Tənhalıq

Tənhalıq


Bu axşam başını qoyub sinəmə,
Xəyala danmağı istəyir ürək.
Yuxumu gözümdən aparır yenə
Mənə tanış olan bu arzu istək.
Onun arxasınca düşüb hər yeri
Qanadlı quş kimi gəzir xəyalım.
Bəzən özümə də qəribə gəlir
Sənə yad görünən qəribə halım.
Gözümdə yad görünən qəribə halım.
Gözümdə canlanan sənin xəyalın
İsti yatağımdan qoparmış məni.
Qalın sıx meşələr alıb qoynuna
Dərindən dərinə aparmış məni.
Sonsuz düşüncələr rahatlığımı
Qovub aparmışdır çox uzaqlara.
Baş vurub gəzirəm dənizlərdə mən
Baxıram lal axan saf bulaqlara .
Səhərə az qalır yuxum səfərdə,
Gəzmişəm dünyanı mən qarış-qarış.
Dağlarda, daşlarda, düzənliklərdə
Artıq gəzmədiyim bir yer qalmamış.
Hər yeri dolaşan səyyar xəyalım
Sənin baxışında dolaşıb qalır.
İntizar baxışlı, ey sözlü yarım,
Vüsal günlərinə de çoxmu qalır?
Axı çox uzandı ortada hicran,
Sənmi müqəssirsən, yoxsa mən danış
Daha ayrılığa yuxusuzluğa ,
İntizar çəkməyə taqət qalmamış.
Gözləri gözündə həkk olub qalan
Ürəyi niskilli bir insanam mən.
İntizar dolanan tənha dolanan
Hicranın özündə bir hicranam mən.
Mən şirin yatardım, sübhün özü tək.
Nə səs eşidərdim, nə də bir haray.
Bəs indi, gecənin qara gözü tək
De neçün oyağam, başım üstə ay
Yuxusuz gecələr uzundur necə,
İntizar ürəyə daş kimi ağır.
Odur dan sökülür, səhərdir demək,
Göylərin üzünə gur şəfəq yağır.
Mənsə yuxlamadım intizar ürək
Səni arzuladı həmişəki tək.

Espazito

Şərhlər:

  1. MILAQROS dedi ki:

    sagol ESPAZITO

  2. PRistupnIK dedi ki:

    Sənmi mьqəssirsən, yoxsa mən danış
    Daha ayrılığa yuxusuzluğa ,
    İntizar зəkməyə taqət qalmamış.
    twk saqol qaqaw . forgenc

  3. Badi_Seba dedi ki:
    gozel sozleri tesekkurler
  4. Angelocka dedi ki:

    Artıq gəzmədiyim bir yer qalmamış.
    Hər yeri dolaşan səyyar xəyalım
    Sənin baxışında dolaşıb qalır
    Cox gozel sozlerdi cox sagolun bayaca