Şeytani Güc – SATANİZM

alt

Məmurlar “satanistləri” maliyyələşdirir?

Sanaçı Murad: “Bu sektaya yardım edənin üzünü görməmişik, çünki o həmişə maskada olur”


Qərb dünyasından idarə olunan və Azərbaycanda da fəaliyyət göstərən qeyri-ənənəvi təriqətlərin, qondarma dinlərin meydanı get-gedə genişlənir. Cəmiyyətimizdə kifayət qədər kök salan üzdəniraq təriqətlərdən biri də satanizmdir. Şeytana və iblisə inam bəsləyən, ona sitayiş edib xidmət göstərən satanaçıların Azərbaycanda sayı o qədər çox olmasa da, az da deyil. Şeytan tərəfdarı olan bu qrupun Azərbaycanda xeyli sayda üzvü var və təəssüflər olsun ki, bunların içində azərbaycanlılar çoxluq təşkil edir. Qəlbini, ruhunu şeytana satan bu şəxslər ölkəmizdə özlərinə yetərincə təbliğat qurub və insanları, xüsusən də azyaşlı və yeniyetmələri öz sıralarına cəlb edirlər. Qeyd edək ki, satanizm bütün müqəddəs dinlərdən (xristian, yəhudi, islam) öncə, yəni bizim eradan əvvəlki əsrlərdə yaranıb və ekspertlərə görə, satanizmin yaranma tarixi bəlli deyil. Belə demək mümkünsə, insan cəmiyyəti yaranandan bu sekta da insanları təqib edib, onların həyatına nüfuz etməyə cəhd göstərib. Təəssüflər olsun ki, bu sekta Almaniya, Fransa, Amerika başda olmaqla, əksər Qərb və Avropa ölkələrində geniş vüsət tapıb və ölkəmiz də daxil olmaqla, əksər ölkələrdə ən yüksək səviyyədə “müdafiə” olunur. Bir qədər əvvəl yerli telekanallarda satanizmlə bağlı veriliş efirə getdi. Bu verilişlərdə Azərbaycanda satanizmin artıq böyük bir təhlükəyə çevrildiyi və bu sektaya dövlət məmurları, iş adamları tərəfindən maliyyə dəstəyi verildiyi təəssüflə qeyd edildi.

“Azərbaycanda da satanizm büdcəsinə külli məbləğdə pul axıdılır”

Satanizmin üzvü olan Murad (ad şərtidir – red.) adlı şəxs bizimlə söhbətində bildirdi ki, təmsil etdiyi sektaya Azərbaycanda rəhbərlik edən şəxs dövlət məmuru da, ali məktəb müəllimi də ola bilər: “Bu şəxs dövlət məmuru da ola bilər, universitet müəllimi də. Biz onun üzünü görməmişik. çünki o həmişə maskada olur”.

O da mümkündür ki, pula, imkana, maddiyyata malik olan bir biznesmen də bu işi görə bilər. Yaxud da Azərbaycan vətəndaşı olan bir dövlət məmuru dövlətin xəbəri olmadan o büdcəyə pul ayıra bilər. Onun sözlərinə görə, Qərbin siyasi arenada fikirlərilə razılaşan bütün ölkələr satanizm cəmiyyətinə, onun büdcəsinə, istəsə də, istəməsə də pul axıtmalıdır. çünki bunu Qərb istəyir. çünki Qərb öz-özlüyündə bütün İslam siyasi aləmində İslamın siyasətindən çəkinir və bundan çox qorxur. 

Bu səbəbdən də ilk növbədə İslamın səsini batırmaq istəyir. Satançının sözlərinə görə, bu gün Azərbaycanda da satanizm büdcəsinə külli məbləğdə pul axıdılır: “Bu danılmaz faktdır. Hətta mən bura pul ayıranları adbaad deyə bilərəm, sadəcə, adlarını çəkmək istəmirəm. Bu yalnız Azərbaycan daxilində olan məsələ deyil, bu ümumdünya məsələsidir. Bu gün satanizm çox böyük vüsət alıb. İslam ölkələrinin “vurulması”, islama qarşı aparılan aksiyaların təməli, kökü, qaynağı haradan başlayır? Satanizmə xidmətdən. Satanizmə xidmətdən başlamasaydılar, islam ölkələrini “vurmaq”la məşğul olmazdılar. Hər halda bu məsələdən boyun qaçırardılar. Söhbət Qərbdən gedir. Hətta kilsələrin daxilində belə, satanizm cəmiyyəti fəaliyyət göstərir”.

Məmur və iş adamlarının, cəmiyyətin üzdə olan şəxslərinin satanizm kimi ziyankar bir sektaya maliyyə yardımı ayırması və sektantların arxasında durması, onları müdafiə etməsinin səbəbləri müxtəlif cür izah olunur.



Bu gün ölkəmizdə bir neçə missioner təşkilat fəaliyyət göstərir və bunlar öz missiyasını deyil, pul aldıqları ölkələrin missiyasını yerinə yetirir. Əslində, bunlar sekta kimi, dini cəmiyyət kimi fəaliyyət göstərmir, bunlar sırf siyasi fəaliyyət göstərirlər. Bu baxımdan hüquq-mühafizə orqanları da bu məsələyə diqqət ayırmalı və bu işlə məşğul olmalıdır. Bir xalqı məhv etmək üçün birinci onun milli dəyərlərini, dilini və dinini məhv etmək lazımdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin satanizm və digər qeyri-ənənəvi təriqətlərə qarşı mübarizə aparmasına baxmayaraq, hələ də bu problem həll olunmayıb. Avropa Şurasının üzvü ola bilmişiksə, onun tələblərilə razılaşmalıyıq. Konstitutsiyamızda dini azadlıqla bağlı maddə var və buna əsasən hər kəs hər şeyə inana bilir. Axı bu gün bizim xalqımızın kökdən gələn inanc yeri sırf islam baxımından başqadır.



Azərbaycanda bəzi məmurlar satanistləri maliyyələşdirir



Tanınmış psixoloq-ilahiyyatçı Əli Qərib bu sektanın büdcəsinə cəmiyyət, eləcə də məmur və iş adamları tərəfindən külli məbləğdə vəsait axıdıldığını bildirib. Ə.Qəribin dediyinə görə, satanizm sektasına maliyyə dəstəyi verən şəxslər onlardan öz məqsədləri üçün istifadə edir. Məlumat üçün bildirək ki, bəziləri hətta satanizm və digər qeyri-ənənəvi təriqətlərə dövlətin xəbəri olmadan dövlət büdcəsindən maliyyə yönəldildiyini də iddia edir. Hər halda, dəqiqləşməmiş məlumat olduğu üçün, bu iddiada olanların fikri birmənalı olaraq həqiqət kimi qəbul edilə bilməz. Dini məsələlər üzrə ekspertlər bildirirlər ki, Azərbaycanda bəzi məmurlar satanistləri maliyyələşdirir. Hələlik konkret ad açıqlanmasa da, bunun mövcud olduğu şübhəsizdir. çünki maliyyə olmadan hansısa təriqət indiki zamanda özünə yer tapa bilməz.



Şərqşünas Hacı Seyid Camal Əzimbəylinin sözlərinə görə, satanizm bütün dünyanın bəlasıdır. Ekspert Azərbaycan əhalisinin böyük hissəsinin müsəlman olduğunu nəzərə alaraq, bir din, inanc adamı kimi həmişə ehtiyatlılığın tərəfdarı olduğunu bildirir: “Satanizmin ölkəmizdə yayılması və kök salmasına xidmət edən satanaçıların büdcəsinə dövlət məmurları tərəfindən maliyyə ayrılması çox ciddi bir ittihamdır. Hesab edirəm ki, heç bir vaxt dövlət büdcəsindən satanizmin büdcəsinə pul axıdıla bilməz. Mən heç bu fikri yaxına qoymaq istəmirəm. Düşünürəm ki, satanizmə maliyyə ayıran məmur və iş adamları ilə bağlı hüquq-mühafizə orqanları müəyyən tədbirlər görməlidir”.



Seyid Camalın sözlərinə görə, İslamın gətirdiyi qayda və prinsiplərə, uca Allahın yer üzünə əta etdiyi Qurani-Kərimin hökmlərinə nəzər saldıqda görərik ki, şeytanın vəsvəsə saldığı ən münbit yer insan qəlbi olur və o adamlar ki, güclüdür, onlar qəlbinə şeytanı yox, Rəbbini hakim seçir: “Bu da faktdır ki, bizim əhali arasında da, çox təəssüflər olsun ki, şeytana könül verən missiya daşıyıcıları var. Bunlara dövlət məmurları və iş adamları tərəfindən maliyyə yardımının göstərilməsi çox qorxulu bir tendensiyadır. Ağlıma belə gətirə bilmirəm ki, Azərbaycan dövlətinin, dövlətçiliyinin bütövlüyünü istəyən, dövlətin möhkəmlənməsində özünü böyük bir isim sahibi sayan istənilən məmur belə bir təhlükəli fəaliyyətlə məşğul olan missionerlərə maliyyə yardımı etsin. Belə bir məsələ varsa, hüquq-mühafizə orqanları bununla yaxından ilgilənməli, buna qarşı tədbirlər görməlidir”.



Qeyd edək ki, hüquq-mühafizə orqanları son bir neçə ildə yüksək peşəkarlıqla qeyri-ənənəvi sektaların Azərbaycanda fəaliyyətinin yenidən izinə düşdülər və bununla bağlı müəyyən tədbirlər görüblər. Bununla belə bu gün qeyri-ənənəvi təriqətlərin, Azərbaycan qanunları ilə qadağan olunmuş sektaların yenidən qığılcımlarına rast gəlməyə başlayırıq. Satanizm təmsilçisinin cəsarətlə birbaşa efirdən onlara rəhbərlik edən şəxsin “dövlət məmuru da, ali məktəb müəllimi də ola bilər” deməsi çox ciddi bir mesajdır. Ola bilər ki, hansısa bir dövlət məmuru belə təhlükəli sektalara maliyyə yardımı göstərsin, qeyri-ənənəvi təriqətlərin arxasında durmuş olsun. Bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Bu gün Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi çox peşəkar səviyyədə əməliyyatlar həyata keçirir. Son dövrlər MTN din adı altında dini radikalizmə söykənən və Azərbaycan dövlətçiliyi üçün hər an təhlükə mənbəyinə çevrilə biləcək sektaların ifşa olunması istiqamətində fəaliyyət göstərdiyi kimi, sektalara maliyyə yardımı ayıran iş adamları və məmurlara qarşı da ciddi tədbirlər görməlidir. 


*** 



Təhlükəli məqam odur ki, Milli Ordunun yüksək çinli zabitləri arasında belə qeyri-ənənəvi dini sektalara yardım göstərməsi faktlarına ara-sıra rast gəlinir. Göründüyü kimi, bu vəziyyət heç də ölkənin təhlükəsizliyi üçün yaxşı perspektiv vəd vəd etmir. Təcili tədbirlərin görülməsi lazımdır. Əhalisinin 96 faizinin müsəlman olduğu Azərbaycanın xristian Ermənistanla müharibə vəziyyətində olması bir şəraitində xarici xüsusi xidmət orqanlarının birbaşa kontrolunda olan dini sektaların dövlət məmurları ilə belə təmasları ölkənin milli təhlükəsizliyini yaxın və uzaq perspektivdə birbaşa təhdid edəcək.

UNDERCOVER

Şərhlər:

  1. BEAUTIFUL_LIFE dedi ki:

    sumqayitda da var bunlardan ama Allah onlari duz yola ceksin ne deyim eeeee

  2. fanya_ya dedi ki:

    UNDERCOVER,
    saq ol qaqash super xabardi))

  3. МиниК_Сердце dedi ki:

    ewi.o menlik deyil..

  4. VERY_SHY dedi ki:

    oxumadim,coxsagol

  5. gunelim dedi ki:

    hцvsələm зatmadıye oxumзağa ama təзəkkьrlər

  6. UNDERCOVER dedi ki:

    to be continue…………

  7. Скажи-да dedi ki:

    burda bezi gizli meseleler var onlari acib demek olmur ama xeber yaxshidi twk

  8. Single Girl dedi ki:

    Allah weytana Ve weytanliq eden insanlara LenEt elesin! Ilk xeberinde mubuwdu ardi gelsin ugurlar

  9. BLACK STAR dedi ki:

    oooooooo ilk xeberun ugurlu urey…kisssssssssssss…sene saytda boyuk ugurlar……xebercunde saol..

  10. _Cinbala_ dedi ki:

    vauuuu neqqederdi
    Cox sagol ama men oxumadime bagiwla utancaq

  11. Бакинка dedi ki:
    Ilk xeberin mubiwdi ….maraqli xeber gore ise tewekkur give_rose
  12. UNDERCOVER dedi ki:

    her kese twk

  13. KoRpE dedi ki:

    cox sagol eladi…

  14. BalaM dedi ki:
    Ilk xeberin mubuwdu Ela xeberdi oxudum cox sagol give_rose
  15. BuBLiK dedi ki:

    cox sagol hebyare gore=)
    ILK HEBYARUN MUBIWDI DAVAMI GELSIN=)

  16. Gunes dedi ki:

    tesekurler xebere gore.maraqli idi

  17. PiKasso dedi ki:

    Bismillahir-rehmanir-rehim.
    Maraqli xeber idi.Amma bu teriqetler oteri sheylerdir,He4 bir mahiyyeti ve esasi yoxdur.

  18. Miss_Azericka dedi ki:

    twkler xebere gore gul gul gul gul gul

  19. UNDERCOVER dedi ki:

    deymez.esas odu oxuduz,werh yazdiz.twk

  20. BadBoy dedi ki:

    YaRSin OxuDum AxRaCan OxuYa BILMEDIM GoZLer AgRiYiR=)

    COX SAQ OL