Heyat….

alt

HədiyyəƏziyyətYalanAldanmaqTənha

Bilirsən Həyat nədir?

Həyat dediyin sənə verilən bir HƏDIYYEdir.. Bu gün verilən, sabah da doymadan əlimizdən alınan bir Hədiyyə.. Sən istəsən də, istəməsən də sənə verilən və vaxtsız, zamansız səndən geri alınan bir Hədiyyə..

Mən bilirsən səni niyə çox istədim?

Sənin, sənə verilən hədiyyədən narazı olmadığına görə.. Hədiyyən çox gözəldi deyə bilmərəm, amma əsas olan da bu deyil axı, əsas sənin o hədiyyəni gözəlləşdirməyə çalışmağındır. Bilirəm, sənin üçün əsas olan hədiyyəni almaq deyildi, əsas olan aldığın hədiyyəni alnı açıq təhvil verə bilməkdir..

Bilirsən Həyat nədir?

Həyat dediyin ƏZIYYƏTlə başlayıb, əziyyətlə davam edən və əziyyətlə sona çatan bir ömürdür. RÜZGARsız yelkənin mənası olmadığı kimi, əziyyətsiz də Həyatın mənası ola bilməz. Bəlkə də Həyat, məna axtarmağımızı “məna tapmamaq“ ilə cəzalandırmağı özünə borc bilir.. bəlkə də Həyatın mənası elə Həyatı mənasızlaşdıran şeylərdədir..

Mən bilirsən səni niyə çox istədim?

Əziyyətin altından qalxa biləcək gücə sahib olduğuna görə.. Məna axtarmaqdan vaz keçib, mənanı artıq tapdığına əmin olduğuna görə.. Qayığına dolan suyu, ovuc-ovuc belə olsa dənizə qaytarıb tökmək çavasına, açıq səmalarda, göy dənizlərdə sonsuzluğa doğru irəlləyəcəyinə inandığına görə çox istədim səni..

Bilirsən Həyat nədir?

Bir sürü YALANdan ibarət Həqiqət.. Yalan əslində qısa bir müddət, acı həqiqətləri əvəz etmək üçün gəlmişdi bu dünyaya, amma o insanlar tərəfindən bu qədər sevildiyini görüb, getmək istəmir buralardan.. Yalan hər şeydən öncə, artıq Həyatın özünə çevrilib..

Mən bilirsən səni niyə çox istədim?

Yalandan miqdarında, ancaq və ancaq başqalarının yaxşılığını düşünərək istifadə etdiyinə görə. Əyri xətkeşlə düz xətt çəkmək olmaz, amma sənin əyri xətkeşi düz tutub, düz xətt çəkmək istəyini çox istədim mən..

Bilirsən Həyat nədir?

ALDANMAQ və ALDATMAQ.. Çox sevdiyim bu 4 misra ürəyimdəkiləri daha yaxşı anladacaq:

Biz ki, yol nədi bilməzdik,
Biz ki, öl nədi bilməzdik,
Bilsək, dünyaya gəlməzdik,
Analar aldatdı bizi..
Yaman aldatdılar bizi.. Aldandıq, özümüz də bilmədən.. Növbəti şeir, nəyə və necə aldandığımızı və ürəyimdə qalanları deyəcək sənə:

Çox qapılar açdım bir-bir,
Açdım, baxam bu sirr nədir,
Mənlə qapı arasında
Nə var qapı arxasında.
Əvvəl bu dünyanın açdım
Bəzədilmiş qapısını,
Sonra içəriyə qaçdım,
Gördüm ağrı acısını.
Diqqət etdim bu dünyaya,
Nifrət etdim bu dünyaya.
İstədim ki, qaçam geri,
Gördüm, yoxdu qapı yeri.
Onda bildim, aldanmışam,
Bəzədilmiş o qapıya
Könül verib inanmışam.
Necə çıxım bu dünyadan,
O qapını necə tapım?
Bu dünyadan çıxmaq üçün
Nəyi söküm, nəyi çapım?
Bu dünyadan o dünyaya,
Bir qapı var mənim könlüm,
O qapının adı ölüM..

Gah aldandıq gah da aldatdıq.. Insan oldunsa demək aldadacaqsan.. Başqalarını deyil, özünü.. Həyatın hər əziyyətinə tab gətirə bilməyin əsas səbəblərindən biri, özünü aldadaraq, bir gün hər şeyin düzələcəyinə inanmaqdır..

Mən bilirsən səni niyə çox istədim?

Özünü aldatmağın yeganə çıxış yolu olduğunu bilsən də, “hər zaman 2-ci çıxış yolu vardır“ deyib, 2-cinin axtarışında olduğuna görə.. Ümidin söndüyü anın, Yaşama Sevincinin tükəndiyi yer olduğunu bildiyinə görə çox istədim mən..
Bilirsən Həyat nədir?

Həyat, özünü insanların arasında TƏNHA hiss etməkdir.. Hərdən bu dünyada tənha olduğumuzu, dərdlərimizlə baş-başa qaldığımızı düşünsək də, eyni vəziyyətdə olan milyonlarca insan vardır bu çirkin dünyada.. Bəlkə də Tənhalığımız çoxluğumuzdan irəli gelir..

Mən bilirsən səni niyə çox istədim?

Tənhalığın səni yox, Sənin tənhalığı idarə etdiyinə görə.. Ay işığının, sakitcə sənin Tenhalığını müşayiət etdiyi gecələrdə, tənha olsan da, tənha olmadığını bildiyinə görə.

::HappilY::

Şərhlər:

  1. BalaM dedi ki:
    Cox sagol sevgi xeberine gore give_rose
  2. BuBLiK dedi ki:
    HAYAT HECNEDI…!!!
    cox sagol hebyare gore…

  3. azeri_gizem dedi ki:

    Heyat ucsuz bucaqsiz bir uman ve bizler sonu gorunmeyen yolun yolculari

  4. New_Moon dedi ki:

    Зox qapılar aзdım bir-bir,
    Aзdım, baxam bu sirr nədir,
    Mənlə qapı arasında
    Nə var qapı arxasında.
    Əvvəl bu dьnyanın aзdım
    Bəzədilmiş qapısını,
    Sonra iзəriyə qaзdım,
    Gцrdьm ağrı acısını.
    Diqqət etdim bu dьnyaya,
    Nifrət etdim bu dьnyaya.
    İstədim ki, qaзam geri,
    Gцrdьm, yoxdu qapı yeri.
    Onda bildim, aldanmışam,
    Bəzədilmiş o qapıya
    Kцnьl verib inanmışam.
    Necə зıxım bu dьnyadan,
    O qapını necə tapım?
    Bu dьnyadan зıxmaq ьзьn
    Nəyi sцkьm, nəyi зapım?
    Bu dьnyadan o dьnyaya,
    Bir qapı var mənim kцnlьm,
    O qapının adı цlьM..
    Bende Oluyorum Yavaw yavaw Herwey Icin Cok Gec
    Ellerine Sagliq Super Xeberdi

  5. ...::EMERALD::... dedi ki:

    MARAQLIDIR.SAG OL

  6. VERY_SHY dedi ki:

    coxsagol amaa oxumadimee Balaca

  7. taliya dedi ki:

    ellerine sagliq

  8. _Cinbala_ dedi ki:

    eladuuuuuuuuuu cox sagol twk

  9. 4iniw dedi ki:

    sozun a4iqi oxumadim.movzuya gore twk.

  10. Single Girl dedi ki:

    Caliwaq heyati tek sevgiye aid etmeyek meselen menim artiq sevgi zad vecime deyil meni yawadan ailemdi bawga heckim

  11. Бакинка dedi ki:
    Mən bilirsən səni niyə зox istədim?

    Əziyyətin altından qalxa biləcək gьcə sahib olduğuna gцrə.. Məna axtarmaqdan vaz keзib, mənanı artıq tapdığına əmin olduğuna gцrə.. Qayığına dolan suyu, ovuc-ovuc belə olsa dənizə qaytarıb tцkmək зavasına, aзıq səmalarda, gцy dənizlərdə sonsuzluğa doğru irəlləyəcəyinə inandığına gцrə зox istədim səni..

    superrrrrrrrrr siuperrrrr
  12. UNDERCOVER dedi ki:

    MARAQLI IDI.TWK

  13. Бакинка dedi ki:

    Single Girl,
    yawa urey=)

  14. ::HappilY:: dedi ki:

    Бакинка,
    UNDERCOVER,
    Single Girl,
    4iniw,
    Jealous_girl,
    _Cinbala_,
    taliya,
    VERY_SHY,
    …::EMERALD::…,
    New_Moon,
    azeri_gizem,
    BuBLiK,
    deymezz
    BalaM,