YANDIR MƏKTUBLARIMI…

alt
Nüsret Kesemenlinin çox gözəl bir şerini sizinle paylaşıram.

YANDIR MƏKTUBLARIMI…

Hər sətir üstündə titrəyir əlim,
Sətirlər qəlbimdən od alıbdırlar,
Mən sənə bir dəfə aldandım, gülüm,
Məktublar ömürlük aldanıbdırlar.

Məni yad eləmə,
Özgə ol, yad ol,
Oyuncaq olmasın məktublar barı.
Ömründə bircə yol alıcənab ol,
Yandır xatirəmi-o məktubları…

Orda ürəyimin harayı, ahı,
Qəlbimin utancaq sevdası yatır.
Orda vüqarımın sınma günahı,
Kövrək bir nəğmənin sədası yatır.

Dağılar şöhrətin dumanı, çəni,
Udar bir ac balıq, inci tək səni.
Yazdığım sətirlər ac toxum kimi,
Bir gün göz yaşını içəcək sənin.

Məktublar içində nəyim-nələrim…
Alovlu sətirlər gizli qəm kimi,
Yandır məktubları….
Xatirələrim,
Yansın, külə dönsün, qoy Kərəm kimi.

Sənə ümid dolu dikilən gözlər,
Yenə xatirədə donub qalandır,
Əlim əsə-əsə yazdığım sözlər,
O zaman düz idi, 
Indi yalandır…

Həyatın özündə sınadım səni,
Demə bahar idim, 
indisə qışam.
Yaxşı ki, nəhayət tanıdım səni,
Yaxşı ki, ömürlük aldanmamışam...

Cici_Girl

Şərhlər:

  1. Бакинка dedi ki:
    saoll omrum twklerrrrr
  2. _Cinbala_ dedi ki:

    twk PIS DEYIL COX SAGOL twk

  3. BuBLiK dedi ki:

    Bu gun nesa weyirler mena lezet elir ee=)))superrrrrrr cox sagol…

  4. Single Girl dedi ki:

    Umumiyyetle Nusret Kesemenlinin seirlerini cox beyenirem Bu seiride cox gozel weirdi Cox beyendim ELlerine saqlik cicim:-)

  5. Dj ExTrEmE dedi ki:

    flower [b]SUPERDU COX SAGOL[/b]

  6. VERY_SHY dedi ki:

    Yaxwi weirdi canim,Inwallah bir guun oz yazdigin weirlerdende atarsan sayta

  7. New_Moon dedi ki:

    Hər sətir ьstьndə titrəyir əlim,
    Sətirlər qəlbimdən od alıbdırlar,
    Mən sənə bir dəfə aldandım, gьlьm,
    Məktublar цmьrlьk aldanıbdırlar.
    Ellerine Sagliq Kuzen Super Weirdi

  8. Скажи-да dedi ki:

    Yazdığım sətirlər ac toxum kimi,
    Bir gьn gцz yaşını iзəcək sənin.
    super)

  9. sevgi yalandir dedi ki:

    kaski mekub yandirmaqnan olsaydi cry cry