Avtomobil emblemlerinin menalari

Mercedes Benz: Daimler Chrysler ilə ortaq işləyən və avtomobil istehsal edən Carl Benz ad tapa bilməyincə tək qızı olan Mersedes Benzin adını bu avtomobilə verib.
Mersedes: oğruların ən çox rəğbət göstərdiyi bir fiqurdur.
Dünyada ən çox tanınan markalar arasında yerini alan Mersedesi, üçayaqlı ulduz fiquru, markanın quru, hava və sudakı gücünü təyin edir. Mersedes embleminin icadçısı Daimlerdir. Mersedes emblemi dünyada ən çox tanınan marka olmaqla yanaşı, ən çox oğurlanan fiqur olaraq da ilk sırada yerini tutur.
Avtomobil emblemlerinin menalari

BMW:Bayern Motor Werken, yəni Bayern Mühərrik Sənayesi.
Sadəcə fabrikin adının baş hərflərindən təşkil olunmuşdur.
BMWin emblemindəki mavi-ağ rənglər Almaniyanın Bavariya əyalətini təmsil edir. 1929-cu ildən bu günə kimi təyyarə və mühərrik istehsal edən BMW emblemdə də istehsala uyğun şin içində dönən pərvanə fiquruna yer verir. Daha sonra avtomobil istehsalına başlayan BMW avtomobillərində də eyni emblemi istifadə etməyi qərara alır.
Avtomobil emblemlerinin menalari

RENAULT: Paxlava şəkli

Renault paxlava şəklinin mövcudluğu 1930-cu illərdəndir. Amblem klas və durğun şəkli ilə gələcəyi işarələyir. 1992-ci ildə kiçik dəyişiklərlə indi bütün Renaultlarda istifadə edilən yeni bir dizayn edildi.

Avtomobil emblemlerinin menalari

PEUGEOT:Aslanın gücü
Peugeot`un əsl işi mişar və mişar lövhələri idi. Bir aslan kimi “güclü” şüarıyla satılan bu məhsullardakı aslan emblemini fransızlar daha sonra istehsal etdikləri maşınlarda da istifadə etməyə başladılar.
Avtomobil emblemlerinin menalari

OPEL:Qurucusu Adaç Opelin adıdır.

Opel əvvəllər sadəcə tikiş maşınları istehsal edirdi. 1899-cu ildə avtomobil istehsal etməyə başlayan Opel emblemində təkər içində şimşəyə yer verir. Emblemdəki təkər etibara, şimşək isə sürətə işarədir.

Avtomobil emblemlerinin menalari

SUBARU:Yapon ulduzu.
Subarunun emblemi 6 Yapon avtomobil istehsalçısının birləşməsi ilə ortaya çıxıb. Oval içindəki 6 ulduz birləşən firmaların simvoludur.
Avtomobil emblemlerinin menalari

AUDI:Emblemdəki dörd üzük avtomobil birliyi üçün birləşib ittifaq quran dörd firmaya işarədir. Audi adı firmanın köhnə idarəçilərindən olan mühəndis August Horch tərəfindən verilir. Markaya öz adını verməyən Horch latıncadan adının qarşılığı olan Audini tapdı.
Avtomobil emblemlerinin menalari

FORD:Qurucusu Henry Fordun adıdır.

Mavi nişan üzərinə bəzəkli hərflərlə yazılıi Ford nostalji bir keçmişi xatırladır. 1903-cü ildən bu günə kimi istifadə edilən Ford emblemində keçici bir müddət üçün Köln Katedralinin silueti iştirak etmişdir.

Avtomobil emblemlerinin menalari


WOLKSVAGEN: Vw emblemi Porsche mühəndisi Franz Xaver tərəfindən seçildi. 1948-ci il oktyabr ayından bu günə kimi markanın iki hərfi Almaniyanın Wolfsburg şəhərini şərəfləndirir.
Avtomobil emblemlerinin menalari

TOYOTA:Müştərilərə sevgilər.
Yapon firmasının qurucusu Kirchiro Toyoda 1937-ci ildə üçlü ellips kombinasiyası ilə güclü markasının emblemini meydana gətirdi. Ellipslər avtomobil ilə müştəri arasındaki istiliyi, qrup ruhunu və müasirliyi təmsil edir.

Avtomobil emblemlerinin menalari


VOLVO: İsveçin döyüş tanrısı.
Volvo avtomobillərini İsveçin poladını təmsil edən dairə və ox bəzəyir. Emblemin yaradıcısı dəmir silahlarla təchiz edilmiş döyüş tanrısı Merihi işarələdiyi fiqurda, eyni zamanda, markanın möhkəmliyinə işarə edir.
Avtomobil emblemlerinin menalari

MAZDA:Məhkəmə qərarıyla yeni emblem
Renaulta böyük bənzərliyi səbəbindən açılan iddianı qazana bilməyən Yapon avtomobil istehsalçısı Mazda yeni bir emblem meydana gətirmək məcburiyyətində qaldı. Mazda qanadlarını açmış bir qartal fiqurunu emblem olaraq istifadə edir.
Avtomobil emblemlerinin menalari

YAGUAR:Sürətli pişik
Avtomobil və pişik. Güc və zəriflik. Yaquar, maşınlarındakı tullanan pişik fiqurunu meydana gələ biləcək qəzalarda piyadaların yaralanma riskini azaltmaq üçün dəyişdirdi. Firma çıxardığı yeni modellərinə yaquar yerinə yaquar şəkilli bir lövhə emblemi vu
Avtomobil emblemlerinin menalari
rur.


FERRARI:Hədiyyəlik at
Italyan kontesin 1923-cü ildə firma qurucusu Enzo Ferrariyə hədiyyə etdiyi at maskot, Ferrarinin amblemini təşkil etdi. Amblemdeki ana rənglər sarı ilə qırmızı, firma sahibinin yaşadığı komşuşehir Modenanı və yarışa olan sevgini işarələyir.
Avtomobil emblemlerinin menalari

PORSCHE:Suebialı`nın qüruru
Porsche emblemi 1952-ci ildən bu günə kimi Suebia milliyyətçiliyini önə çıxardan işarələrə yer verir. Emblemdəki qara at Almaniyanın Stuttgart şəhərinin gerbindəndir. Maral buynuzu ilə qırmızı-qara xətlər isə Almaniyanın Württemberg kəndindən götürülmüşdür.

Avtomobil emblemlerinin menalari

NISSAN:Günəş və dürüstlük
Markanın dairə içinə yazılmış adı, günəşin doğuşu ilə Yapon bayrağındakı ağ zəmin içindəki qırmızı nöqtəni işarələyir. Emblem dürüstlüyü və səmimiyyəti simvollaşdırma edir.
Avtomobil emblemlerinin menalari

MITSUBISHI: Samurai ərdəmi.
Üç qanadlı paxlava şəklindəki emblemdə Samurai gerbindən ilham alınıb. Firmanı quran iki Yapon ailə seçdikləri emblemin məsuliyyət şüurunu, centlmenliyi və cəmiyyətlərarası uyğunlaşmanı bildirdiyini deyirlər.
Avtomobil emblemlerinin menalari

ROLLS ROYCE: Sevimli Emily Lyuks marka Rolls Roycenin kapotundakı zərif şəkilin tarixi 1911-ci ildən gəlir. Şəkil dizaynçının sevgilisini təmsil edir. Orijinal adı “Spirit of ecstasy”(yeniliyin ruhu). Şəklə xalq dilində “emily” adı verildi.
Avtomobil emblemlerinin menalari

CHRYSLER: Yeni avtomobillərə köhnə dizayn

Firmanın qurucu və sahibi Walter Chryslerin istəyinə görə 1998-ci ildən sonra çıxarılan Chrysler modellərinə 20-ci illərdəki köhnə emblem vurulmağa başlandı. Emblemdəki dairələr şini, şimşəklər isə sürəti bildirir.

Avtomobil emblemlerinin menalari

ALFA ROMEO: Zadəganlığın simvolu
Alfa Romeo amblem dizaynı, Italyanın Milano şəhəri ilə ölkənin soylu ailəsi Viscontietrafına dönür… Qırmızı xaç soyluluğu, ağ zəmin xalqı və kəndliləri işarələyir. Tac geymiş engerek ilanı isə soylu Viscoti ailəsinin gerbindən alındı.
Avtomobil emblemlerinin menalari

FIAT: Özünə dönüş
Fabrica Italiana Automobili orino. Əsl adı uzun olduğu üçün firma sahibi qısaltmaqla firmanın marka emblemini hazırladı. Sadə emblem 60 il aradan sonra 1990-cı ildə dəfnə ağacı ətraflı dairə içinə yerləşdirildi. Emblem firmanın uzUn keçmişini və idman sahəsindəki müvəffəqiyyətlərini işarələyir.
Avtomobil emblemlerinin menalari

HONDA : Honda Başlıca məhsulları avtomobil, yük maşını və motolet olan bir Yapon avtomobil markasıdır. Markanın adı qurucusunun soyadıdır. Sohiciro Honda və Taico Fujisawa. Emblemın mənası isə bilinmir.
Avtomobil emblemlerinin menalari

HYUNDAI : Hyundai Cənubi Koreyalı avtomobil istehsalçısı və polad sənayeçisi firmadır. Koreya dilində Hyundai indiki zaman, müasir zaman mənasındadır. Hyundai aralarında avtomobil, gəmi istehsalı, sığortaçılıq, elektronik, məntiqi də olan xeyli çox sahədə fəaliyyət göstərməkdədir.
Koreya dilində Hyundai indiki zaman, müasir zaman mənasındadır.
Avtomobil emblemlerinin menalari

Скажи-да

Şərhlər:

  1. BalaM dedi ki:
    TOYOTA hmmm )))Sagol ela give_rose
  2. Ayselka dedi ki:

    super cox xowuma geldi hevesgaram ama bilmirdim bunlaridsa bildim

  3. PrinCeSSa_ dedi ki:

    hmmmm coox maraqlidir ….

  4. merry-girl dedi ki:

    mersedes haqqindaki fikir daha maraqli geldi.

  5. Optimist... dedi ki:

    tesekkurler… twk

  6. Pî§KøpÂT dedi ki:

    tewekkurler

  7. Dj ExTrEmE dedi ki:

    cox sagol ))

  8. Single Girl dedi ki:

    Ureyim agridi lap birdene inistuta girseydimmmmmm gel keyfim gel)))))))papawa mawinimi alardi))

  9. Бакинка dedi ki:
    mersedes haqqindaki fikir daha maraqli geldi….tewekkulerrrrrr
  10. BuBLiK dedi ki:

    nennam menim mawinmin emblemasi yoxtu buyda beee
    cox sagol hebyare gore=)

  11. ...::EMERALD::... dedi ki:

    MAZDA SUPER.XEBERE GORE SAG OL

  12. New_Moon dedi ki:

    BMW Super Mawini Cox Sagol Xebere Gore

  13. _Cinbala_ dedi ki:

    Бакинка,
    Periwim sec gorum hansi markani isdeyirsen soz vermisem alacam sne)

    Cox sagol masin heveskari olanlara maraqli olar twk

  14. meleyim dedi ki:

    maraqlidi coxun bilmiridim

  15. VERY_SHY dedi ki:

    coooooooooooxsagooooooooooollllll

  16. UNDERCOVER dedi ki:

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  17. ilay dedi ki:

    -=***Илай***=- зоррр хегги йери вар аа дост ен есасда BMV нин миннетдарам)