Pişik Günel: “Mən qızam, başa düşürsünüz də…” – müsahibə (2 foto)

Pişik Günel: “Mən qızam, başa düşürsünüz də...” - müsahibə (2 foto)


Gənc müğənni hələ toyu olmamış boşanmaq qərarını açıqladı

Bu günlərdə təmtəraqlı toy mərasimi ilə subaylığın daşını atmağa hazırlaşan müğənni Pişik Günel, özünün dediyinə görə, böyük sürprizlə üzləşib. Toya bir neçə gün qalmış nişanlısı Fərrux telefonunu söndürərək, Günellə əlaqəni kəsib. Fərrux mətbuata Günellə ailəsinin razılığı olmadan evlənmək istəmədiyini deyib. Nikah şəhadətnaməsində artıq ərli olan Pişik Günel söz-söhbətlərdən sonra boşanmağa qərar verib. Günel söhbətlərdən narahat olduğunu və son açıqlamasını verib hər şeyə son qoymaq arzusunda olduğunu deyib…

– Toya iki gün qalıb. Oğlan yenə də ortaya çıxmır. Ona görə də öz fikrimi bildirməyin zamanıdır. Hər iki tərəfdən ailələrimizin narazılığına baxmayaraq, biz öz sevgimizi qanuni nikahla və kəbinlə sübuta yetirdik. Fərruxun fikrini bilmədən, eşitmədən, toya bir həftə qalmış səssiz-səmirsiz, müəmmalı tərzdə kənara çəkildiyinə görə mənə qarşı edilən haqsızlığa son verərək qanuni nikahı pozmaq qərarına gəldim. Qarşı tərəfi də boşanmağa dəvət edirəm. İstəyirəm ki, bu söz-söhbətlərə son qoyulsun.

– Sirr deyilsə, siz harada tanış olmuşdunuz?

– Harada tanış olmuşduq? Mən onu həmkarım kimi tanımışdım…

– Neçə vaxtıdır tanışsınız?

– Eh, nə bilim, mən bu barədə artıq danışmaq istəmirəm. Elə bu sözlərimi demək istəyirəm. Nə fərqi var, nə vaxt tanış olmuşuq…

– Deyirsiniz o da müğənnidir, amma onu efirdə görməmişik…

– O da müğənniliyə yeni başlayıb. Bizim qanuni kəbinimiz var. O müəmmalı şəkildə kənara çəkilirsə, bunu mənə deyə bilərdi.

– Deyirsiniz ki, ailənin narazılığını bilə-bilə kəbinə imza atmısınız. Bu addımı atan adam birdən-birə necə çıxıb getdi?

– Onun da ailəsi, mənim də ailəm narazı idi. Toyumuza bir həftə qalmış dəvətnamələri özü paylayırdı. Restoranı birlikdə gedib danışmışdıq. Mənə də maraqlıdır. Mənim özümə bunu demir, yaxınlarıma xəbər göndərdi. Niyə məhz birinci mətbuata müraciət edir?

– Bəlkə telefon nömrəsini deyəsiniz, onunla danışaq?

– Telefonu söndürülüb. Mən əlaqə saxlaya bilmədim. Mümkün deyil bizim bir araya gəlməyimiz. Bu insan məsuliyyət hiss eləmir. Ondan necə ailə başçısı olacaq?!

– Bayaq cavab vermədiniz, siz onunla neçə vaxtdır münasibətdə idiniz?

– …Bu elə də əhəmiyyət kəsb etmir. Fakt odur ki, bu mənim kəbinli həyat yoldaşımdır.

– Yox, bunun əhəmiyyəti böyükdür. Məsələ burasındadır ki, sizin münasibətinizə heç kim inanmır…

– Bilmirəm, qarşı tərəf üçün bu reklamdır, yoxsa yox. Əgər bunu belə fikirləşirlərsə, bu çox ucuz reklamdır. Qarşı tərəfi biabır edir. Söhbət məndən gedir. Mənim qürurumu tapdalayıb, şərəf və ləyaqətimə toxunub. Məncə, bu, düzgün deyil. Nə dərəcədə düzgündür? Əgər belə bir şey olsaydı, mən kəbin edərdim? Bu mənim həyatımdır, başa düşürsünüz. Bu reklam xatirinədirsə, mənəviyyatsızlıqdan xəbər verir. Mən qızam da, başa düşürsünüz, hansı qız istəyər ki reklama görə kəbinli olsun? Kim buna razı ola bilər. Oğlana ayıb ola bilməz, amma qız üçün ayıbdır. Nikah oyuncaqdır bəyəm?…Mən özüm də o qədər “tupoy” deyiləm axı…

Pişik Günelin əri ilə tanışlığının tarixçəsi



Pi351;ik G252;nel: “M601;n q305;zam, ba351;a d252;351;252;rs252;n252;z d601;...” - m252;sahib601; (2 foto)

Onlara evlənməyi kim məsləhət görüb?

Xəbər verdiyimiz kimi, “Pişik” ləqəbli müğənni Günel Ələkbərova iki ay öncə rəsmi nikaha girdiyi həyat yoldaşı Fərrux Faziloğludan boşanmaq qərarına gəlib. Müğənni necə və nə vaxt tanış olduqlarını gizli saxlasa da, bu romanın tarixçəsi barədə etibarlı mənbədən informasiya daxil olub. Mənbənin məlumatına görə, cütlük aprel ayında səsyazma studiyalarının birində tanış olub. Günelə Fərruxla ailə qurmağı məsləhət görən xanımın özü də qısamüddətli nikahda olub boşanmış prodüserdir.

Tanış olduqdan bir müddət sonra Günel Fərruxa ana olmağa hazırlaşdığını deyib. Fərrux evdəkilərdən gizlin Günellə evlənmək qərarına gəlib. Təzə bəyin atası məsələni bildikdən sonra Günellə görüşməyi qadağan edib və toyun baş tutmayacağını bildirib.

Baş verənlərdən sonra Pişik Günel boşanmaq qərarına gəldiyini açıqlayıb.

HosT (aLLiAnCe)

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    vay vay dostik )))))))

  2. Avtosh_227 dedi ki:

    he he.hec wubhem yoxdur bunun qiz olmaginahappy

  3. MILAQROS dedi ki:

    HosT (aLLiAnCe),

    diyerdime sora meni qovarlar bu saytan,yoxsa ureyim doludu bu ''QIZIN'' elinnen ireful

  4. HosT (aLLiAnCe) dedi ki:

    MILAQROS,
    can dostik sozlerini de bunlari yer uzunden silmek lazimdi

  5. MILAQROS dedi ki:

    belerine…ele bu da azdir eceb oldu qoy biyabir olsun.ozune gore haminin adini batirilar.indi bir iki soz diyerdime……………ooooooooooffffffff

  6. star dedi ki:

    aydaaaa,lap eseblewireme bunu gorende,day guya camaat bilmir kim kimdi,prosda bu milletin adini batirirlaree.dehshet. ya_dobryi

  7. weytAnO4kA dedi ki:

    zehlem gedir bunan… close

  8. Admin dedi ki:

    Allah vurmuwdu onu ozunu qiz sayirda.Tufurum ele qiza.Acib qoyub her weyini bayira

  9. HosT (aLLiAnCe) dedi ki:

    menimde zehlem gedir

  10. Badi_Seba dedi ki:

    HosT (aLLiAnCe),
    love_krasotka,
    ya_za bad

  11. love_krasotka dedi ki:

    zehlem gedir nea

  12. HosT (aLLiAnCe) dedi ki:

    tek senin yoxe menimde zehlem gedir

  13. Badi_Seba dedi ki:
    xebere gore tesekkur…amma bu qizi mene verseler…onu bogub oldurerem elerimle…zehmel gedir bu qizdaaaaan ireful
  14. King_Of_THE_SKY dedi ki:

    Admine qatiliram