı zaman “Bəqərə” surəsinin 144-cü ayəsi nazil olur və namazı qurtarmadan üzlərini Buytülmüqəddəsdən Məscidülhərama tərəf çevirmələri əmr olunur. Sonradan bu məscid “Zülqiblətəyən” (2 qibləli) məscid adını alır. Ayənin nazil olmasına ən başlıca səbəb yəhudilərin yersiz gileyinə son qoymaq və onları birdəfəlik susdurmaq idi. Belə ki, Peyğəmbər (s.ə.s) Məkkədən Mədinəyə hicrət etsə də, üzünü Beytülmüqəddəsə tutaraq namaz qılardı. Yəhudilər bunu görüb hər dəfə namaza toplanan müsəlmanlara rişxənd edib deyirdilər: “Hicrət etdinizsə də, yenə üzünüzü bizim müqəddəs məkana tutursunuz, axı bu necə dindir ki, onun öz qibləsi yoxdur?!…”. Nəhayət, Peyğəmbərin (s.ə.s) və müsəlmanların həsrətinə son qoyulur: “((Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də Səni razı olduğun qibləyə döndərəcəyik. İndi üzünü Məsçidülhərama tərəfə çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı), üzünüzü oraya tərəf döndərin! Kitab verilmişlər, bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir)”.

Bu hadisədən sonra müsəlmanların əsas qibləsinə çevrilən Kəbə evinə Quranın sonrakı ayələrində onun əzəmət və xüsusiyyətlərini əks etdirən müxtəlif adlar verildi.

1. Kəbə – “(Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası qurban etmək, kəffarəsi isə gördüyü işin zərərini, acısını dadsın deyə,(öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər oruc tutmaqdır)”
(“Maidə” surəsi, ayə 95).

2. Bəytul-mubarək (Bərəkətli ev)
“(Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün ələmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır)”
(“Ali-İmran” surəsi, ayə 96).

3. Bəyt (Ev)
“((Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik)”
(“Bəqərə” surəsi, ayə 125).

4. Bəytulhəram (Müqəddəs ev)
“(Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zülhiccə) (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmış və taxılmamış) qurbanları insanların düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi)”
(“Maidə” surəsi, ayə 97).

5. Bəytulətiq (Qədim, müqəddəs ev)
(Sonra həcc əməllərini yerinə yetirsinlər, nəzirlərini versinlər və qədim evi (Kəbəni) təvaf etsinlər)»
(“Həcc” surəsi, ayə 29).

6.Qiblətul-mərziyyə(Razı olduğun)
“((Ya Rəsulum!) Biz Sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə döndərəcəyik. İndi üzünü Məsçidülhərama tərəfə çevir!”
(“Bəqərə” surəsi, ayə144).

7.Bəytulmuhərrəm(Muqəddəs,qorunan ev)
Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında ,əkin bitməz bir vadidə sakin etdim…)
(İbrahim surəsi,37-cı ayə)

8.Bəkkə (Məkkə)
“(Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir) ki, o, şübhəsiz, bütün ələmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır)”
(“Ali-İmran” surəsi, ayə 96).

ADMIRAL-711

Şərhlər:

  1. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…

  2. МиниК_Сердце dedi ki:

    6.Qiblətul-mərziyyə(Razı olduğun)
    \"((Ya Rəsulum!) Biz Sənin ьzьnьn gцyə tərəf зevrildiyini gцrьrьk, ona gцrə də səni razı olduğun qibləyə dцndərəcəyik. İndi ьzьnь Məsзidьlhərama tərəfə зevir!\"
    (\"Bəqərə\" surəsi, ayə144).

    ALLAH razi olsun

  3. gunelim dedi ki:

    Allah razı olsun

  4. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol …Allah Razi Olsun!!!!

  5. rihanna dedi ki:

    ALLAH RAZI OLSUN!!!!

  6. taliya dedi ki:

    ALLAH razi olsun!

  7. Single Girl dedi ki:
    ALlah komeyin olsun ALlah senden razi olsun!
  8. KoRpE dedi ki:

    ALLAH razi olsun

  9. BuBLiK dedi ki:

    emi oglu haydasan? smiles
    Cox sagol emi oglu ALLAh sennen razi olsun!!!

  10. dangerous_angel dedi ki:

    twk ALLAH RAZI OLSUN

  11. Elvin_N dedi ki:

    cooox sagol

    [b]sss

    [/b]

  12. ...::EMERALD::... dedi ki:

    MARAQLIDIR.ELLERINE SAGLIQ

  13. _Cinbala_ dedi ki:

    Coooooooooooox sagol Allah senden ve butun bendelerinden razi olsun!Amin!

  14. Jelannaya_013 dedi ki:

    Allah razi olsun 4ooox maraxliydi..twk..

  15. VERY_SHY dedi ki:

    bilmediylerim cox idi,coxsagol

  16. Бакинка dedi ki:
    Hmm supperrrrrr bilmirdim hecc ellerine saglik give_rose
  17. BalaM dedi ki:
    Sagol Allah razi olsun
  18. _AyDaN_ dedi ki:

    ALLAH razi olsun bele xeberler cox olsun xebere gore tkr